Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1697/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 64 manat, Cavabdeh2 196 manat, Cavabdeh1 150 manat və Cavabdeh4 320 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin mülkiyətində olan 2020-ci il buraxışlı “Ravon R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh3 idarə edərkən: BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat, cəmi 64 manat ödənilmişdir. Cavabdeh2 idarə edərkən: BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; İXP ******* saylı protokola görə 100 manat; BNA ******* saylı protokola görə 32 manat, cəmi 196 manat ödənilmişdir. Cavabdeh1 idarə edərkən: EQ 13676281 saylı protokola görə 16 manat; EQ 13520148 saylı protokola görə 80 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 36 manat, cəmi 150 manat ödənilmişdir. Cavabdeh4 idarə edərkən: EQ 15889613 saylı protokola görə 80 manat; EQ 15863831 saylı protokola görə 32 manat; EQ 15619280 saylı protokola görə 64 manat; EQ 15889613 saylı protokola görə 64 manat; EQ 15619280 saylı protokola görə 80 manat, cəmi 320 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 730 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbini barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azemis” X1 əldə edilmiş məlumatdan görünür ki, “Ravon R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. 18 noyabr 2021-ci il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh3 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 12 oktyabr 2020-ci il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh2 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 11 yanvar 2021-ci il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh2 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 17 fevral 2021-ci il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh2 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 17 mart 2022-ci il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 20 iyun 2023-cü il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh4 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. 02 iyun 2023-cü il tarixli Etibarnaməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh4 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi idarə edilməsi səlahiyyəti verilmişdir. X1 çıxarışın surətindən görünür ki, Cavabdeh3 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat olmaqla, cəmi 64 manat cərimə edilmişdir. X1 çıxarışın surətindən görünür ki, Cavabdeh2 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; İXP ******* saylı protokola görə 100 manat; BNA ******* saylı protokola görə 32 manat olmaqla, cəmi 196 manat cərimə edilmişdir. X1 çıxarışın surətindən görünür ki, Cavabdeh1 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən EQ 13676281 saylı protokola görə 16 manat; EQ 13520148 saylı protokola görə 80 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 36 manat olmaqla, cəmi 150 manat cərimə edilmişdir. X1 çıxarışın surətindən görünür ki, Cavabdeh4 RAVON NEXİA R3 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən EQ 15889613 saylı protokola görə 80 manat; EQ 15863831 saylı protokola görə 32 manat; EQ 15619280 saylı protokola görə 64 manat; EQ 15889613 saylı protokola görə 64 manat; EQ 15619280 saylı protokola görə 80 manat olmaqla, cəmi 320 manat cərimə edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 hər birinə ayrı-ayrılıqda ünvanlanmış 09 dekabr 2024-cü il tarixli pretenziya məktublarından və onlara əlavə olunmuş poçt qəbzlərindən görünür ki, cavabdehlər cərimə borclarını ödəmədikləri halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdirlər. 03 sentyabr 2024-cü il tarixli, 64922190 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh3 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922216 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh3 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922257 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh2 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922284 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh2 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922362 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh2 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922328 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh2 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 100 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921984 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh1 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 16 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922028 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh1 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 80 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922117 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh1 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 18 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64922154 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh1 tərəfindən (adından) AYNA və BNA-nın hesabına 36 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921725 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh4 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 80 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921811 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh4 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 32 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921851 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh4 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 64 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921900 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh4 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 64 manat cərimə ödənişi edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 64921938 saylı qəbzdən görünür ki, müştəri Cavabdeh4 tərəfindən (adından) Daxili İşlər Nazirliyinin hesabına 80 manat cərimə ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-243 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan X2 müvəqqəti sahibliyində olduğu müddət ərzində, İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda verilmiş etibarnamələr əsasında cavabdehlərin avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Cavabdehlər etibarnamə əsasında lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdurlar. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 730 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iddiaçı cərimələrə görə ödədiyi pulların cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli; cavabdehlər Cavabdeh3 64 (altmış dörd) manat, Cavabdeh2 196 (yüz doxsan altı) manat, Cavabdeh1 150 (yüz əlli) manat və Cavabdeh4 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 64 (altmış dörd) manat, Cavabdeh2 196 (yüz doxsan altı) manat, Cavabdeh1 150 (yüz əlli) manat və Cavabdeh4 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulara İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1697/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1697/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver