Məhkəmə qərarları › İş №e-2(004)-1871/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1871/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1871/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Paşa Sığorta ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Paşa Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında dəymiş ziyana görə 5335,47 manat sığorta ödənişinin, ödənilmiş 73,35 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus olan sürücü Cavabdeh1 tərəfindən idarə olunan **-NA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PE-*** dövlət qeydiyyat nişanlı Skoda Super B markalı avtonəqliyyat vasitəsinə 29.04.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş verilmiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 29.04.2020-ci il tarixli TP3642087 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. İddiaçı Paşa Sığorta ASC tərəfindən müqavilə üzrə öhdəliklərinə əsasən sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. Skaz Avto MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən 99PE619 dövlət qeydiyyat nişanlı Skoda Super B markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5674,98 manat təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 1021,50 manat müəyyən edilmişdir. Paşa Sığorta ASCnin 06.09.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümuilikdə 6496,47 manat məbləğində sığorta ödənişinin nəqliyyat vasitəsinin təmiri üçün SKAZ AVTO MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 1161 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 5335,47 manat məbləğində vəsait 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 5335,47 (beş min üç yüz otuz beş manat qırx yeddi qəpik) manat sığorta ödənişinin, ödənilmiş 73,35 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddia tələbinə etiraz etmədiyini, qəzanı onun törətdiyini, digər Cavabdeh2 heç bir günahının, bu işlə heç bir əlaqəsinin olmadığını bildirmiş və 5335,47 (beş min üç yüz otuz beş manat qırx yeddi qəpik) manat sığorta ödənişinin, ödənilmiş 73,35 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin Cavabdeh2 deyil ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında iddia tələbinin ona aid olan hissəsinə etiraz etdiyini, heç bir qəza törətmədiyini bildirmiş və iddianın ona aid olan hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 06.09.2020-ci il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, 102383 nömrəli müraciət əsasında Paşa Sığorta ASC ilə "xxxx" MMC arasında 13.12.2019-cu il taridən 12.12.2023-cü il tarixədək sığorta müqaviləsi bağlanmışdır. 29.04.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsinə 6696,47 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişi 6496,47 manat təşkil etmiş və sığortalı tərəfindən 200 manat azadolma ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi”nə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsi Paşa Sığorta ASC tərəfindən sığortalanmışdır. Avtomobilin ümumi sığorta dəyəri 64,400 manat müəyyən edilmişdir. Sığorta müddəti 13.12.2019-cu il tarixdən 12.12.2023-cü il tarixədək təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə çıxarışa əsasən PAT********** müqavilə əsasında **-NA-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 minik markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 19 yanvar 2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə etibarnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan **-NA-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və.s kimi hərəkətlərin icrasını 19.01.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş 04 aprel 2020-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsinin idarə edilməsi X2 həvalə edilmişdir. 04 aprel 2020-ci il tarixdən 12.05.2020-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 29.04.2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən müəyyən olunur ki, həmin tarixdə saat 15:00 radələrində Cavabdeh1 idarə etdiyi **-NA-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 minik markalı avtomobillə X1 idarə etdiyi **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş 29.04.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” məlumata əsasən "xxxx" MMC-nin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, 29.04.2020-ci il tarixli inzibati xətalar haqqında protokola əsasən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən AR İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş TP3643087 saylı, 29.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunur ki, Cavabdeh1 AR İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 03.07.2020-ci il tarixli, 934772 saylı elektron qaiməyə əsasən görünür ki, avtomobilə dəymiş zərərin bərpa edilməsi üçün göstərilən xidmətlərin ümumi dəyəri 6696,47 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 09.09.2020-ci il tarixli çıxarışdan görünür ki, 6696,47 manat məbləğində pul Paşa Sığorta ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli, 2865/1 saylı xəbərdarlıq məktubuna əsasən "xxxx"xxxx"xxxx" ASC-yə müraciət edərək Paşa Bank ASC-nin hesabına **-NA-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 minik markalı avtomobilin 29.04.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 5000,00 manat məbləğində ödəniş edilməsi barədə məlumat verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 5335,47 manat sığorta ödənişi, ödənilmiş 73,35 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili 19 yanvar 2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 idarə etmişdir. Cavabdehin idarə etdiyi **-NA-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 minik markalı avtomobillə **-PE-*** dövlət qeydiyyat nişanlı, Skoda Super B minik markalı avtonəqliyyat vasitəsinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. 13.12.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC öz öhdəliklərini yerinə yetirərək dəymiş zərəri qarşılamışdır. Məhkəmə hesab edir ki, delikt yaradan hərəkət Cavabdeh1 tərəfindən törədildiyindən, subroqasiya qaydasında pul məbləği ondan tutulmalı, avtomobilin digər Cavabdeh2 sahibliyindən onun qanunsuz hərəkətləri nəticəsində çıxması müəyyən edilmədiyindən ona münasibətdə iddia tələbi rəddd edilməlidir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, 73,35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəainə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər X4 və X3 tutularaq Paşa Sığorta ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 5335,47 manat (beş min üç yüz otuz beş manat, qırx yeddi qəpik) manat sığorta ödənişi, ödənilmiş 73,35 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar