Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-181/2025 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Ebubekir Gülecin iştirakları ilə, İddiaçı Maraqlı şəxs2 MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Ebubekir Gülecə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Maraqlı şəxs2 MMC və "xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Ebubekir Gülecə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ebubekr Gulecdən və Cavabdeh2 onlara məxsus kart hesablarına köçürülmüş 53.558 (əlli üç min beş yüz əlli səkkiz) manat, məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 251 (iki yüz əlli bir) manat dövlət rüsumunun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkillərə çəkilmiş xərc aynaynlıqda 2000 manat olmaqla, 4000 (dörd min) manat, ümumilikdə 57.809 (əlli yeddi min səkkiz yüz doqquz) manat vəsaitin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi (istehlakçı) X7 (İddiaçı həyat yoldaşı) ilə podratçılar Cavabdeh1 və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixində iddiaçının öz həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi tam təmirsiz mənzilin tam təmirli hala gətirilməsi məqsədilə podrat müqaviləsi bağlanmışdır. Müqavilə danışıqları “WhatsApp” yazışma proqramı vasitəsilə iddiaçı və Cavabdeh2 arasında aparılmış, elə sözügedən müqavilə və müqavilədə nəzərdə tutulan işlərə dair qiymət təklifləri, podratçıların ödənişi qəbul etmək üçün kart hesabları, ödənilmiş ödənişlərin qəbzləri və işlər barədə digər danışıqlar həyata keçirilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini podratçının özünün işçi qüvvəsinə hesabına, Podratçının müqavilə əsasında işləri yerinə yetirdiyi Bakı şəhərində salınan Ağ şəhər binasında 195 kvadrat metr mənzilin daxili təmir-tikinti işlərinin icra edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, yerinə yetiriləcək işlər ölkədə qüvvədə olan tikinti normativ və qaydalarına uyğun yerinə yetiriləcəkdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, əgər podratçı işləri podratda göstərilən vaxt və ya uzadılmış vaxt ərzində tamamlaya bilməzsə, podratçı öhdəliyin yerinə yetirilməsinə görə qiymət cəriməsi kimi, İşəgötürən tərəfindən kəsiləcək cəza podratçı tərəfindən ödənilməlidir. Əsas podratçı isə heç bir məsuliyyət daşımayacaq və pozuntu halında məsuliyyət tədbiri olaraq yerli ödəniş vasitəsi olan manat olaraq ödəniləcəkdir. Belə zərərlərin ödənişi və ya çıxılması podratçını işlərini bitirmək və ya subpodrata aid digər öhdəlikdən azad etməyəcəkdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, podratçı öz hesabına icra edəcəyi işlərdəki bütün nöqsanları, qüsurları və çatışmazlıqları bərpa edəcək və bütün təmir və düzəliş işlərini icra edəcəkdir. Həmçinin podratçı səhv imalat və ya tikinti sahəsindəki uyğunsuzluqların bütün xərclərini ödəmək məcburiyyətindədir. Belə ki, 29 iyun 2022-ci il tarixli podrat müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdikləri onlara məxsus kart hesablarına 11 aprel 2023-cü il tarixdə 7000 (yeddi min) manat , 22 fevral 2023-cü il tarixdə 3000 (üç min) manat, 22 sentyabr 2023-cü il tarixdə 1600 manat (min altı yüz) , 01 yanvar 2023-cü il tarixdə 5000 (beş min) manat, 01 iyul 2023-cü il tarixdə 500 manat (beş yüz), 10 dekabr 2022-ci il tarixdə 1000 manat (bir min) , 04 dekabr 2022-ci il tarixdə 2158 (iki min yüz əlli səkkiz) manat, 04 fevral 2023-cü il tarixdə 5000 (beş min) manat, 23 dekabr 2022-ci il tarixdə 8000 (səkkiz min) manat, 02 iyun 2023-cü il tarixlərində 4600 (dörd min altı yüz) manat sonu 4873 ilə bitən kart nömrəsinə 37 858 (otuz yeddi min səkkiz yüz əlli səkkiz) manat, 11 oktyabr 2022-ci tarixində 1600 (min altı yüz) manat, 24 oktyabr 2022-ci il tarixində 5000 (beş min) manat sonu 3126 nömrəli karta, 01 noyabr 2022-ci il tarixdə 4300 (dörd min) manat və 2022-ci ilin oktyabr ayında 3200 (üç min iki yüz) manat sonu 7997 nömrəli karta, 12 oktyabr 2022-ci il tarixdə 1600 (min altı yüz) manat sonu 3126 nömrəli karta cəmi 15700 manat (on beş min yeddi yüz), ümumilikdə isə 53 558 (əlli üç min beş yüz əlli səkkiz) manat ödəniş etmişdir. (ödəniş qəbzləri qoşmaya əlavə edilmişdir). Lakin işlərin yerinə yetirilməsi həvalə olunan cavabdehlər müqaviləyə uyğun olaraq işləri icrası zamanı həmin işlərin tələblərinə uyğun olan kəmiyyət və keyfiyyətdə öhdəliyini icra etməmiş və nümayəndəsi olduğu İddiaçı haqlı mənafelərinin pozulmasına və ona xeyli miqdarda maddi ziyan vurulmasına səbəb olmuşdur. Daha sonra 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Ağ şəhərdə yerləşən mənzildə (iddiaçıya məxsus və cavabdehlər tərəfindən işlər görülmüş mənzil) nöqsanların aşkarlanmasına dair 13.74 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat ödəniş həyata keçirilmiş və müstəqil tələb irəli sürməyən İİİ şəxsMaraqlı şəxs1 MMC tərəfindən nöqsanlar aşkarlanmış, buna dair video materiallar hazırlanmış və təmir işləri görülmüşdür. Maraqlı şəxs1 MMC-yə 16365 (on altı min üç yüz altmış beş) manat ödəniş həyata keçirilmişdir. Bununla belə cavabdehlər tərəfindən görülmüş işlərdəki qüsurların tamamilə aradan qaldırılması mümkün olmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 MMC-dən mebellər sifariş edilmiş və quraşdırılması da onlara həvalə edilmişdir. Lakin cavabdehlərin qüsurlu icrası səbəbilə divar ölçüləri düzgün olmadığına görə mebellərin yerləşdirilməsi üçün onlar kəsilmək məcburiyyətində qalmışdır. Mahiyyətinə görə cavabdehlərin lazımi keyfiyyətdə yerinə yetirmədiyi işlər aluid işlər siyahısına daxildir. Tamamilə uyğunsuz (aluid) işlərin siyahısı sifarişçi ilə podratçı arasındakı müqavilədə nəzərdə tutulmayan elə işlərdir ki, hüquqi cəhətdən iş görülməməsinə bərabər tutulur. Aluid razılaşmada nəzərdə tutulmayan elə işlərdir ki, qüsurlu və ya qüsursuz icra edilməsindən asılı olmayaraq sifarişçi onu qəbul etməkdən imtina edə bilər, əvvəlki vəziyyətin bərpası üçün sərf olunmalı məbləği tələb edə bilər. Əgər sifarişçi podratçının icra etdiyi bütün işlər üzrə bərpatamamlanma həyata keçirmişdirsə görülmüş işlərin aluid kimi deyil, qüsurlu icra kimi nəzərə alınır. Məhkəmə prosesinin gedişində İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Ebubekr Gulecdən və Cavabdeh2 53.558 (əlli üç min beş yüz əlli səkkiz) manat məbləğində əsas borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 250,67 (iki yüz əlli manat altmış yeddi qəpik) manat dövlət rüsumunun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkillərə çəkilmiş xərc ayrı-ayrılıqda 2000 manat olmaqla, 4.000 (dörd min) manat, iddiaçının vurulan zərərin aradan qaldırılması üçün öz hesabına mənzilin divarlarında aşkarlanmış qüsurların aradan qaldırılması və təmir işlərinin həyata keçirilməsi məqsədilə "X16" MMC ilə bağladığı 21 oktyabr 2023-cü il tarixli, 13.74 nömrəli müqaviləyə əsasən ödədiyi 16.365 (on altı min üç yüz altmış beş) manat, həmçinin X7 (İddiaçı həyat yoldaşı) ilə podratçılar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış podrat müqaviləsinin 5.2-ci maddəsinə əsasən 37.193 (otuz yeddi min yüz doxsan üç) manat məbləğində qiymət cəriməsinin, məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 250, 67 (iki yüz əlli, altmış yeddi) manat olmaqla, ümumilikdə 111.617,34 (yüz on bir min altı yüz on yeddi manat otuz dörd qəpik) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı öz həyat yoldaşı ilə birlikdə sosial şəbəkələrdə axtarış edərkən cavabdelərin şirkətini tapmış və onlarla əlaqə saxlamışdır. Cavabdehlər özlərini peşəkar şirkət kimi təqdim etmiş, sıfırdan ev təmiri ilə məşğul olduqlarını bildirmişlər. Beləliklə, sifarişçi (istehlakçı) X7 (İddiaçı həyat yoldaşı) ilə podratçılar Cavabdeh1 və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixində iddiaçının öz həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi tam təmirsiz mənzilin tam təmirli hala gətirilməsi məqsədilə podrat müqaviləsi bağlanmışdır. Müqavilə danışıqları “WhatsApp” yazışma proqramı vasitəsilə iddiaçı və Cavabdeh2 arasında aparılmış, elə sözügedən müqavilə və müqavilədə nəzərdə tutulan işlərə dair qiymət təklifləri, podratçıların ödənişi qəbul etmək üçün kart hesabları, ödənilmiş ödənişlərin qəbzləri və işlər barədə digər danışıqlar həyata keçirilmişdir. Prosesin gedişində iddiaçı cavabdehlərə təklif edir ki, ona yazılı müqavilə təqdim etsinlər. Onlar “WhatsApp” vasitəsilə müqavilə göndərirlər və müqavilənin tərəfləri X7 və Cavabdeh1 olmuş, lakin şirkət adı yazılmamışdı. Müqavilənin predmeti təmir işlərinin görülməsidir. Hesab edirəm ki, müqavilə podrad müqaviləsi kimi qiymətləndirilməlidir. Həmçinin müqavilədə bir çox yerdə texniki səhvlər edilib, imza və möhür də yoxdur. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini podratçının özünün işçi qüvvəsinə hesabına, Podratçının müqavilə əsasında işləri yerinə yetirdiyi Bakı şəhərində salınan Ağ şəhər binasında 195 kvadrat metr mənzilin daxili təmir-tikinti işlərinin icra edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, yerinə yetiriləcək işlər ölkədə qüvvədə olan tikinti normativ və qaydalarına uyğun yerinə yetiriləcəkdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, əgər podratçı işləri podratda göstərilən vaxt və ya uzadılmış vaxt ərzində tamamlaya bilməzsə, podratçı öhdəliyin yerinə yetirilməsinə görə qiymət cəriməsi kimi, İşəgötürən tərəfindən kəsiləcək cəza podratçı tərəfindən ödənilməlidir. Əsas podratçı isə heç bir məsuliyyət daşımayacaq və pozuntu halında məsuliyyət tədbiri olaraq yerli ödəniş vasitəsi olan manat olaraq ödəniləcəkdir. Belə zərərlərin ödənişi və ya çıxılması podratçını işlərini bitirmək və ya subpodrata aid digər öhdəlikdən azad etməyəcəkdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, podratçı öz hesabına icra edəcəyi işlərdəki bütün nöqsanları, qüsurları və çatışmazlıqları bərpa edəcək və bütün təmir və düzəliş işlərini icra edəcəkdir. Həmçinin podratçı səhv imalat və ya tikinti sahəsindəki uyğunsuzluqların bütün xərclərini ödəmək məcburiyyətindədir. Belə ki, 29 iyun 2022-ci il tarixli podrat müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdikləri onlara məxsus kart hesablarına 11 aprel 2023-cü il tarixdə 7000 (yeddi min) manat , 22 fevral 2023-cü il tarixdə 3000 (üç min) manat, 22 sentyabr 2023-cü il tarixdə 1600 manat (min altı yüz) , 01 yanvar 2023-cü il tarixdə 5000 (beş min) manat, 01 iyul 2023-cü il tarixdə 500 manat (beş yüz), 10 dekabr 2022-ci il tarixdə 1000 manat (bir min) , 04 dekabr 2022-ci il tarixdə 2158 (iki min yüz əlli səkkiz) manat, 04 fevral 2023-cü il tarixdə 5000 (beş min) manat, 23 dekabr 2022-ci il tarixdə 8000 (səkkiz min) manat, 02 iyun 2023-cü il tarixlərində 4600 (dörd min altı yüz) manat sonu 4873 ilə bitən kart nömrəsinə 37858 (otuz yeddi min səkkiz yüz əlli səkkiz) manat, 11 oktyabr 2022-ci tarixində 1600 (min altı yüz) manat, 24 oktyabr 2022-ci il tarixində 5000 (beş min) manat sonu 3126 nömrəli karta, 01 noyabr 2022-ci il tarixdə 4300 (dörd min) manat və 2022-ci ilin oktyabr ayında 3200 (üç min iki yüz) manat sonu 7997 nömrəli karta, 12 oktyabr 2022-ci il tarixdə 1600 (min altı yüz) manat sonu 3126 nömrəli karta cəmi 15700 manat (on beş min yeddi yüz), ümumilikdə isə 53 558 (əlli üç min beş yüz əlli səkkiz) manat ödəniş etmişdir. Lakin işlərin yerinə yetirilməsi həvalə olunan cavabdehlər müqaviləyə uyğun olaraq işləri icrası zamanı həmin işlərin tələblərinə uyğun olan kəmiyyət və keyfiyyətdə öhdəliyini icra etməmiş və nümayəndəsi olduğum İddiaçı haqlı mənafelərinin pozulmasına və ona xeyli miqdarda maddi ziyan vurulmasına səbəb olmuşdur. O, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini icra etməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Səs yazılarından da müəyyən edilir ki, onlar qüsurlar olmasını qəbul edirlər. Mülki qanunvericilikdə etirafın geridönülməzliyi vardır. Hətta cavabdehlər iddiaçıya 20.000 manat pul da təklif ediblər. Sonradan boyun qaçırmağa çalışmaları əsassızdır. Qeyd edir ki, 27.395 manat məbləğində pul iddiaçıya vurulmuş zərərdir. Cavabdehlər mənzili təhvil verəndən sonra iddiaçı yenidən işlər görmüşdür. Qüsurun aradan qaldırılması üçün də xərc tələb olunur. İş üzrə eskpert tərəfindən verilmiş rəy onları qane edir. Cavabdeh2 müqaviləni göndərən tərəfdir, bütün yazışmalarda iştirak etmişdir və ödəniş onun kartına göndərililmişdir. Onlar cavabdehləri vahid şəkildə görürlər. Video çəkiləndən hazırkı anadək olan xərc 30.000 manatdır. Qüsurları aradan qaldırmaq üçün isə 27.000 manat lazımdır. Videodan işlərin 90%-in görülməsi görünmür. İş tam təhvil verilməyib və təhvil verilən vəziyyət isə qüsurludur. Həmin qüsurları onlar yaratmamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, yazışmalarda və səs yazılarından aydın olur ki, cavabdehlərə nöqsanlar barədə və onların aradan qaldırılması barədə cavabdehlərə məlumat verilmişdir. Maraqlı şəxs1 MMC-nin təqdim etdiyi protokolda adları çəkilən şəxslər mənzilə baxış keçirən mütəxəssislərdir, onların mütəxəssis olmasına dair onlarda sənəd yoxdur, lakin onlarla müqavilə bağlamışdır. Hazırda mənzildə yaşayış olsa da, nöqsanlar tam aradan qaldıra bilməmişdir. İş çatdırılmadığına görə tərəflər arasındakı müqavilə pozulmuşdur. Əvvəlki baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, həmin mənzildə artıq 1 ildən çoxdur yaşayır. Cavabdehlərin gördükləri qüsurlu işlər ucbatından o, sonradan başqa ustalar çağıraraq bəzi təmir işləri gördürməli olmuşdur. Bəzi qüsurları isə ümumiyyətlə düzəltmək mümkün deyil. Divarlar əyridir, hamamda su axanda gedib əyilmiş hissəyə tökülür, qapıları boya ilə bərbad vəziyyətə qoyublar, düzəltməyə 3000-4000 manat xərc çəkmişdir. Divarların əyriliyi üzündən şkafları da tez-tez açılır, yerində durmur. Cavabdehlər işləri müqavilədən razılaşdırılmış vaxtdan çox uzun müddətə görmüşdülər, hətta o, uşağı ilə birlikdə kirayə evdə, otellərdə qalmalı olurdu. Onu da qeyd edir ki, yaşadıqca evdəki bir sıra qüsurları aşkar etməyə başlayırdı. Uşağının alergiyası var, toz olur, soyuq gəlir, o, otağı qızdırmaq üçün kondisioner işlətmək məcburiyyətində qalırdı. Bu kimi ciddi problemlər olduğu halda cavabdehlər bu qüsurları ciddi qəbul etmirlər. Həmçinin qeyd edir ki, usta olmasa belə görə bilir ki, santexnik işləri düzgün aparılmayıb. Unitaz belə dəfələrlə sökülüb, onun ölçüləri verilmiş olsa da, kanalizasiya xəttinə gedən yol düzgün və ölçülərə uyğun quraşdırılmamışdır. Verilən suallarına cavabdeh olaraq bildirmişdir ki, videoda görünən sürgülü qapını cavabdehlər yox, mebel ustaları quraşdırmışdır. Evin dizayn layihəsini o, cavabdehlərə təqdim etmişdi, onlar özləri hazırlamamışdılar. Qüsurlar tam aradan qaldırıla bilməyib, sadəcə bəzi kosmetik işlər üçün 15.000 manat pul ödəmişdir, əvvəl isə 25.000 manat danışılmışdı. O, bir çox qüsurları özü aşkar edə bilməmişdir, göstərdiklərinin isə cavabdehlər elə də böyük qüsur olmadığını qeyd edirdilər. Ustalar gəlib getdikdən sonra cavabdehlər evdə son dəfə işlərini görüb yekunlaşdırmalı idilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçı “İnstagram” sosial şəbəkəsindəki hesabına layihə ilə əlaqədar müraciət etmişdi. İddiaçı həmin vaxt Azərbaycanda deyildi. Həm telefonla, həm də canlı görüşmüş və işə başlamışdılar. Hardasa 1 illik iş aparılacaq proyekt idi. Onlar ümumiyyətlə başdan demişdilər ki, pulu birdəfəlik ödəyə bilmirlər, gündə 1500 manat çəkə bilirlər kartdan. Bununla razılaşmışdılar. Ödənişlər həm onun, həm də digər cavabdehin kart hesabına köçürülmüş, həmçinin nağd qaydada da verilmişdir. Əsas danışıqları o, aparırdı, dizaynla o, məşğul olur, mağazalara gedir, seçim edirdi. Döşəmə materialı sifarişlə 1 aya gəlmişdi. Təmir bitəndən sonra iddiaçı onlarla düşmən münasibətləri aparmağa başladı. Heç bir şəkildə danışıb razılığa gələ bilmirdilər. Daha sonra onlar özləri mebel də sifariş etmişdilər. Hətta o, iddiaçıya bildirmişdi ki, gedib mebellərin quraşdırılmasına nəzarət edər. Mebellər quraşdırılandan sonra bildirdilər ki, divarlarda əyrilik var, o, özü həmin nöqsanı aşkar edə bilmirdi. Həmçinin qeyd edif ki, iddiaçı orada işləyən ustaların hamısının ödənişini etməmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, dəqiq bir müddət danışılmamışdı, çünki iddiaçı tez-tez fikrini dəyişir, nəyisə vururdular, gəlib deyirdi ki, çıxardıb dəyişək. Yazışmalardan görünür ki, hansı detallar alınıb, hansı dəyişikliklər edilib. Video-çəkilişlərdən görünür ki, işləri görüb bitirmişlər. Ödənişlərin edildiyini inkar etmirlər. Ona göstərilən problemləri digər cavabdehə göstərirdi və başqa səbəb qeyd edirdi. Bu səbəbdən hansı halın düzgün olduğunu bilmir. Səs yazısı ona məxsusdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçı Maraqlı şəxs1 MMC-nin təqdim etdiyi protokola əsaslanır və mənzildə 6 qüsur olmasını qeyd edirlər. Lakin həmin qüsurların iddia tələbində göstərilən məbləğdə olmasını təsdiq edən sübut təqdim etmirlər. Qeyd etdikləri kimi 6 qüsur aradan qaldırılırsa, deməli mənzilin digər hissələrində qüsur yoxdur. Həmçinin iddiaçı bərpa işləri aparıbsa bununla bağlı cavabdehlərə məlumat verməli idi. Bununla bağlı da sübut təqdim edilməyib. Videonu təqdim etmələrində məqsəd, razılaşdırılmış işlərin 90 faizinin artıq görülmüş olmasını təsdiq etmək idi. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı qüsurların olmasını sübut etmir. Həmçinin cavabdehlərə evdəki işləri tamamlamağa da iddiaçı tərəfindən imkan verilməmiş və evdən çıxarılmışdılar. Videodakı vəziyyətə kimi görülən işlərin həcmi və təmirə çəkilən xərclərin məbləği müəyyən edilməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdü. Lakin, daha sonra usta evdən çıxarılmışdır. Qüsurun aradan qaldırılması üçün məbləğ 27.395 manat müəyyənləşdirilmişdir. Müdafiə etdiyi şəxs cavabdeh deyil. O, iddiaçı ilə birbaşa ünsiyyətdə olmuş və nəzarətçi funksiyasını yerinə yetirmişdir. İddiaçı təmirçi rolunda olmamışdır. Cavabdehə verilən pulun hesabına materiallar alınmışdır. Evdən çıxılandan sonra tərəfin nə qədər pul xərcləməsi onlara aid deyil. Qüsurlu iş evdən çıxılan anı əhatə edir. Təmirin 90% hissəsi görülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh Ebubekir Gülec iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, onlarda normalda işin həcmindən asılı olaraq hər təmirin özünün müddəti olur, iddiaçı ilə aralarında bağlanmış müqavilədə onlar müddət göstərməmişdilər, müqavilə formal olaraq bağlanmışdı. Lakin görüləcək işlərin gecikməsi əsasən iddiaçıdan qaynaqlanan səbəblərdən olmuşdu. O, təmir üçün lazım olan materialları özü seçir, onları alıb verirdi. İddia tələbində qeyd edilən məbləğ haradan yaranıb, nəyə əsasən hesablanıb, məlum deyil. O, anlamır ki, necə qısa müddətdə onlarla belə düşmən münasibətləri yarandı, gizlincə səs yazılarını yazmağa başladı. Onlar əgər işi başa çatdırmasaydılar, onun haqlı olmasını qəbul edərdilər. Onlar bütün işləri görmək üçün işi götürmüşdülər. O, qarşı tərəfə heç vaxt hörmətsizlik etməmişdir, işlərin görülməməsi halı baş verməyib. Kafellərin seçimi düzgün deyildi. Onlar əvvələr tərəflə problem yaşamamışdılar, son 10 gündə problem yaranmışdı. Bəzən iddiaçının problemi olduğuna görə pulun verilməsi və materialların gətirilməsi gecikirdi. Seçimləri digər cavabdeh edirdi. Problem aradan qaldırıla bilər. İddiaçı 3 ildir ki, evdə yaşayır. Onları çıxartdıqları gün usta evdə işləyirdi. Evin boyası 3-cü dəfə idi ki, çəkilirdi. O, təhvil verdiyi işə cavabdehdir. Ən son danışıqda işləri görməyəcəklərini bildirməmişdilər. O, yenə də işinin arxasındadır. Kafel iddiaçının xoşuna getmədiyinə görə sökülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, bu proyekt üzrə görüləcək işlər təxminən 1 il çəkəcək işlər idi, amma müqavilədə vaxt qoyulmamışdı. Təmir üçün lazım olan kafel, alçıpan və digər əşyaları almaq ev sahibi olaraq iddiaçının öhdəsində idi. Onun görəcəyi işlər normalda 4 ay müddətinə görüləcək işlər idi, iddiaçının alacağı materiallara görə müddət uzandı. Qüsurları olduğunu qəbul edir. Onlar öhdələrinə götürdükləri işə bütün şəkildə baxırlar. İşlər 6 aya təhvil verilməli idi, lakin qarşı tərəfin tələbləri işin uzanmasına səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 261709 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X3 11 avqust 2018-ci il tarixində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydlərində 268 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rüstəmli, arvada Rüstəmli soyadı verilmişdir. "xxxx" MTK (kooperativ) ilə X7 (payçı) arasında bağlanmış 153/21 nömrəli, xx.xx.2021-ci il tarixli pay müqaviləsinə əsasən, Payçı ünvan 1 ünvanında yerləşən və Kooperativ tərəfindən inşa edilən "Ancora Residence" çoxmərtəbəli yaşayış kompleksində 8-ci blok, 5-ci mərtəbə, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 247.0 m² olan, 5 (beş) otaqdan ibarət 148 №-li mənzilin bir hissəsini əldə etmək niyyətindədir. Mənzilin əlda olunacaq hissəsi bu Müqavilənin ayrılmaz hissəsi sayılan № 1 Planda göstərilir və əldə olunan hissənin ümumi brut sahəsi 215.0 m² təşkil edir (net sahə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunacaq). Yerdə qalan 32.00 m² sahə mənzildən ayrılır və Kooperativin mülahizəsi ilə istənilən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilə bilər. Beləliklə Tərəflər razılaşırlar ki Payçı Kooperativdən "Ancora Residence" çoxmərtəbəli yaşayış kompleksində 8-ci blok, 5-ci mərtəbə, brut sahəsi azaldılaraq (mənzilin tikilən brut satış sahəsi) 215.0 m² olan, 4 (dörd) otaqdan ibarət 148 №-li mənzilə dair Kooperativdə payları razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəmək şərti ilə əldə edir, Kooperativ isə Payçıya bu payları və onlara mütənasib olaraq mənzili təhvil verməyi və müqavilə ilə nəzərdə tututulmuş vəzifələri yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, "Payçı" bir mənalı və qeyri-şərtsiz Mənzildən ayrılmış 32 kv metr sahəsinin Kooperativ tərəfindən qonşu, 147 saylı mənzilin sahibi daxil olmaqla, istənilən üçüncü şəxslərin mülkiyyətinə verilməsi ilə əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə olmayacaq. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən brut sahə kolonlar, şaxtalar və arakəsmələr daxil olmaqla daxili divarlardan ölçülür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə mənzilin ümumi dəyəri (müqavilənin qiyməti) 408.500 AZN (dörd yüz səkkiz min beş yüz manat) olmaqla mənzilin brut sahəsinin (mənzilin tikilən brut satış sahəsi) 1 (bir) m²-nin qiyməti 1900 AZN (bir min doqquz yüz manat) müəyyən edilmişdir. Müqavilə üzrə mənzilin ümumi dəyəri mənzilin sahəsinin hesablanması qaydasından, ünvanından, yerləşməsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunacaq sahələrdən aslı olmayaraq dəyişilməz olaraq qalır. "xxxx" MTK (kooperativ) ilə X7 (mülkiyyətçi) tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "Kooperativ" lə "Mülkiyyətçi" arasında bağlanmış "01" sentyabr 2021-ci il tarixli, 153/21 nömrəli "Payçı Müqaviləyə əsasən, "Kooperativ" ünvan 1 ünvanında onun tərəfindən inşa edilən "Ancora Residence" çoxmərtəbəli yaşayış kompleksində 8-ci blok, 5-ci mərtəbə, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 215.0 m² olmaqla, (net sahə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunacaq), 5 (beş) otaqdan ibarət 148 №-li mənzili (bundan sonra "Mənzil") "Mülkiyyətçi"nin sahibliyinə təhvil vermiş, "Mülkiyyətçi" isə Mənzilə dair heç bir iddiası (tələbi, etirazı, narazıçılığı) olmadan təhvil almışdır. X9 ilə Xidmət göstərən Cavabdeh1 arasında şifahi qaydada bağlanmış və Whatsapp yazışmaları vasitəsilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, müqavilənin predmentini işlər üçün müqavilədə göstərilmiş şərtlərə tam uyğun olaraq, Subpodratçının özünün işçi qüvvəsi hesabına, Podratçının Müqavilə əsasında işləri yerinə yetirdiyi Bakı şəhərində inşa Ağ şəhər ancore binasında 195 kv.m mənzilin daxili təmirtikinti işlərinin (bundan sonra “İşlər” adlanan) icrası təşkil edir. Yerinə yetiriləcək işlər ölkədə qüvvədə olan Tikinti Normativ və Qaydalarına uyğun yerinə yetiriləcəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, Subpodratçı, subpodratların tələbləri və sənaye standartlarına uyğun olaraq, işləri icra edəcək və tamamlayacaqdır. Bu subpodrata aid işlər icraçının öz təşkilatı və metodları vasitəsilə tam müstəqil surətdə, podratçının zəruri olmayan nəzarəti altında həyata keçiriləcəkdir. Ancaq adı çəkilmiş şərtlər, Podratçının Subpodrata aid yoxlanış, nəzarət və tədqiqat etmək hüquqlarını pozmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, subpodratçı işlərin icrası zamanı İşlərin tələblərinə uyğun olan kəmiyyət və keyfiyyətli heyətlə və işçilərlə təchiz edəcək və işə götürəcək. Sahədə işləyən hər bir mühəndisin adı və soyadı subpodratçı müqaviləsi ilə tanınacaqdır.İşləyən hər mühəndisin diplomu müqaviləyə əlavə olunacaq. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, subpodratda başqa cür müəyyənləşdirilməyibsə, Subpodratçı öz hesabına işlər üçün istifadə edilən bütün heyeti, material və avadanlıqları təchiz və tədarük edəcəkdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, subpodratçı Podratçının müəyyən etdiyi qaydalara, təhlükəsizlik təlimatlarına tam uyğun olaraq, təhlükəsiz vəziyyətdə işləri icra edəcəkdir. Subpodratçı yuxarıda göstərilən şərtin yerinə yetirilməsindən Podratçını sığortalayacaq və qoruyacaqdır. İş təhlükəsizliyi barədə çalışdıqları sahələrdə yaranan bütün cərimələr subpodraçının həm aya aid təhvil təslim aktındakı məbləğdən çıxılacaqdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, subpodratçı işləri inşaat sahəsinin subpodratçı təslim edilməsi tarixdən etibarən icra etməyə başlayacaq,bu tarix Muqavilənin imzalama tarixi ile eyni tarixdir və işləri Podratçı tərəfindən təsdiq edilmiş vaxt cədvəlinə uyğun olaraq göstərilən baslanğıc tarixindən ..... ci il tarixinədək bitirəcəkdir. (işlərin bitirilmə tarixi göstərilməmişdir). Müqavilədə müəyyən edilmiş işlərin bitirilməsindən qəbul aktı tərtib olunacaq və Subpodratçıya veriləcəkdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, əgər Subpodratçı işləri Subpodratda göstərilən vaxt və ya uzadılmış vaxt ərzində tamamlaya bilməsə, Subpodratçı öhdəliyin yerinə yetirilməsinə görə qiymət cəriməsi kimi, İşəgötürən tərəfindən kəsiləcək cəza subpodratçı tərəfindən ödənilir. Əsas podratçı heç bir məsuliyyət daşımır, cəzalar manat olaraq ödəniləcəkdir. Belə zərərlərin ödənişi və ya çıxılması Subpodratçını işlərini bitirmək öhdəliyindən və ya Subpodrata aid digər öhdəlik və təəhhütlərdən azad etmir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Subpodratçı, onun günahı üzündən baş verməyən səbəblərə görə Subpodratda verilmiş vaxt müddəti ərzində işləri bitirə bilmirsə, Müqaviləyə görə Podratçı tərəfindən təsdiq edilmiş müafiq zaman müddəti Subpodratçıya verilə bilər. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, Subpodratçı öz hesabına İşlərdəki hər hansı və bütün nöqsanları, qüsurları və çatışmamazlıqları bərpa edəcək və bütün təmir, düzəliş təshih işlərinidə icra edəcəkdir. Subpodratçı səhv imalat və ya tikinti sahəsindəki uyğunsuzluqların bütün xərclərini ödəmək məcburiyyətindədir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, Supodrata aid olan işlərə görə işçılık qiymətləri, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 2-də göstərilmişdir. Əlavə 2-də göstərilmiş maddələrdə ki işçilik qiymətlərinə bütün saf materiallar və əl alətləri daxildir. (Valik, şurup, bolt, svarka aparatı, laqonda, miksel, direl və.s). Görüləcək işlərin ümumi məbləği bu müqavilənin 2 saylı Əlavəsinə əsasən tərəflər arasında razılaşdırılır. Görülən işlərin keyfiyyəti və zamanından aslı olaraq müqavilinin ümumi məbləğinə təsir göstərə bilər. İş materiallarında olan qəbzlərdən görünür ki, 4189-8000-8452-4873 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1600 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1600 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2158 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 8000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 7000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 4600 manat, xx.xx.2023cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1600 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 12947 nömrəli qəbzdən görünür ki, 41xxxxxxxx463126 nömrəli kart hesabına 5000 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, 416973******7997 nömrəli kart hesabına 4300 manat pul ödənilmişdir. 2022-ci ilin oktyabr tarixli, ********** nömrəli qəbzdən görünür ki, 416973******7997 nömrəli kart hesabına 3200 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli Mənzil üzrə əlavə işlər təklifindən görünür ki, görüləcək işlərin siyahısı və qiymətləri aşağıdakı kimidir: Əlavə hörgü işləri: İşçilik və material daxil olmaqla, 50 m² sahə üçün vahid qiyməti 16 manat (material+işçilik) olmaqla cəmi 800.00 AZN; Əlavə tavan alçıpan işləri: İşçilik və material daxil olmaqla, 70 m² sahə üçün vahid qiyməti 26 manat olmaqla cəmi 1,820.00 AZN; Əlavə elektrik işləri: Türkiyə istehsalı olan materiallar və işçilik daxil olmaqla, 1 set üçün cəmi 2,000.00 AZN; Boya işləri: Türkiyə istehsalı olan "Betek" boyasından istifadə etməklə, 300 m² sahə üçün vahid qiyməti 4 manat olmaqla cəmi 1,200.00 AZN; Yük qaldırma və zibil atılması: İşlərin ümumi təşkili çərçivəsində 1 set üçün cəmi 1,500.00 AZN olmaqla, ümumi yekun məbləğ 7,320.00 AZN təşkil edir. İşlərin icrası üçün nəzərdə tutulan ödəniş üç mərhələdə həyata keçirilir: Avans ödənişi: Ümumi məbləğin 30%-i miqdarında. İşin irəliləyişinə görə ödəniş: İşlər davam etdikcə ümumi məbləğin 50%-i miqdarında. Yekun ödəniş: İş tam təhvil verilərkən qalan 20% məbləğ ödənilir. xx.xx.2023-cü il tarixli mənzil üzrə incə işlər təklifindən görünür ki, görüləcək inşaat işlərinin siyahısı və qiymətləri aşağıdakı kimidir: Banyolara qara suvaq və izolyasiya işləri: 125 m² sahə üçün, vahid qiyməti 16 AZN olmaqla cəmi 2,000 AZN; Banyoların əlavə izolyasiya işləri: 25 m² sahə üçün, vahid qiyməti 13 AZN olmaqla cəmi 325 AZN; Banyo və WC kafel-metlax işləri: 145 m² sahə üçün, vahid qiyməti 21 AZN olmaqla cəmi 3,045 AZN; Hörgü işləri: 210 m² sahə üçün, vahid qiyməti 6 AZN olmaqla cəmi 1,260 AZN; Bütün divarların alçı və saten işləri: 585 m² sahə üçün, vahid qiyməti 22 AZN olmaqla cəmi 12,870 AZ; Alçıpan divar bölmə işləri: 40 m² sahə üçün, vahid qiyməti 42 AZN olmaqla cəmi 1,680 AZN; Tavan alçıpan işləri: 225 m² sahə üçün, vahid qiyməti 26 AZN olmaqla cəmi 5,850 AZN; Tavan alçıpanın alçı və saten işləri: 225 m² sahə üçün, vahid qiyməti 16 AZN olmaqla cəmi 3,600 AZN; Pərdəlik və korniz işləri: 45 paqonometr (mt) üçün, vahid qiyməti 26 AZN olmaqla cəmi 1,170 AZN; Bütün evin döşəmə şapka (şit) işləri: 180 m² sahə üçün, vahid qiyməti 13 AZN olmaqla cəmi 2,340 AZN; İsti pol üçün döşəmə şapka işləri: 130 m² sahə üçün, vahid qiyməti 13 AZN olmaqla cəmi 1,690 AZN; Parket işləri: 85 m² sahə üçün, vahid qiyməti 23 AZN olmaqla cəmi 1,955 AZN; Bütün evin döşəmə metlax işləri: 80 m² sahə üçün, vahid qiyməti 21 AZN olmaqla cəmi 1,680 AZN; Elektrik işləri (material Türkiyə istehsalı): 1 dəst (set) üçün cəmi 4,400 AZN; Santexnik işləri (material Türkiyə istehsalı): 1 dəst (set) üçün cəmi 5,000 AZN; Boya işləri (Betek - Türkiyə): 810 m² sahə üçün, vahid qiyməti 4 AZN olmaqla cəmi 3,240 AZN; Fəhləlik, təmizlik və daşıma xərcləri: 4 ay müddətinə, aylıq 500 AZN olmaqla cəmi 2,000 AZN; Qapı eşikləri və pəncərə dənizliyi (mərmər qaplama): 88 paqonometr (mt) üçün, vahid qiyməti 26 AZN olmaqla cəmi 2,288 AZN olmaqla, cəmi 56,393 AZN təşkil edir, güzəştli qiymət isə 55,500 AZN müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, sənəddə qeyd olunan qiymətə bütün ahşap (taxta) işləri, banyo avadanlıqları (aksesuarlar), kommunal xərclər, kondisioner və havalandırma sistemləri daxil deyil. İşlərin təhvil verilməsi üçün nəzərdə tutulan vaxt 4 aydır. Ödəniş planı: 30% – avans (iş başlamazdan öncə); 50% – işin gedişatına uyğun olaraq (mərhələli) və 20% – qalıq məbləğ iş tam təhvil verildikdə ödənilməlidir. X7 (sifarişçi) ilə "X16" MMC (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13.74 nömrəli X12 xidmətinin aparılması üçün müqaviləyə əsasən, Sifarişçinin verdiyi sifarişin predmeti ondan ibarətdir ki, sifarişçinin bildirdiyinə görə ona məxsus Bakı şəhəri Ağ Şəhərdə yerləşən sahəsi Sifarişçinin bildirdiyinə görə 200 kv.m olan evinə (bundan sonra "Mənzil" adlanacaq) dair aşağıdakı xidmətləri icraçıya tapşırmışdır: Mənzilin İnteryer dizaynına əsasən edilən təmir zamanı Rəngsaz işlərində olan nöqsanların aşkarlanması, Mənzilin İnteryer dizaynına əsasən edilən təmir zamanı Santexnik işlərində olan nöqsanların aşkarlanması, Mənzilin İnteryer dizaynma əsasən edilən təmir zamanı Elektrik işlərində olan nöqsanların aşkarlanması, Mənzilin İnteryer dizaynına əsasən edilən təmir zamanı Seramikin vurulması işlərində olan nöqsanların aşkarlanması, Mənzilin İnteryer dizaynına əsasən edilən təmir zamarı döşəmədə Laminat işlərində olan nöqsanların aşkarlanması, Mənzilin İnteryer dizaynına əsasətt edilən təmir zamanı Ümumi işlərdə olan nöqsanların aşkarlanması. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən, layihənin hazırlanmasına ayrılan zaman hər iki tərəf arasında öncədən şərti olaraq təyin edilmiş zaman çərçivəsində yerinə yetirilir. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən, müqavilə üzrə görülən işlər normativ tələblərə, dövlət standartlarına və qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır. Həmin müqavilənin 1.11-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvədədir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilədə göstərilən xidmətlərin haqqı Mənzildə aparılan təmirdə nöqsanların aşkarlanması ümumilikdə 300 manat (üç yüz manat) təşkil edir. 13.74 saylı, 21 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 tərəfindən tərtib olunmuş 22/23 dekabr 2023-cü il tarixli Mənzilə edilən vizual baxışın nəticəsindən görünür ki, 21 oktyabr 2023-cü il tarixli “X12 Xidmətinin Aparılması üçün Müqavilə”yə əsasən, Maraqlı şəxs1 MMC-nin mütəxəssisləri tərəfindən mənzildə aparılmış təmir işlərinə vizual baxış keçirilmişdir. Baxış zamanı mövcud 3D dizayn layihəsi ilə faktiki görülən işlər müqayisə edilmiş, əyani nöqsanlar müəyyən olunmuşdur. Aparılan müayinə nəticəsində aşağıdakı ciddi uyğunsuzluqlar aşkar edilmişdir: Rəngsaz işlərinin natamam olması müəyyənedilmişdir. Divarlarda Alçı qatı (astar və üzlük) işlənməsi kobud, emulsiya və rəngsaz işləri öncəsi cilalanma tam həyata keçirilməmişdir. Dolğu vurulmamışdır. Nəticədə divarlarda rəngsaz işindən sonra ləkələr əmələ gəlmişdir. Tövsiyyə olunmuşdur ki, divarlar (bütün mənzil) təkrar astar və üzlük ilə suvanmalı, xüsusi avadanlıq vasitəsi ilə cialalanmalı və emulsiya öncəsi dolğu vurularaq, rənglənməlidir. Santexnika işlərinin yoxlanılması məqsədi ilə kombi işə salınmış və isti döşəmənin kollektorlarından su sızması baş vermişdir. İsti döşəmə hissəli şəkildə ara məsafələrlə qızdırılmışdır. Döşəmənin müəyyən hissələri, ümumiyyətlə qızmır. İsitmə sistemləri isti dösəmə) normal işləmir. Tövsiyyə olunmuşdur ki, kollektor və santexnik sistemləri mütləq müayinə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Elektrik naqilləri və avtomatlar qarışıq və təyinata uyğun yığılmayıb. Mənzilin divarlarının içində bir sıra naqillərin calaq olunması müşaidə olunur. Avtomatlar cihazların amperajına uyğun yığılmayıb. Elektrik yuvalarının bəzilərinə ümumiyyətlə cərəyan gəlmir. Elektrika işlərində əyani (gözlə görüləcək) nöqsanlar mövcuddur. Tövsiyyə olunmuşdur ki, elektrik naqilləri mütəxəssis tərəfindən müayinə olunmalıdır. Naqillərdə olan calaqlar ləğv edilərək yenidən çəkilməlidir. Avtomatlar, avadanlıqlara uyğun təyin olunmalıdır. Seramik işləri əyani şəkildə yoxlanılmışdır. Sanitar qovşağında və digər hissələrdə keramoqranitlərin arxasında izoloteks (hidro izolyasiya) istifadə olunmamışdır, seramikin yapıçdırılması qeyri-peşəkar həyata keçirilmişdir. Seramik işində əyani (gözlə görüləcək) nöqsanlar mövcuddur. Əksər hissəsinin sökülərək venilənməsi tövsiyyə olunur. Vurulmuş seramik sökülməli və Seramik işləri yenidən getməlidir. Su izolyasiyası məsələlərinə diqqət yetirilməlidir. Döşəmədə vurulmuş laminatların çox hissəsi otaqlarda maiili olaraq qalxmışdır. Qapıların kənarında olan laminatların altında boşluqlar var. Laminat sökülməli və onun altı müayinə olunmalıdır. Laminatın vurulmasında nöqsanlar vardır. Laminatın bu forma qalxması onun altında olan beton qatının qeyri peşəkar vurulmasından asılı ola bilər. Təkrar ağıllı şap verilərək düzlük əldə olunmalıdır. Təmirdə gözlə görüləcək bir çox noqsanlar mövcuddur. Bunları video çəkilişlərdə geniş izah verilmişdir. İddiaçı (müraciət edən şəxs) ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun rəhbəri X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EM-1937VK-0421/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə Vəkil1 ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 2000 (iki min) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. M10 tətbiqindən əldə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Qanunçuluq Vəkil Bürosunun hesabına 2000 manat pul ödənilmişdir. "Qanunçuluq" Vəkil bürosunun vəkili Vəkil2 tərəfindən Cavabdeh2 və Ebubekir Gülecə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, sifarişçi X7 (İddiaçı həyat yoldaşı) ilə birgə podratçılar Cavabdeh1 və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Müqavilə danışıqlarına əsasən görülmüş işlər qüsurludur, ona görə də ödənilmiş pul vəsaitlərinin, həmin qüsurun aradan qaldırılmasına çəkilmiş ödənişlərin, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkillərə çəkilmiş xərclərin geri qaytarılması zərurəti yaranmışdır. Belə ki, 29 iyun 2022-ci il tarixli subpodrat müqaviləsinə müvafiq olaraq nümayəndəsi olduğum İddiaçı və həyat yoldaşı Rüstəmli Ülvi tərəfindən Ebubekr Gulec və Cavabdeh2lə "WhatsApp" tətbiqi vasitəsilə yazışdıqdan sonra hər ikinizə məxsus bank kartlarınıza Ümumilikdə 53.558 (alli üç min beş yüz əlli səkkiz) manat ödəniş edilmişdir. Lakin işlərin yerinə yetirilməsi zamanı həmin işlərin tələblərinə uyğun olan kəmiyyət və keyfiyyətdə öhdəliyinizi icra etməmiş və nümayəndəsi olduğum İddiaçı haqlı mənafelərinin pozulmasına və ona xeyli miqdarda maddi ziyan vurulmasına səbəb olmuşsunuz. İddiaçı vurulan zərərin aradan qaldırılması üçün öz hesabına mənzilin divarlarında aşkarlanmış qüsurların aradan qaldırılması və təmir işlərinin həyata keçirilməsi məqsədilə "X16" MMC ilə 21 oktyabr 2023-cü il tarixli, 13.74 nömrəli müqavilə bağlamış, görülən işlərin müqabilində "X16" MMC-2 16.365 (on altı min üç yüz altmış beş) manat məbləğində ödəniş etmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, birgə podratçılara ödənilən 53 558 (əlli üç min beş yüz əlli səkkiz) manat məbləğində əsas borcun, "X16" MMC-ǝ ödənilmiş 16.365 (on altı min üç yüz altmış beş) manat məbləğin, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkillərə çəkilmiş xərc ayrı-ayrılıqda 2000 manat olmaqla, 4000 (dörd min) manat, ümumilikdə 73.923 (yetmiş üç min doqquz yüz iyirmi üç) manat vəsaitin geri qaytarılmasını tələb edirlər. Əks halda, 2 (iki) iş günü müddətində öhdəlik tərəflərindən icra edilməzsə, qeyd olunan müddət bitdikdən sonra həmin hüququn tanınması üçün Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq barələrində müvafiq məhkəməyə müraciət olunacaqdır. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 2024/111/28301 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli, e-2(004)-3973/2024 nömrəli qərardadda təqdim olunan məlumatlar əsasında araşdırma aparmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, plastik kart üzərindəki 16 rəqəm (PAN) tam şəkildə, sorğu olunan əməliyyatlara dair dəqiqləşdirici məlumatlar (dəqiq tarix və məbləğ) və ya qəbz təqdim olunarsa, yenidən araşdırma aparıla bilər. "xxxx" ASC məhkəmənin sorğusuna RB02/5288 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, məhkəmə sənədində qeyd olunan 418980******3126 nömrəli Rabitəbank ASC-yə məxsus plastik kart, xx.xx.1979-cu ildə anadan olmuş, MYİ0565774 seriya nömrəli 104F51 fin kodlu X10-ya, 418980******4873 nömrəli Rabitəbank ASC-yə məxsus plastik kart, xx.xx.1993-cü ildə anadan olmuş, AA******* seriya nömrəli xxxxxxx fin kodlu Cavabdeh2 məxsusdur. Qeyd olunan dövrləri əhatə edən əməliyyatların hesabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2730 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqat Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər 3-cü Park küçəsi, "Ancora Residence" yaşayış kompleksinin 8-ci blok, 5-ci mərtəbəsində yerləşən 148 nömrəli mənzil üzrə aparılır. Tədqiqatın aparılması üçün mənzilə baxış keçirilərək müvafiq ölçü işləri aparılmış və iş materiallarında olan məlumatlardan istifadə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan mənzil dəmir-beton konstruksiyadan inşa edilmiş hündürmərtəbəli binada yerləşir. Mənzilə giriş pilləkən meydançasındandır. Tədqiq olunan mənzil faktiki olaraq 4 (dörd) yaşayış otağından, 1 (bir) ədəd dəhliz, 1 (bir) ədəd mətbəx, 2 (iki) ədəd sanitar-qovşağı, 4 (dörd) ədəd qarderob, 1 (bir) ədəd iş otağı, 1 (bir) ədəd texniki otaq və 3 (üç) ədəd balkon tikilisindən ibarətdir. Baxış keçirilən zaman, mənzilin yaşayış otağı tikililərinin döşəməsinə parket vurulduğu, tikililərinin tavanına alçipan yığıldığı, tavan və divarlara şpaklyovka çəkilərək dekorativ boya ilə boyandığı, dəhliz tikilisinin divarlarına şpaklyovka çəkilərək boya ilə boyandığı, sanitar-qovşağı tikililərinin divar və döşəməsinə keromoqranit vurulduğu, giriş qapısının dəmir materialdan və otaqlar arası keçid qapılarının taxta materialdan quraşdırıldığı müəyyən edilmişdir. Tədqiq olunan mənzilə baxış keçirilən zaman, mənzildə aparılmış təmir işlərində qüsurların olduğu, belə ki, divarlara vurulmuş şpaklyovka və boya qatında çatların olduğu, pleksinin 8-ci blok, döşəmə ilə divarların birləşmə yerlərində vurulmuş gizli künclüklərin (gizli plintusların), otaqlar arasında keçid üçün quraşdırılmış qapıların divar və döşəməyə vurulmuş keromoqranitlərin simmetrik şəkildə vurulmadığı, divarlara şpaklyovka vurulan zaman 90 dərəcə hamarlığın gözlənilmədiyi, mənzildə quraşdırılmış gizli işıqların bərkidilmədiyi, döşəmənin altının (taxta, dikt və s.) qüsurlu yığılması nəticəsində vurulmuş parket təbəqələrdə əyilmələrin olduğu müşahidə olunmuşdur.(2-3-cü səhifələr). 1-ci və 2-ci suallar üzrə bildirilmişdir ki, mənzillərdə (fərdi yaşayış evlərində, qeyri-yaşayış sahələrində və s.) aparılan təmir işlərinin hansı dövrü əhatə etməsinin müəyyən edilməsinə dair metodika olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 3cü sual üzrə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər 3-cü Park küçəsi, "Ancora Residence" yaşayış kompleksinin 8-ci blok, 5-ci mərtəbəsində yerləşən 148 nömrəli mənzildə aparılmış təmir işlərində qüsurların olduğu müəyyən edilmişdir. Mənzildə mövcud olan qüsurlar yuxarıda ətraflı göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin CC/QH-116-2026 saylı xx.xx.2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, Qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəymiş zərərin dəyərini müəyyən etmək üçün xərc yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementidəri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun dəymiş zərərin dəyəri müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində ekspert qarşısında qoyulmuş suallar aşağıda cavablandırılmışdır: Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər 3-cü Park küçəsi, “Ancora Residence” yaşayış kompleksinin 8-ci blok, 5-ci mərtəbəsində yerləşən 148 nömrəli mənzildə mövcud olan (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2730 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinin 2-3-cü səhifələrində mövcud olan) qüsurların tam aradan qaldırılması üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiyməti 27,395.06 AZN təşkil edir. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər 3-cü Park küçəsi, “Ancora Residence” yaşayış kompleksinin 8-ci blok, 5-ci mərtəbəsində yerləşən 148 nömrəli mənzilin ekspertə təqdim olunmuş diskdəki vəziyyətdən hazırki vəziyyətə gətirilməsi üçün aparılan təmir, tikinti və quraşdırma işləri 2023-cü ildə mövcud olan bazar qiymətləri 30,720.98 AZN təşkil edir. Cavabdehlər tərəfindən məhkəməyə iddiaçılara məxsus mənzilin dizayn layihəsi təqdim edilmişdir (səhifə 176-214). İddiaçı tərəfindən məhkəməyə CD disk vasitəsilə təqdim edilmiş iddiaçı və Cavabdeh2 arasında keçən səs-yazılarından müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıya ümumiyyətlə problemlərin çıxmasını istəmədiyini, həmişə hər şeyin yaxşı olması üçün çalışdığını, təmir prosesindən və divarlardakı əyrilik məsələsindən xəbəri olmamışdır və bunları onu görəndən sonra bilmişdir, necə deyirsə elə də edəcəklər. Evin təmiri yaxşı alınmışdır, bəzi problemlər olsa da, diqqətlə baxanda bilinir ancaq, bu qədər stress çəkməyə dəyməz. Ustaların çoxusunu tanıyırdı, bura gələn ustalar neçə ev təmir ediblər, bir malyar gəlib iş görmüşdü, abi onun işindən narazı qalmışdı deyə göndərmişdir. Digər bir səs yazısında iddiaçı mənzilin təmir işlərinin gecikməsindən narazılığını ifadə edir, artıq oktyabr ayı olduğunu, köçməli olduğunu qeyd edir, evdə görülmüş işlərə dair düzgün olmayan detallar olduğunu bildirir. Cavabdeh Gulec Ebubekr bildirir ki, burada çoxlu ustalar işləyir, o hardan bilsin ki, işlər nə vaxt ya da necə yekunlaşacaq. İşlər gedəgedə bəzi materiallar taxıla və ya çıxarıla bilər. Cavabdeh2 isə qeyd edir ki, o, tez evə gedib-gəlmişdir, görülən işlərə onun tərəfindən nəzarət edilmədiyini deyə bilməzlər. Ola bilsin ki, bəzi kiçik qüsurlar olsun, ya iş görənlər, ya da mebel ustaları ediblər. Cavabdeh2 məhkəməyə fləş kart vasitəsilə evdə görülən işlərə dair video-yazıları təqdim etmişdir, həmin videolarda evdə bir sıra təmir işlərinin aparıldığı müşahidə edilmiş, cavabdeh videolarda görülən işlərin bir qismini göstərmişdir. Həmçinin həmin fləş kartda iddiaçı ilə onun arasında keçən Whatsapp yazışmaların olduğu video-görüntülər də vardır. Həmin yazışmalardan müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli yazışmada Cavabdeh2 havalandırma sistemləri üçün vəsaitə ehtiyac olduğunu bildirmiş, İddiaçı isə 1600 manat ödəyə biləcəyini qeyd etmişdir. Cavabdeh2 vəsaitin köçürülməsi üçün özünə məxsus 4189 8000 8046 3126 nömrəli ("xxxx" ASC) kart hesabını təqdim etmişdir. xx.xx.2022-ci il tarixli yazışmada Gülşən Rüstəmlk tərəfindən Cavabdeh2 istifadəsində olan 41********463126 nömrəli kart hesabına 12947 nömrəli ödəniş qəbzinə əsasən 5000 manat vəsait ödənilmişdir. xx.xx.2022-ci il: tarixli yazışmalardan görünür ki, Cavabdeh2 ümumi 12.000 manat vəsaitin gəldiyini, bu məbləğin 4500, 4300 və 3200 manat olmaqla hissə-hissə göndərildiyini təsdiq etmişdir. Həmin tarixdə (xx.xx.2022) İddiaçı tərəfindən 416973****4997 nömrəli kart hesabına 4300 manat məbləğində ödəniş edildiyini təsdiq edən qəbz Cavabdeh2 göndərilmişdir. Cavabdeh2 qapıların sifariş edildiyini, bunun üçün 5000 manat avans ödənildiyini, həmçinin kondisioner (klima) sistemi üçün də 5000 manat vəsaitin verildiyini bildirmişdir. İddiaçı isə kartlardakı texniki problemlərlə əlaqədar nəğd vəsait çəkməkdə çətinlik çəkdiklərini, alternativ yollarla ödəniş edəcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən **********524873 nömrəli kart hesabına 1000 manat vəsait köçürülmüş və bununla bağlı qəbz Cavabdeh2 göndərilmişdir. xx.xx.2023-cü il tarixli yazışmada tərəflər arasında elektrik plitkalarının sifarişi müzakirə edilmiş, Cavabdeh2 "Lusstore" mağazasından alınacaq malların cəmi 9242 manatlıq qiymət cədvəlini təqdim etmişdir. Həmin gün İddiaçı tərəfindən Cavabdeh2 4189 8000 8046 3126 nömrəli kart hesabına 8000 manat vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən **********524873 nömrəli kart hesabına daha 4600 manat məbləğində ödəniş edilmiş və bununla bağlı qəbz Cavabdeh2 göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı təmir işləri üçün nəzərdə tutulan xüsusi profilli plintus nümunəsi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı həmin materialların və kamin hissəsinin təmiri üçün vəsait köçürmək niyyətini bildirmiş, ondan müvafiq kart hesabını tələb etmişdir. Cavabdeh2 ona, onlarla danışdığını, qiymətin 6 manat etdiyini, 5 manatdan verəklərini bildirmiş, qeyd etmişdir ki, onlara hardasa 20 metr lazımdır. O da bir dənə profil hardasa 2 metr 70 santimetr olur, ümumiyyətlə, hesablayanda 105 manat edir. 105 manat o, 1500 də digərləri edir. İstəyirsə Rabitəbank kartına atsın, özü çıxarar pulu, rəngləməni isə demişdir ki, edə bilməyəcəkdir, rəngləməni bu emulyasiya (və ya mebel) rəngləyənlər var, onlar rəngləyəcəklər. İddiaçı tərəfindən Cavabdeh2 4189 8000 8046 3126 nömrəli kart hesabına həmin tarixdə (xx.xx.2023-cü il) 1600 manat vəsait ödənilmiş və bununla bağlı qəbz Cavabdeh2 göndərmişdir. Beləliklə yazışmaların məzmunundan və təqdim edilmiş qəbzlərdən aydın olur ki, İddiaçı tərəfindən Cavabdeh2 göstərdiyi hesablara müxtəlif tarixlərdə təsərrüfat və təmir işləri ilə bağlı irihəcmli pul vəsaitləri köçürülmüş, Cavabdeh2 isə bu vəsaitlərin qəbulunu və müvafiq sifarişlərin (qapı, klima, plitkalar və s.) icrasını öz mesajları ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcələdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könülü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könülü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 754.1-ci maddəsinə əsasən Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 29 iyun 2022-ci il tarixində X7 (iddiaçının həyat yoldaşı) ilə, Cavabdeh2 və Ebubekir Gülec arasında Ağ şəhərdə yerləşən 195 kv.m-lik mənzilin dizayn və təmiri barədə podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında müqavilə münasibətləri yazılı sənəd formasında tərtib edilərək imzalanmasa da, Cavabdeh2 tərəfindən iddiaçıya WhatsApp vasitəsilə göndərilmiş müqavilə layihəsi və tərəflərin həmin layihədəki şərtləri qəbul edərək faktiki icraya başlamaları ilə bağlanmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Beləliklə, məhkəmə tərəflər arasında yaranmış hüquqi münasibətlərə WhatsApp vasitəsilə təqdim edilmiş müqavilənin müddəaları kontekstində qiymət verir. Müqavilədə yalnız Ebubekir Gülecin adı keçsə də, bütün danışıqlar, qiymət təklifləri və koordinasiya işləri Cavabdeh2 tərəfindən “WhatsApp” vasitəsilə aparılmışdır. Müqavilənin 5.1-ci bəndində işlərin başlanğıc tarixi qeyd edilsə də, bitmə tarixi (yekun müddət) boş buraxılmışdır. İddiaçı tərəfindən müxtəlif tarixlərdə (2022-2023-cü illər ərzində) hər iki cavabdehin bank kartlarına vəsaitlər köçürülmüşdür. Bu vəsaitlər həm görülən işlərin (işçilik) haqqı, həm də materialların (klima, qapı, santexnika və s.) alınması üçün nəzərdə tutulmuşdur. Cavabdehlər bu məbləğin alındığını inkar etməmişlər. İddiaçı iddia edir ki, cavabdehlər müqavilədə nəzərdə tutulan təmir-tikinti işlərini müəyyən edilmiş keyfiyyət və kəmiyyətdə yerinə yetirməmişlər. Görülən işlər ölkədə qüvvədə olan tikinti normativlərinə və qaydalarına uyğun olmamışdır. Hazırda idiaçı cavabdehlərə qarşı ödənilmiş vəsaitin geri qaytarılmasını və dəymiş ziyanın kompensasiyasını tələb edir. Cavabdeh Ebubekir Gülec məhkəmə iclasında bəzi qüsurların olduğunu etiraf etmişdir. Cavabdehlər işin gecikməsini iddiaçının materialları gec seçməsi və tez-tez dizayn dəyişikliyi etməsi ilə əsaslandırmışlar. Həmçinin, iddiaçının onları işi tam bitirmədən evdən çıxartdığını iddia etmişlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin normalarına görə, podrat müqaviləsi üzrə bir tərəf (podratçı) müəyyən işi görməyi, digər tərəf (sifarişçi) isə görülmüş işi qəbul etməyi və onun haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı (sifarişçi) ödəniş öhdəliyini yerinə yetirərək ümumilikdə 53.558 manat vəsait ödəmişdir. Lakin cavabdehlər (podratçılar) işi lazımi keyfiyyətdə təhvil verməmişlər. Halbuki podratçı işi elə görməlidir ki, onda müqavilə ilə nəzərdə tutulmuş xassələr olsun və o, adi istifadə üçün yararlı olsun. Məhkəmə tərəfindən görülən işlərin həcminin, mənzildə olan qüsurların və həmin qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyən edilməsi üçün tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2730 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər 3cü Park küçəsi, “Ancora Residence” yaşayış kompleksinin 8-ci blok, 5-ci mərtəbəsində yerləşən 148 nömrəli mənzilə baxış zamanı mənzildə aparılmış təmir işlərində qüsurların olduğu, belə ki, divarlara vurulmuş şpaklyovka və boya qatında çatların olduğu, pleksinin 8-ci blok, döşəmə ilə divarların birləşmə yerlərində vurulmuş gizli künclüklərin (gizli plintusların), otaqlar arasında keçid üçün quraşdırılmış qapıların divar və döşəməyə vurulmuş keromoqranitlərin simmetrik şəkildə vurulmadığı, divarlara şpaklyovka vurulan zaman 90 dərəcə hamarlığın gözlənilmədiyi, mənzildə quraşdırılmış gizli işıqların bərkidilmədiyi, döşəmənin altının (taxta, dikt və s.) qüsurlu yığılması nəticəsində vurulmuş parket təbəqələrdə əyilmələrin olduğu müşahidə olunmuşdur. İş materiallarında olan Central Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin CC/QH-116-2026 saylı xx.xx.2026cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, həmin qüsurların aradan qaldırılması üçün 27.395,06 AZN vəsait tələb olunur. İddiaçı həmçinin onun tərəfindən cavabdehlərə ödənilən bütün məbləği geri tələb etsə də, məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, mənzildə təmir işlərinin böyük hissəsi icra edilmişdir. İddiaçı artıq bir ildən çoxdur həmin mənzildə yaşayır. Əgər bütün məbləğ geri qaytarılsa, iddiaçı həm görülmüş işi (materiallar, işçilik qüvvəsi sərf olunmuş mənzili) əldə etmiş olur, həm də pulunu geri alır. Bu isə iddiaçının əsassız varlanmasına səbəb olardı. Bununla yanaşı iddiaçı Maraqlı şəxs1 MMC-yə ödənilən 16.365 manatın da ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qiymətləndirmə hesabatı ilə artıq mənzildəki qüsurların aradan qaldırılması üçün lazım olan məbləğ (27.395 manat) müəyyən edilmişdir. İddiaçının özünün cəlb etdiyi şirkətə ödəniş etməsi və bu məbləğin ekspert rəyi ilə üst-üstə düşməməsi, həmin xərcin zəruri və ağlabatan olubolmamasını şübhə altına alır. Qeyd olunanlara əsasən məkəmə hesab edir ki, yalnız qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş qüsurların aradan qaldırılması xərci, yəni 27.395,06 manat real zərər kimi qiymətləndirilə bilər. İddiaçı həm də müqavilənin 5.2-ci bəndinə əsasən 37.193 manat məbləğində qiymət cəriməsi (dəbbə pulunu) tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, müqavilənin 5.1-ci bəndində işlərin bitmə tarixi boş buraxılmış və tarix qeyd edilməmişdir. Tərəflərin verdiyi izahalardan və işin hallarından proyektin təxminən 1 il müddətində görüləcəyi bildirilsə də, konkret son icra tarixi rəsmən təsbit edilmədiyi üçün, cavabdehlərin icranı gecikdirməsi halı tam təsdini tapmamışdır. Həmçinin, cavabdehlərin materialların gecikməsi və iddiaçının tez-tez dizayn dəyişikliyi etməsi ilə bağlı izahatları gecikmədə sifarişçinin də günahı ola biləcəyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə həmin hissədə iddianı təmin etmir. Bununla yanaşı məhkəmə hesab edir ki, müqavilədə yalnız Ebubekir Gülecin adı keçsə də, işin faktiki hallarından görünür ki, podrat müqaviləsi üzrə Cavabdeh2 və Ebubekir Gülec podratçı olduqlarından hər iki cavabdeh müqavilə üzrə mülki məsuliyyətə cəlb edilməlidirlər. Belə ki, “WhatsApp” yazışmaları, pulların hər iki şəxsin kartına köçürülməsi və Xəyalın işləri koordinasiya etməsi onun faktiki podratçı olduğunu və Ebubekir Güleclə ortaq işlər gördüyünü sübut edir. Ona görə də cavabdehlər Cavabdeh2 və Ebubekir Gülecdən 27.395,06 (iyirmi yeddi min üç yüz doxsan beş manat altı qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 172,18 (bir yüz yetmiş iki manat on səkkiz qəpik) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh2 və Ebubekir Gülecdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkillərə hüququ xidmətə görə ödənilən 4000 manat pulun tutulması hissəsinə münasibətdə işin hallarını və iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə vəkillərə hüququ yardım göstərilməsi üçün ödənilmiş 1000 (bir min) manat pulun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əli-zadə Anar Nəhməd oğlundan 2280 (iki min iki yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 42,80 (qırx iki manat səksən qəpik) manat hissəsi tutularaq iddiaçılar X6 və X2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat pul iddiaçılar X6, X4 və cavabdeh Əli-zadə Anar Nəhməd oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Ebubekir Gülecdən 27.395,06 (iyirmi yeddi min üç yüz doxsan beş manat altı qəpik) manat məbləğində pul, vəkillərə hüququ yardım göstərilməsi üçün ödənilmiş 1000 (bir min) manat pulun əvəzi və ödənilmiş dövlət rüsumunun 172,18 (bir yüz yetmiş iki manat on səkkiz qəpik) manat hissəsi müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ekspertiza tədqiqatının dəyəri olaraq ödənilmiş 400 (dörd yüz) manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh2 və Ebubekir Gülecdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-181/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-181/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver