Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1872/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra iddiaçı “Cümşüdli” soyadını qəbul etmişdir. Sözügedən nikah Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 doğulmuşdur. X9 babası, hazırkı iş üzrə Cavabdeh tərəfindən övladlığa götürülmuş və uşağın doğum haqqında akt qeydində ata kimi yazılmışdır. Övladlığa götürülmə Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 06 saylı övladlığa götürmə haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin sənədə əsasən hazırkı iş üzrə Cavabdeh X4 Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli 630 saylı doğum haqqında akt qeydində uşağın atası kimi qeydə alınmış, eyni zamanda uşağın doğumu haqqında akt qeydi və şəxsiyyəti təsdiq edən sənəddə uşağın ata adı cavabdehin adı kimi “Şahzadə” qeyd olunmuşdur. İddiaçının cavabdehin oğlu ilə Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-125/2023 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X1 Çinarə Məzahir qızının himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin xx.xx.2016- cı il təvəllüdlü X9 babası tərəfindən övladlığa götürüldüyündən və o, uşağın ehtiyaclarını qarşılamadığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X14 məhkəməyə ərizə ünvanlayaraq iş üzrə təmsil etdiyi şəxsin müdafiəsini hazırlaya bilmək üçün xx.xx.2023-cü il tarixinə müəyyən olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-125/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı və cavabdehin oğlu X8 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X7 analarının yanında qalması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 011484 saylı Azərbaycan Respublikası “Övladlığa götürmə haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 Şahzadə Şahbala oğlu tərəfindən övladlığa götürülmüşdür. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə Hacıqabul rayon qeydiyyat şöbəsində 06 nömrə ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 249982 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X6 atası Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 630 nömrə ilə qeyd edilmişdir. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-ci il tarixli MŞB/13/2023-00138 nömrəli arayışa əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 13. Uşağın zəruri maddi tə minat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsində olduğundan iddiaçının uşağın saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. Məhkəmə tərəflərin azyaşlı uşaqlarının mənafelərini, iddia tələbinin həcmini, uşağın əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, aliment tələbi ilə əlaqədar 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilsin. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabient vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1872/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1872/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver