Məhkəmə qərarları › İş №e-2(004)-168/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-168/2024

12.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-168/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəflərin birgə nikahından doğulmuş övladları X3, X5 və X1 üçün əmək haqqı və digər gəlirlərinin yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsaslı olmasını bildirməklə tələbi müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan X3, X5 və X1 üçün hər ay hər birinə münasibətdə 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 510 (beş yüz on) manat məbləğində aliment tutularaq ərizəçi İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarına X3, X5 və X2 doğum haqqında şəhadətnamələrinin surəti əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. İş materiallarında olan vəkil sorğusuna cavab olaraq DİN BŞBPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh 2023-cü ilin sentyabr ayına hesablanmış əmək haqqı 1219,40 (min iki yüz on doqquz manat qırx qəpik) manat təşkil edir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq DİN BŞBPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. İş materiallarında olan pretenziya məktubuna və poçt qəbzinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı aliment tələbinə dair Cavabdeh ünvanlanmış müraciəti xx.xx.2023-cü il tarixdə sonuncuya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından övladları X3, X5 və X4 anadan olmuşdur. Sonuncular hazırda anaları İddiaçı yanındadırlar. Cavabdeh əvvəllər DİN BDYPİ-də işləmiş və xx.xx.2023-cü il tarixdə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilir ki, Cavabdeh hal-hazırda işləmir. Bu səbəbdən, hazırki dövr üçün alimentin cavabdehin aylıq əmək haqqı və digər gəlirlərindən müvafiq hissədə tutulması mümkün hesab edilmir. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən alimentin ödənilməsi barədə cavabdehə rəsmi şəkildə müraciət edilmiş, lakin, müsbət nəticə əldə edilməmişdir. Yəni, iddiaçı üzərinə düşən formada müvafiq tələbini cavabdehə qarşı irəli sürmüşdür. İddiaçının həddən artıq formada öhdəliklərlə mükəlləf edilməsini məhkəmə məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinin dispozitiv şərtləri yerinə yetirilir. Bu səbəbdən, alimentin xx.xx.2023-cü il tarixdən tutulması əsaslı və qanuni hesab edilir. Məhkəmə qərar qəbul edərkən dövlət aparatı olaraq uşaqların üstün mənafelərini əsas götürür. Mülki qanunvericiliyin dispozitivliyi nəzərə alınmaqla “qanunla qadağan edilməyən hər şeyə icazə verilir” prinsipini məhkəmə əsas götürür. Məhkəmə nəzərə alır ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək olan müddət ərzində DİN BDYPİ-də polis əməkdaşı kimi işləmişdir. Aylıq əmək haqqı 1219,40 manat təşkil etmiş və əmək haqqından əlavə müvafiq gəlirləri (əmək haqqına əlavələr, mükafat və s.) olmuşdur. Bu səbəbdən, cavabdehin işdən çıxdığı günədək alimentin müvafiq olaraq əmək haqqı və digər gəlirlərin yarısı miqdarında, işdən çıxdığı tarixdən etibarən isə sabit pul məbləğində müəyyən edilməsi əsaslı hesab edilir. Uşaqların saxlanılması üçün hər ay hər uşağa münasibətdə 235 manat olmaqla ümumilikdə 705 manat məbləğində müəyyən edilməsini məhkəmə əsaslı və məqsədə müvafiq hesab etmir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir, rəsmi gəliri yoxdur və bu barədə iddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 705 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 705 manat məbləğində alimentin tutulması işsiz şəxs (gəlirləri müəyyən deyil) üçün mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, üzərinə düşən aktiv sübutetmə (təkzibetmə) funksiyasını həyata keçirtməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməyi əsaslı hesab edir. Məhkəmə X3, X5 və X1 üçün hər ay hər birinə münasibətdə 185 (yüz səksən beş) manat olmaqla ümumilikdə 555 (beş əlli beş) manat məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh yetkinlik yaşına çatmayan X3, X5 və X1 üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqı və digər gəlirlərinin ½ hissəsi miqdarında, xx.xx.2023-cü il tarixdən etibarən isə hər ay hər birinə münasibətdə 185 (yüz səksən beş) manat olmaqla ümumilikdə 555 (beş əlli beş) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan X3, X5 və X1 üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqı və digər gəlirlərinin ½ hissəsi miqdarında, xx.xx.2023-cü il tarixdən etibarən isə hər ay hər birinə münasibətdə 185 (yüz səksən beş) manat olmaqla ümumilikdə 555 (beş əlli beş) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar