Məhkəmə qərarları › İş №e-2(004)-1709/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1709/2025

02.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1709/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-i və Cavabdeh3 arasında bağlanılmış Kooperativ Binada Mənzil Alqı-Satqısı haqqında 10 iyul 2023-cü il tarixli Alqı- Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-i ilə İddiaçı2 arasında bağlanılmış 29 yanvar 2018-ci il tarixli Alqı-Satqı Müqaviləsinin qüvvədə olması və etibarlılığı tanınması, cavabdehlərdən öhdəliklərini yerinə yetirmədiklərinə görə müştərək qaydada iddiaçıların xeyrinə 50 000 (əlli min) AZN məbləğində dəbbə pulu tutulması, cavabdehlərin əməllərinə hüquqi qiymət verilərək əməldə cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurora göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 iyun 2014-cü il tarixində İddiaçı3 ilə İddiaçı2 arasında qanuni nikah bağlanmışdır, nikah bu gündə qüvvədədir, birgə nikahdan uşaqları vardır. 29 yanvar 2018-ci il tarixində İddiaçı2 ilə Cavabdeh1 MMC-i arasında həmin MMC-nın inşa etdiyi yaşayış binasının üzvlüyünə (Payçı) qəbuledilməyi və ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin ona satılması barədə Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə imzalanmışdır. Cavabdeh1 MMC-i tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir. MMC–nə borcu yoxdur. Beləliklə qanunvericiliyə əsasən həmin mənzil İddiaçı3 ilə İddiaçı2 birgə mülkiyyəti olmuşdur. Bildirie ki, faktiki olaraq mənzilin dəyəri tam olaraq Cavabdeh1 MMC-nə İddiaçı2 adından qohumu İddiaçı1 tərəfindən ödənilmişdir. İddiaçı1la onların arasında belə razılıq olmuşdur ki, bu mənzil üçün çəkdiyi xərci onlar ona az-az məbləğlərlə qaytaracaq və bu mənzil onlara qalacaqdır. Çünki onların uşaqları böyüyür, təhsillərini davam etdirmək üçün Bakı şəhərindəki ali məktəbə imtahan verəcəklər və bu mənzildə yaşayacaqlar. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı1 ilə Cavabdeh2 qonşudurlar, bir binada yaşayırlar və aralarında yaxşı münasibətlər olmuşdur. İddiaçı1 ilə Cavabdeh2 arasında müəyyən işgüzar münasibətlər olmuşdur və 2017-ci ildən (yani hələ kooperativ mənzil alınmamışdan qabaq) Cavabdeh2 İddiaçı1 178 400 manat məbləqində borcu yaranmışdır. (bu hal Nərimanov rayon məhkəməsinin hazırda qüvvədə olan qətnaməsi ilə təsdiq olunur) Cavabdeh2 borcu qaytaracaqına dair İddiaçı1 söz vermiş və qısa müddətdə borcu qaytaracağı barədə öhdəlik götürmüşdür. Həmin ərəfədə İddiaçı1 ünvan 2 ünvanında Cavabdeh1 MMC-i tərəfindən aparılan tikinti üçün tikinti materialları vermiş və bunun qarşılıqında Cavabdeh1 MMC-i İddiaçı1 tikilən binada 3 otaqlı mənzil vermiş və İddiaçı1 istəyi ilə həmin mənzil İddiaçı2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 onunla yaxşı qonşuluq münasibətində olan İddiaçı1 müraciət edərək Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov küçəsi ünvanında Cavabdeh1 MMC-i tərəfindən tikilən binada olan mənzilini onun (Cavabdeh2) qohumu Cavabdeh3 adına keçirməyini xahiş etmiş və bildirmişdir ki, bunun müqabilində Cavabdeh3 ona (Cavabdeh2a) borc kimi əlavə pul verəcək və o (Cavabdeh2a) aldığı pulu İddiaçı1 verməklə borcunu bağlayacaqdır. İddiaçı1 istəyi ilə İddiaçı2 28 dekabr 2018-ci il tarixində , müddəti 1 (bir) il olan mənzildən imtina etmə barədə notariatda təsdiq edilmiş ərizə və etibarnamə vermişdir. İddiaçı3 da belə imtina istənilmiş, lakin o İddiaçı3 mənzilin dəyəri ödənilərsə yalnız onda belə imtina ərizəsi verəcəyini bildirmişdir. Bildirir ki, bundan sonra istər Cavabdeh3, istər Cavabdeh1 MMC-i tərəfindən, istərsə də Cavabdeh2 tərəfindən nə İddiaçı3, nə İddiaçı1, nə də ki, İddiaçı2 mənzilin dəyəri ödənilməmişdir. Bundan əlavə Cavabdeh2 tərəfindən də İddiaçı1 olan digər borcundan bir manatda ödənilməmişdir. Beləliklə aldadıldıqını bilən İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(005)-3336/2019 saylı qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 İddiaçı1 xeyrinə 178 400 manat pulun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və İcra Vərəqəsi verilərək icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Hal-hazıra kimi qüvvədə olan məhkəmə qətnaməsi icra edilməmiş, Cavabdeh2 qərəzli şəkildə məhkəmənin qanuni qüvvədə olan qətnaməsinin icrasından boyun qaçırır. Mənzilin dəyəri ödənilmədiyindən İddiaçı3 həmin mənzildən imtina etməmiş, onun adından imtina etməsi barədə heç kimə səlahiyyət verməmişdir. Mənzilin dəyəri ödənilmədiyindən iddiaçı Əsədov X1 müddəti 28 dekabr 2019-cu il tarixində bitdiyindən xitam verildiyinə görə Etibarnamənin müddətini uzatmamış və mənzili Cavabdeh3 adına keçirməkdən imtina etmişdir. Mənzil 2023-cü il tarixinə kimi İddiaçı2 adında qalmış,ər-arvad olan İddiaçı3 və Üçüncü Şəxs İddiaçı2 birgə ümumimülkiyyətində olmuşdur. Bundan sonra iddiaçılar mütamadi olaraq Cavabdeh1 MMC-nin ofisində rəhbər işçilirəli ilə görüşmüş, evin tikintisinin nə vaxt başa çatması ilə maraqlanmış və onlara cavab verilirdi ki, narahat olmayın yaxın vaxtlarda binanın tikintisi başa çatacaq. Təxminən 2022-ci ilin sonlarında bu MMC-i ilə bağlı müəyyən narahatedici məlumatlar çatırdı ki, həmin binada bir mənzili bir neçə şəxsə satıblar. İddiaçı2 yenədə MMC-nin ofisində rəhbər işçilirəl ilə görüşmüş və öz narahatlıqlarımı onlara bildirmişdilər.. Lakin yenə də onlar əmin etdilər ki belə bir şey yoxdur, inanmayın, boş sözsöhbətdir, şayədir. Lakin bu söz-söhbətlər səngimirdi. İddiaçılarda olan məlumatlara əsasən MMCdə bir neçə belə hallar mövcuddur, vətəndaşların milyonlarla pulu MMC-ni idarə edən şəxslər tərəfindən mənimsənilmişdir. Belə hallar iddiaçıları ciddi narahat etdiyi üçün İddiaçı2 növbəti dəfə 2024-cü ildə Cavabdeh1 MMC-nə gələrək aldıqı mənzilin məhz ona məxsus olması, digər şəxslərə satılmaması barədə rəsmi arayışın verilməsini xahiş etmişdir. Bu dəfə ona bildirdilər ki, mənzil başqa şəxslərə satılıb. Bu səbəblərdən aralarında narazılıqlar baş verdi və o tələb etdi ki, mənzilinin kimə, nə vaxt və nəyin əsasında satılmaları barədə ona rəsmiarayış və Müqavilənin surətini versinlər. Lakin bu dəfə də arayışın və Müqavilənin verilməsindən imtina edildi. Bundan sonra İddiaçı2 Cavabdeh1 MMC-nin hazırki direktoru Cavabdeh4 adına rəsmi ərizə ilə müraciət edərək ona məxsus mənzilin hazırda nəyə əsasən, kimin adına və nə vaxt rəsmiləşdirdiyi barədə rəsmi məlumat verməyini, bu rəsmiləşdirmələrə dair sənədlərin (Müqavilələrin) surətlərini ona təqdim olunmasını xahiş etdi. Həmin ərizə surətli poçt GO Exspress vasitəsilə (qəbz № 064525) Cavabdeh1 MMC-nə göndərdi. Lakin uzun müddət keçməsinə baxmayaraq bu ərizəyə də cavab verilmədi. Cavabdeh1 MMC-də vətəndaşlara qarşı törədilən dələduzluq faktları haqqında dəfələrlə sosial şəbəkələrdə məlumatlar verilmiş, mənzil alan şəxslər kütləviçıxışlar və nümayişlər etmiş, hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Cavabdeh1 MMC-nin rəhbər işçiləri inadla mənzillə bağlı bizə rəsmiarayış verməkdən imtina edirlər. Beləliklə də iddiaçılarımüdafiə, o cümlədən məbhkəmə vasitəsilə müdafiə hüquqlarından məhrum edirdilər. Bu səbəblərdən də İddiaçı2 Cavabdeh1 MMC-nin qanuna-zidd hərəkətləri barədə Yasamal rayom prokurorluğuna rəsmimüraciət edərək lazımısənədlərin təqdim edilməsində köməklik göstərilməsini xahiş etdi. Yasamal rayon prokuroru baş ədliyyə müşaviri cənab Elman Süleymanovun imzaladığı 13 yanvar 2025-ci il tarixli 2-2/321/2-006224/2025 saylı məkubu ilə tələb olunan sənədlər, o cümlədən bizim mənzilin Cavabdeh3 satılması barədə 10 iyul 2023-cü il tarixliAlqı-Satqı Müqaviləsinin surəti bizə göndərildi. Kooperativ Binada MənzilAlqı-Satqısı haqqında 10 iyul 2023-cü il tarixliAlqı-Satqı Müqaviləsində göstərilmişdir ki, ünvan 2 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzil 10 iyul 2023-cü il tarixində Cavabdeh3 satılmışdır.Bu Müqavilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh4 və Cavabdeh3 tərəfindən imzalanmışdır. Həmin Müqavilədə İddiaçı2 ilə bağlanmış 29 yanvar 2018-ci il tarixli Müqavilənin ləğv edilməsi, Cavabdeh3 nə qədər pul ödəməsi, ödənilmiş pulun əvvəlki “Payçı”- İddiaçı2 qaytarılması barədə heç nə göstərilməmişdir və pullar qaytarılmamışdır. Beləliklə sübut olunmuşdur ki, İddiaçı2 ilə 29 yanvar 2018-ci il tarixində bağlanmış Müqavilə hələ qüvvədədir, mənzili ikinci dəfə satmaqla Cavabdeh1 MMC-i tərəfindən “dvoynik” yaradılmış və cinayət törədilmişdir. Bundan əlavə cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Qanunları dəfələrlə və kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli koorperativ binada mənzil alqı-satqısı haqqında müqavilədən müəyyən edilir ki, Qlobal-SF” MMC ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzili payçıya verməyi (İddiaçı2) , payçı isə həmin mənzil sahəsini qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 8İ-5196 reyestr nömrəli xx.xx.2018-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı2 Cavabdeh1 MMC -nin ünvan 2 ünvanında inşa etdiyi 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin mənzili və pay hüquqlarını Cavabdeh3 adına sənədləşdirilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh1 MMC -nin verdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzilin tikinti dəyəri Tərtər rayonu Bəyimşarov kəndində qeydiyyatda olan İddiaçı2 tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3336/2019 saylı qiyabi qətnaməsinə əsasən Cavabdeh2 178400 manat pul İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli koorperativ binada mənzil alqı-satqısı haqqında müqavilədən müəyyən edilir ki, Cavabdeh1 MMC ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzili xx.xx.2022-ci il tarixli SF-001 nömrəli alqı-satqı müqaviləsinin 3.1.14-cü bəndinə əsasən payçıya verməyi (Cavabdeh3) , payçı isə həmin mənzil sahəsini qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC verdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli SF-001 nömrəli alqı-satqı müqaviləsinin 3.1.14-cü bəndinə əsasən tikinti dəyəri X6 tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. İş materiallarında olan 8İ-1613 reyestr nömrəli xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, X6 Cavabdeh1 MMC -nin ünvan 2 ünvanında inşa etdiyi 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarınn X4 adına sənədləşdirilməsini xahiş edir. İş materiallarında olan Baku Palace MTK-nin verdiyi xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həyat yoldaşı X3 məxsus Lakin Azərbaycan Beynəlxalq Bankında ipoteka ilə yüklü olan ünvan 3 ünvanında yerləşən binanın 8-ci mərtəbəsində olan 4 otaqlı mənzildə həyat yoldaşı X5 ilə birlikdə yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 649169 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı2 ilə İddiaçı3 arasında Tərtər rayonu Bəyimşarov kənd İ.Ə.D üzrə nümayəndəlikdə xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 23 iyun 2014-cü il tarixində İddiaçı3 ilə İddiaçı2 arasında qanuni nikah bağlanmışdır, nikah bu gündə qüvvədədir, birgə nikahdan uşaqları vardır. 29 yanvar 2018-ci il tarixində İddiaçı2 ilə Cavabdeh1 MMC-i arasında həmin MMCnın inşa etdiyi yaşayış binasının üzvlüyünə (Payçı) qəbuledilməyi və ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin ona satılması barədə Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə imzalanmışdır. Cavabdeh1 MMC-i tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir. MMC–nə borcu yoxdur. 8İ-5196 reyestr nömrəli xx.xx.2018-ci il tarixli ərizəyə əsasən İddiaçı2 Cavabdeh1 MMC -nin ünvan 2 ünvanında inşa etdiyi 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin mənzili və pay hüquqlarını Cavabdeh3 adına sənədləşdirilməsini xahiş edir. Cavabdeh1 MMC -nin verdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzilin tikinti dəyəri Tərtər rayonu Bəyimşarov kəndində qeydiyyatda olan İddiaçı2 tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3336/2019 saylı qiyabi qətnaməsinə əsasən Cavabdeh2 178400 manat pul İddiaçı1 xeyrinə tutulması qət edilmişdir.Cavabdeh1 MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli koorperativ binada mənzil alqı-satqısı haqqında müqavilədən müəyyən edilir ki, Cavabdeh1 MMC ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzili xx.xx.2022-ci il tarixli SF-001 nömrəli alqı-satqı müqaviləsinin 3.1.14cü bəndinə əsasən payçıya verməyi (Cavabdeh3) , payçı isə həmin mənzil sahəsini qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC verdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 2 ünvanında tikilməkdə olan 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli SF-001 nömrəli alqı-satqı müqaviləsinin 3.1.14-cü bəndinə əsasən tikinti dəyəri X6 tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur.8İ-1613 reyestr nömrəli xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, X6 Cavabdeh1 MMC -nin ünvan 2 ünvanında inşa etdiyi 1-ci bina “D” blok 1-i mərtəbə sahəsi 140 kv.m 3 otaq 2 nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarınn X4 adına sənədləşdirilməsini xahiş edir. Hazırda iddiaçılar cavabdehlər Cavabdeh1 MMC-i və Cavabdeh3 arasında bağlanılmış Kooperativ Binada Mənzil Alqı-Satqısı haqqında 10 iyul 2023-cü il tarixli Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-i ilə İddiaçı2 arasında bağlanılmış 29 yanvar 2018-ci il tarixli Alqı-Satqı Müqaviləsinin qüvvədə olması və etibarlılığı tanınması, cavabdehlərdən öhdəliklərini yerinə yetirmədiklərinə görə müştərək qaydada iddiaçıların xeyrinə 50 000 (əlli min) AZN məbləğində dəbbə pulu tutulması, cavabdehlərin əməllərinə hüquqi qiymət verilərək əməldə cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurora göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mülki Məcəllə: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İddia tələbi Cavabdeh1 MMC-i və Cavabdeh3 arasında bağlanılmış Kooperativ Binada Mənzil Alqı-Satqısı haqqında 10 iyul 2023-cü il tarixli Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 MMC-i ilə İddiaçı2 arasında bağlanılmış 29 yanvar 2018-ci il tarixli Alqı-Satqı Müqaviləsinin qüvvədə olması və etibarlılığı tanınması barədədir. İddiaçılar Əsədov X2 Sara Qəzənfər qızı mübahisələndirilən müqavilədə adı keçən mənzilin birgə nikah dövründə əldə etdiklərinə, İddiaçı3 həmin mənzilin Cavabdeh3 adın keçməsi barədə ərizəni onu razılığı olmadan verməsinə istinad etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halına görə isə İddiaçı2 tərəfindən üzərində sərəncam verilən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüququ olmayıb, "xxxx" MMC ilə bağlanmış müqavilədən irəli gələn tələb hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 7.10-7.11-ci bəndlərinə görə məhkəmələr bəzi hallarda Mülki Məcəllənin 650-ci maddəsinin tələblərindən çıxış edərək, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydanı ər-arvadın birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) da tətbiq edirlər. Lakin Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik münasibətlərini tənzimlədiyi üçün həmin normanın əşya-hüquq münasibətlərinə tətbiqi hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda, Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı 225.6-cı maddəsində vicdanlı şəxsin hüquqlarının qorunmaması barədə müddəa mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydadan istisna olduğu üçün həmin normanın geniş təfsir olunması, eləcə də analogiya üzrə tətbiqi yolverilməzdir. Göründüyü kimi, Ali Məhkəmənin Plenum qərarında xüsusilə vurğulanmıdır ki, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qayda ər-arvadın birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) şamil olunmur. Hazırki işdə də müəyyən edilib ki, mübahisədə adı keçən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Buna görə də iddianın Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən təmin edilməsi istisna edilir və həmin maddənin tətbiq edilməli olması barədə dəlil əsaslı sayıla bilməz. Analoji işlərdə (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara dair iddialarda) əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Bu halda isə əldə edənin vicdanlı olmamasını, yəni həmin şəxsin bu cür razılığın olmadığını bilməsi və ya bilməli olmasını sübuta yetirmək vəzifəsi bunu iddia edən tərəfin, yəni hazırki halda iddiaçının üzərinə düşmüşdür. (Ali Məhkəmənin Plenum Qərarı, bənd 7.7) İşdən görünür ki, İddiaçı3 İddiaçı2 mübahisələndirilən müqavilə bağlanarkən iddiaçının İddiaçı3 buna razılığının olmadığını bildiyini, yaxud bilməli olmasını sübuta yetirə bilməmişdir. Həmçinin digər iddiaçılara münasibətdə də məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir, alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar