Məhkəmə qərarları › İş №e-2(004)-1894/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1894/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1894/2023 20.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin tutulması və uşaqlara çəkilən əlavə xərclərə cəlb edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında saxlanılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin tutulması və uşaqlara çəkilən əlavə xərclərə cəlb edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia tələbi üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Sonuncu xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "alimentin tutulması və uşaqlara çəkilən əlavə xərclərə cəlb edilməsi " tələbinə dair təmin edilməlidir. İş materiallarında olan AZ İ 150845 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun doğum haqqında şəhadətnamələrinin surətləri və müvafiq xəstəlikləri barədə müvafiq tibbi sənədləri əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəznində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-21/2- 1364/2023 nömrəli rəyinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun İddiaçı yanında qalmaları məqsədə müvafiq hesab olunur. Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi ayrı-ayrılıqda qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hər iki tələb üzrə sübutetmə yükü tərəflərin öz üzərindədir. Belə ki, məhkəmə müəyyən etdi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə rəsmi nikah münasibətlərinə daxil olaraq, ailə həyatı qurmuşdurlar. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlu anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uşaqlar xəstədirlər, fiziki qüsurludurlar və hazırda anaları İddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə həmçinin qəyyumluq və himayəçilik komissiyasının müvafiq rəyinin nəticə hissəsini əsaslı hesab edir. Uşaqların mənafeyi, hazırki durumu və analarına bağlılığı, analarının uşaqların qulluğunda daha məsuliyyətli formada dayanacağı əsas götürülməklə məhkəmə hər iki uşağın birlikdə analarının yanında qalmasının onların maraqlarına uyğun olması qənaətindədir. Nəzərə almaq lazımdır ki, valideynlərin hər ikisinin övladları ilə ünsiyyətdə olmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqların mənafeləri əsas götürülməklə atanın övladları ilə ünsiyyətdə olmaq hüququ qanunvericiliklə müəyyən edilmişdir və istisnai hallar olmadan ünsiyyət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərini əsas götürərək, 2 (iki) uşağa münasibətdə ümumilikdə cavabdehin əmək haqqı və digər gəlirlərininn 1/3 hissəsi miqdarında alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə əlavə olaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə uşaqların sağlamlıq durumunu (müvafiq xəstəlik sənədləri iş materiallarına əlavə edilmişdir) nəzərə alaraq uşaqların yetkinlik yaşına çatanadək hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində əlavə xərcin tutulmasının qismən təmin edilməsini, yəni hər uşağa görə 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat əlavə xərcin tutulmasını əsaslı hesab edir. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehin əmək haqqı və digər gəlirləri barədə sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Lakin, Cavabdeh hərbi qulluqçu olması mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, hərbçilərin qanunla qadağan edilmiş qaydada gəlir əldə etməsi (sahibkarlıq və s. formada) mümkün deyildir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında əlavə olaraq sabit pul məbləğində 300 manat alimentin və 400 manat əlavə xərcin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 1/3 hissədə aliment məbləğindən əlavə olaraq sabit pul məbləğində 300 manat məbləğində alimentin və 400 manat əlavə xərcin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, hərbi qulluqçu olması, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin maddəyə əsasən ödənilmiş mediasiya xərci məhkəmə məsrəflərinə aid edilir. İlkin iddia üzrə mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. İlkin iddia tələbində hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 160 manat pul tələb edilsə də, bu barədə sübut (qəbz, müqavilə və s.) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, sözügedən xərc ilkin iddia üzrə cavabdehə aid edilə bilməz, ilkin iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun sağlamlıq durumları nəzərə alınmaqla hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat miqdarında əlavə xərc və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-87/2023 nömrəli qərardadı nəzərə alınmaqla 06 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 14, 77, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin tutulması və uşaqlara çəkilən əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü Teymurzadə Ömər Fazil oğlunun sağlamlıq durumları nəzərə alınmaqla hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat miqdarında əlavə xərc və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında saxlanılması” tələbinə dair iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Aliment tələbi dərhal icra edilsin. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-87/2023 nömrəli qərardadı nəzərə alınmaqla 06 mart 2023-cü il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar