Məhkəmə qərarları › İş №e-2(004)-1584/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1584/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1584/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş 25.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş 25.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bibisi oğludur. Bu səbəbdən, 1993-1995-ci illərdə cavabdehlə iddiaçının atası Ağayev Səlim Sumqayıt şəhəri 42-ci məhəllədə şərik bina tikmişlər. 1995-ci ildə Cavabdeh həmin binaya dair mülkiyyətçi hüququndan imtina etmişdir, pulunu tələb etmişdir. 1994-cü ildən mübahisələri düşmüşdür. İddiaçının atası həmin binaya canını qoymuşdur. Bu səbəbdən evdə gecələməyə gəlmirdi. Bunun nəticəsi olaraq 1994-cü ildə iddiaçının anası X1 psixoloji travma almış vəfat etmişdir. 1998-ci ildə iddiaçının atası xəstəxanaya düşmüş, əməliyyat keçirmiş, 1 həftə ərzində Cavabdeh qohumlarının nəzarətində qəflətən rəhmətə getmişdir. Həmin dövrdə iddiaçının 18 yaşı olmuşdur, iki nəfər az yaşlı bacı-qardaşı iddiaçının himayəsində qalmışdır. 1 ay sonra mülkiyyət hüququndan imtina edən cavabdeh iddiaçını məhkəməyə vermişdir. 1999-cu ildə həmin binanın 90%-i iddiaçıdan alınaraq Cavabdeh verilmişdir. Bundan sonra Cavabdeh iddiaçının giriş-çıxışını bağlamış, kommunal xidmətlərdən istifadəyə məhdudiyyətlər yaratmışdır. Məqsədi iddiaçının 10% payını satmağa məcbur etmək olmuşdur. Lakin, buna nail olmamışdır. Sonra 90% payı üzrə 2008-ci ildə “Kapitalbank”a binada özünü tək payçı kimi özünü təqdim edib, 225 000 (iki yüz iyirmi beş min) manat girov qoyaraq müqabilində pul götürmüşdür. 2021-ci ildə son məhkəmə prosesi nəticəsi olaraq həmin 90% pay “Kapitalbank”ın balansına keçmişdir. Cavabdeh dələduzluq yolu ilə bankı aldadıb 15 ildir bankın nə pulunu, nə də faizini ödəyir. Cavabdeh binada mülkiyyət hüququnu itirsə də, yenə iddiaçıdan əl çəkmir, binada baş verən dağıntıda üzərinə böhtan ataraq iddiaçını günahlandırır. Cavabdeh hakimlərin qəbuluna iclasdan kənar əsayla daxil olub, onların mərhəmətindən sui istifadə edir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsində əsassız olaraq 200.000 manat maddi və 50.000 manat mənəvi ziyanı iddiaçıdan tələb edir. İddiaçı isə bu iddia ilə onun tələb etdiyi mənəvi ziyanın yarısını istəyir. Cavabdeh 25 ildir ki, iddiaçıya əziyyət verir, qohumlarla arasını pis edir. Əsassız olaraq iddiaçını məhkəmələrə verir, yol xərci, vəkil xərci, binada dağıntı nəticəsində iddiaçının mülkiyyətində olan sahə qəzalı vəziyyətə düşüb, divarlar çatlayıb, təmir etməli olmuş, dağılmaq təhlükəsi var. İddiaçı “Kapitalbank”la səbəbsiz mübahisə həddindədir, işgüzar nüfuzuma zərər vurulub, mülkiyyəti qiymətdən düşüb. Bunlara səbəb Cavabdeh 90% mülkiyyətini istismar normalarına zidd istifadə etməsi, təyinatı olmadan 2-ci mərtəbədə idman trinajor zalını icarəməklə, (yükdaşıyan dəmir beton konstruksiyalardan idman qruşa avadanlığı asıb) qanunsuz vergi bəyənnaməsi olmadan həyatının əsas amalı olan maddi maraq güdməsi olmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına tərəflər arasında əvvəllər baş vermiş və hazırda davam edən mübahisələr üzrə məhkəmə qərarları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Beləliklə, mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbi üzrə yuxarıda qeyd olunan heç bir dispozitiv şərt yerinə yetirilmir. İddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində belə iddiaçıya mənəvi zərərin vurulmasına dair əsaslı xüsusatlar qeyd edilməmişdir. Odur ki, nəinki vurulmuş zərərin həddinin müəyyən edilməsi, hətta zərər vurulması ehtimalı, zərərin faktiki əsasları, yaranma meyarları müəyyən edilməmiş, bu barədə məhkəməyə əsaslı mülahizə, fikirlər təqdim edilməmişdir. Tərəflər arasında əvvəllər mpvcud olmuş və ya hazırki mövcud olan mübahisələrə isə müvafiq məhkəmə qərarları ilə yekun hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Belə ki, iddiaçı tələbə dair əsaslı sübut, sənəd, material təqdim etməmiş, bu barədə üzərinə düşən sübutetmə yükünü layiqincə həyata keçirtməmiş, cavabdeh isə iddiaya dair təkzibetmə funksiyasını icra etmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş 25.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar