Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1894/2025 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının, son haqq-hesabın və əmək haqqının gecikdirilməsinə görə 1% ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının, son haqq-hesabın və əmək haqqının gecikdirilməsinə görə 1% ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ödənilməmiş 4 (dörd) aylıq 2024-cü ilin (sentyabr, oktyabr, noyabr və dekabr) əmək haqqı olan 15 263 (on beş min iki yüz altmış üç) manat məbləğin (icbari ödəmələr çıxıldıqdan sonra), əmək haqqının gecikdirilməsinə görə 1 faiz əlavə ödənc olan 14 250 (on dörd min iki yüz əlli) manat məbləğin, son haqq-hesabın gecikdirilməsinə görə 12 308 (on iki min üç yüz səkkiz) manat və ödənilməmiş son haqq-hesab olan 18 132,21 (on səkkiz min yüz otuz iki manat iyirmi bir qəpik) manat məbləğin, cəmi 59 953, 21 (əlli doqquz min doqquz yüz əlli üç manat iyirmi bir qəpik) manat Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh MMC şirkəti ilə əmək müqaviləsi bağlayaraq fəaliyyətinə 2017-ci ilin sentyabr ayında başlamış və Layihə Koordinatoru vəzifəsinə qəbul edilmişdir. Bir neçə il ərzində əzmlə işləyərək və layihələr üzrə şirkət üçün uğurlu nəticələr əldə edərək sosial, enerji və ekoloji layihələr departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə çalışaraq göstərdiyi zəhmət və əzmkarlıq sayəsində rəhbərliyin qərarı ilə şirkətin Baş direktorunun müavini təyin olunmuşdur. Bu şirkətdə ümumi iş stajı 7 ildən bir qədər artıqdır. Ailəsi və karyerası ilə bağlı şəxsi dəyişikliklər səbəbindən, daha sərfəli bir təklif aldıqdan sonra, 2024-cü ilin noyabr ayında şirkətdən ayrılmaq qərarına gəlmiş və bu barədə rəhbərliyə həm yazılı, həm də elektron formada müraciət etmişdir. Müsbət cavab aldıqdan və şirkətdə bir neçə illik fəaliyyətinə görə təşəkkür məktubu təqdim edildikdən sonra, bütün işləri, sənədləri və layihələr üzrə materialları təhvil verərək, 2024-cü ilin dekabr ayında Əmək Məcəlləsinin 68.2(a)-ci maddəsinə əsasən işdən azad edilmişdir. Lakin işdən azad olunduqdan sonra o, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əməkhaqqını, həmin aylar üzrə və aprel, iyun, iyul avqust ayı üçün gecikdirilmiş hər gün üçün ödənci, həmçinin istifadə olunmamış 97 məzuniyyət gününə görə kompensasiyanı işəgötürəndən ala bilməmişdir. Dəfələrlə müraciət edərək, qanunvericiliyə uyğun olaraq ona ödənilməli olan və şirkətin Baş direktoru tərəfindən rəsmi və sənədli şəkildə təsdiq edilmiş məbləğin ödənilməsini tələb etmişdir. Cavab almadığına görə əmək müfəttişliyinə müraciət etməyə məcbur olmuşdur. Onun şikayəti əsasında araşdırma aparılmağa başlanılmışdır. Bir neçə həftə sonra onun haqlı olduğunu təsdiq edən rəsmi cavab aldığına baxmayaraq, əmək haqqını ala bilməmişdir. Bundan sonra işin məhkəmə müstəvisində həll olunmasına qərar vermişdir. Bunun üçün ilk olaraq mediasiyaya müraciət etmiş, müəyyən müddətdən sonra onun iştirakı ilə mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh tərəf həmin sessiyaya qatılmamışdır. Bunun əvəzində, həmin gün şirkət Mediasiyaya əmək haqqı və s. ödənişlər üzrə yığılmış borcun 2025-ci ilin yanvar ayının sonuna qədər tam ödəniləcəyinə dair öhdəlik məktubu göndərmişdir. Lakin bu vəddə yerinə yetirilməmişdir. Cavabdehlə bağlanmış müqavilə əsasında o, öz öhdəliklərini lazımı qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən ona ödənilməli olan 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayının 1 (bir) günü üçün əmək haqqları, yəni 15 263 (on beş min iki yüz altmış üç) manat məbləğ qanunsuz və əsassız olaraq hal-hazırki vaxtadək ona ödənməmişdir. Qoşmaya əlavə edilmiş bank hesabından çıxarışda qeyd olunan pozuntu öz əksini tapmışdır. Cavabdeh şirkət tərəfindən 2 aylıq əmək haqqının ödənilməməsinə görə və 4 (aprel, iyun, iyul və avqust) ay gecikdirilmiş əmək haqqına görə qanunvericiliyin tələbi əsasında hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının bir faizi miqdarında ödənc tələb etmək zərurəti yaranmışdır. Gecikdirilmiş əmək haqqına görə əlavə ödəncin hesablanma qaydası belədir: - Aylıq əmək haqqı 5 000 manat olduğuna görə 1 günlük gecikmə məbləği (5000*1%/100=50 manat) – 50 manatdır. Cəmi aprel, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə gecikdirilmiş gün 285 gün təşkil edir. - 285 gecikmə günü *50 (1 günlük gecikmə məbləği) = 14 250 (on dörd min iki yüz əlli) manat. Belə ki, yuxarıda qeyd olunan hesablamalar nəticəsində 6 aylıq (aprel, iyun, iyul, avqust, sentyabr və oktyabr) əmək haqqına görə gecikdirilmiş gün üçün cəmi ödənc 14 250 (on dörd min iki yüzəlli) manat təşkil edir. Qeyd edilən gecikdirilmiş əmək haqqına görə ödəniləcək əlavə ödənc halında fərdi əmək mübahisəsi yoxdur. Çünki fərdi əmək mübahisəsi ilə bağlı yuxarıda qeyd olunan normaya əsaslansalar, burada tərəflər (işəgötürən və işçi) arasında bu hal üçün heç bir fikir ayrılığının olmamasının şahidi olmaq olar. Yəni əmək haqqının məbləği, vaxtında ödənməməsi və buna görə hesablanmış əlavə ödəncin zəruriliyi hər iki tərəf üçün bəllidir. Qeyd olunan pozuntunun araşdırıb cavabdeh şirkətin cəzalandırılması ilə bağlı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət ünvanlanmış, xx.xx.2025-ci il tarixdə X4 Xidmətinin Bakı şəhər İdarəsinin tərəfindən ona göndərilən 3- 17-5/2-R-956/2025 saylı məktubda cavabdeh tərəfindən son haqq-hesabın ödənilmədiyi qeyd edilmişdir. İşlədiyi şirkətin baş direktoru tərəfindən ona təqdim edilmiş arayışdan görünür ki,Cavabdeh MMC-nin ona verməli olduğu son haqq-hesab 18 132,21 (on səkkiz min yüz otuz iki manat iyirmi bir qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 24/17 nömrəli xidmət müqaviləsinə əsasən İddiaçı 02 oktyabr 2017-ci il tarixli, № 24/17 nömrəli xidmət müqaviləsinə əsasən Şirkət tərəfindən təqdim ediləcək layihələr üzrə Layihə Koordinatoru xidmətini göstərir və bu xidmətdən irəli gələn digər öhdəliklərin icra edilməsini və həyata keçirilməsini təmin edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/17 nömrəli əmək müqaviləsinə əsasən işçi əsas iş yeri olmaqla Layihə koordinatoru vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, işin ilk 3 ayı sınaq müddəti hesab edilmiş, müqavilə ilkin olaraq xx.xx.2017–xx.xx.2018-ci il tarixləri arasında 1 il müddətinə bağlanmış, tərəflərin etirazı olmadıqda avtomatik olaraq daha 1 il uzadılır və işçi xx.xx.2017-ci il tarixindən işə başlayır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 07 nömrəli əlavəsinə əsasən İddiaçı Baş direktorun müavini vəzifəsində aylıq 5 698,29 (beş min altı yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan Cavabdeh MMC-nin Baş direktorun müavini İddiaçı ödəniləcək son haqq-hesab üzrə çıxarışa əsasən kompensasiya günləri 2021–2022-ci illər (30 gün məzuniyyət) – 4 920,91 manat, 2022–2023-cü illər (30 gün məzuniyyət) – 4 920,91 manat, 2023–2024-cü illər (30 gün məzuniyyət) – 4 920,91 manat, 2024–2025-ci illər (7 gün məzuniyyət) – 1 158,95 manat olmaqla, əmək haqqı Sentyabr 2024 – 5 000 manat, Oktyabr 2024 – 5 000 manat, Noyabr 2024 – 5 000 manat və Dekabr 2024 – 263,30 manat təşkil edir və ümumi ödəniləcək məbləğ 31 185,00 manatdır. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru X1 X3 Heyətinə ünvanladığı ərizəyə əsasən İddiaçı məxsus son haqq-hesabın 2025-ci ilin yanvar ayının sonunadək ödənilməsinin Cavabdeh MMC tərəfindən öhdəlik kimi götürüldüyü bildirilmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.2011-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə layihə koordinatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə həmin müəssisədə Sosial və ƏMM layihələri üzrə direktor vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Baş direktor müavini vəzifəsinə təyin edilmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən (işçinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh MMC-nin baş direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh MMC-də işləməsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 14-24 X nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən İddiaçı Cavabdeh MMC-də Baş direktor müavini vəzifəsində işləməsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilməsi və işçinin istifadə edilməmiş 97 gün məzuniyyətinin son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanaraq ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin çıxarışına əsasən İddiaçı məxsus kart hesabına bu tarixlərdə və aylar üzrə əmək haqqı ödənilmişdir:
1. xx.xx.2024-cü il – 3 750 manat (Mart 2024 əmək haqqı)
2. xx.xx.2024-cü il – 3 750 manat (Aprel 2024 əmək haqqı)
3. xx.xx.2024-cü il – 5 000 manat (May 2024 əmək haqqı)
4. xx.xx.2024-cü il – 5 000 manat (İyun 2024 əmək haqqı)
5. xx.xx.2024-cü il – 5 000 manat (İyul 2024 əmək haqqı)
6. xx.xx.2024-cü il – 5 000 manat (Avqust 2024 əmək haqqı) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-R- 63105/2024 nömrəli müraciət cavab məktubuna əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı edilmiş müraciətə baxılmış, aparılmış araşdırma zamanı onunla cəmiyyət arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının ayda bir dəfə ayın 10-da ödənilməli olduğu halda 2024-cü ilin aprel, iyun, iyul və avqust aylarına görə əmək haqlarının gecikdirilməklə ödənildiyi, həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildikdən sonra işçiyə düşən son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq işdən çıxdığı gün ödənilmədiyi müəyyən edilmiş, bu səbəbdən cəmiyyətin baş direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmiş və işçinin son haqq-hesabının qanunvericiliyə uyğun qaydada hesablanaraq ödənilməsi barədə cəmiyyətə müvafiq göstəriş verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-R- 46490/2025 nömrəli müraciətə cavab məktubuna əsasən İddiaçı son haqq-hesabı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinə uyğun ödənilmədiyindən, Cavabdeh MMC-nin baş direktoru X2 barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh qərarı qəbul edilmişdir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən şirkət rəhbərliyinə 20 gün müddətində son haqq-hesabın hesablanıb ödənilməsi və nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir və qeyd olunur ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün olmayacaq, müraciətlərdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar isə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2025-ci il tarixli, 9/2725 nömrəli ekspert rəyinə əsasən;
1. Rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/17 №-li əmək müqaviləsinə və xx.xx.2024-cü il tarixli 7 №-li əlavənin şərtlərinə əsasən, İddiaçı 4 aylıq (sentyabr, oktyabr, noyabr, dekabr) 2024-cü il üçün vergi və digər icbari tutulmalar daxil hesablanmış əmək haqqı məbləği 17.094,87 manat təşkil edir. Aylar üzrə məbləğlər: Sentyabr – 5.698,29 manat, Oktyabr – 5.698,29 manat, Noyabr – 5.698,29 manat, Dekabr – işçi xx.xx.2024-cü il tarixində işdən azad edildiyindən məbləğ müvafiq olaraq hesablanmışdır. Bundan başqa bildirilir ki, əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanma və ödəmə cədvəlləri təqdim edilmədiyinə görə, ələ çatacaq (vergi və digər icbari tutulmalar çıxıldıqdan sonra) əmək haqqı məbləğini müəyyən etmək mümkün olmayıb.
2. Rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, İddiaçı əmək haqqının verilməsinin gecikdirilməsinə görə hesabdan çıxarışda ödənilən əmək haqqı məbləğləri nəzərə alınmaqla (2024-cü ilin aprel ayından sentyabr ayınadək, iddia ərizəsində göstərilən tarixlər) hər gecikdirilmiş gün üçün işçiyə ödənilməli məbləğ (əmək haqqının azı bir faizi məbləğində) aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 2024-aprel əmək haqqı 1526.86 AZN olduqda - xx.xx.2024-xx.xx.2024= 17 gün /1526,86 * 1% = 259.56 azn, 2024-Aprel əmək haqqı 3.750,00 AZN olduqda - xx.xx.2024-xx.xx.2024=17 gün / 3.750,00*1%*17=637,50 AZN, 2024-May - xx.xx.2024-xx.xx.2024= 5 gün / 5000,00*1 %*5=250,00 AZN, 2024-İyun - xx.xx.2024-xx.xx.2024= 12 gün / 5000,00*1%*12=600,00 AZN, 2024-İyul - xx.xx.2024-xx.xx.2024= 37 gün / 5000,00*1%*37=1.850,00 AZN, 2024-Avqust - xx.xx.2024-xx.xx.2024= 43 gün / 5000,00*1 %*43=2.150,00 AZN, 2024-Aprel əmək haqqı 1.526,86 AZN nəzərə alındıqda - cəmi 5.109,56 AZN, 2024-Aprel əmək haqqı 3.750,00 AZN nəzərə alındıqda - cəmi 5.487,50 AZN. Bundan başqa İddiaçı 2024-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməyən əmək haqları (hesabdan çıxarışda sonuncu əmək haqqı məbləği nisbətində (5.000,00 AZN) nəzərə alınmaqla) xx.xx.2025-ci il tarixədək (iddia ərizəsinin tarixi) hər gecikdirilmiş gün üçün işçiyə ödənilməli məbləğ (əmək haqqının azı bir faizi məbləğində) aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 2024-Sentyabr - xx.xx.2024-xx.xx.2025= 125 gün / 5000,00*1%*125=6.250,00 AZN, 2024-Oktyabr - xx.xx.2024-xx.xx.2025= 94 gün / 5000,00*1 %*94=4.700,00 AZN, 2024-Noyabr - xx.xx.2024-xx.xx.2025= 64 gün / 5000,00*1%*64=3.200,00 AZN, 2024-Dekabr - xx.xx.2025-xx.xx.2025= 33 gün / 5000,00*1 %*33=1.650,00 AZN.
3. Rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/17 №-li Əmək müqaviləsi üzrə Əmək haqqı və məzuniyyətlərlə bağlı əmrlər, dövrü əhatə edən bank hesabından çıxarış, Əmək haqqı ştat cədvəlləri, əmək haqqı hesablanma və ödəmə cədvəlləri təqdim edilmədiyinə görə İddiaçı ödənilməli olan son haqq-hesab məbləği və İddiaçı son haqq-hesabın gecikdirilməsinə görə ödənilməli olan məbləği müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarına “WhatsApp” mobil tətbiqi vasitəsilə olan səs yazısı və yazışmaları əks etdirən müvafiq ekran görüntüsü ilə birlikdə 1 ədəd flashkart əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 12-ci maddəsinə əsasən əmək müqaviləsi üzrə işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etməkdir. 69-cu maddəsinin 2-ci hissəsinə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 174-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 174-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh arasında əmək münasibətləri xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək davam etmişdir. Belə ki, iddiaçı xx.xx.2017–xx.xx.2021 tarixlərində Layihə Koordinatoru, xx.xx.2021–xx.xx.2024 tarixlərində Sosial və Enerji layihələri üzrə Direktor, xx.xx.2024–xx.xx.2024 tarixlərində isə Baş direktor müavini vəzifələrində çalışmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü) əsasən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehndən ödənilməmiş 4 (dörd) aylıq 2024-cü ilin (sentyabr, oktyabr, noyabr və dekabr) əmək haqqı olan 15 263 (on beş min iki yüz altmış üç) manat məbləğin (icbari ödəmələr çıxıldıqdan sonra), əmək haqqının gecikdirilməsinə görə 1% əlavə ödənc olan 14 250 (on dörd min iki yüz əlli) manat məbləğin, son haqq-hesabın gecikdirilməsinə görə 12 308 (on iki min üç yüz səkkiz) manat və ödənilməmiş son haqq-hesab olan 18 132,21 (on səkkiz min yüz otuz iki manat iyirmi bir qəpik) manat məbləğin, cəmi 59 953,21 (əlli doqquz min doqquz yüz əlli üç manat iyirmi bir qəpik) manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Cavabdeh MMC işçinin əmək haqqını gecikdirmiş, bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən aparılmış yoxlama nəticəsində işçinin əmək hüquqlarının pozulduğu təsdiqlənmiş və əmək qanunvericiliyinə əməl etmədiyinə görə şirkətin baş direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan bank çıxarışları, ekspert rəyi və Cavabdeh MMC-nin təqdim etdiyi çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı aylıq əmək haqqı məbləği 5 698,29 manat olub, vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra 5 000 manat təşkil etmişdir və işçi 2024-cü ilin sentyabr (5 000 manat), oktyabr (5 000 manat), noyabr (5 000 manat) və dekabr (263,30 manat) aylarına görə əmək haqqını ala bilməmişdir; nəticədə ümumilikdə 15 263,30 manat məbləğində əmək haqqı ödənilməmiş qalmışdır. Məhkəmə əmək haqqına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əmək haqqı hissəsində iddia ərizəsində göstərilən həddə, yəni 15263 manat məbləğində təmin edilməlidir. Məhkəmə əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə ödənilməli məbləğin (əmək haqqının azı 1%-i həcmində) müəyyən edilməsi və iş üzrə tam və obyektiv nəticəyə gəlmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən; 2024-cü ilin aprel ayı (3 750 manat) – xx.xx.2024-dən xx.xx.2024-cü il tarixinədək 17 gün gecikmə: 3 750 × 1% × 17 = 637,50 manat; 2024-cü ilin may ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2024-cü il tarixinədək 5 gün gecikmə: 5 000 × 1% × 5 = 250,00 manat; 2024-cü ilin iyun ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2024-cü il tarixinədək 12 gün gecikmə: 5 000 × 1% × 12 = 600,00 manat; 2024-cü ilin iyul ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2024-cü il tarixinədək 37 gün gecikmə: 5 000 × 1% × 37 = 1 850,00 manat; 2024-cü ilin avqust ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2024-cü il tarixinədək 43 gün gecikmə: 5 000 × 1% × 43 = 2 150,00 manat; 2024-cü ilin sentyabr ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2025-ci il tarixinədək 125 gün gecikmə: 5 000 × 1% × 125 = 6 250,00 manat; 2024-cü ilin oktyabr ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2025-ci il tarixinədək 94 gün gecikmə: 5 000 × 1% × 94 = 4 700,00 manat; 2024-cü ilin noyabr ayı (5 000 manat) – xx.xx.2024-dən xx.xx.2025-ci il tarixinədək 64 gün gecikmə: 5 000 × 1% × 64 = 3 200,00 manat; 2024-cü ilin dekabr ayı (5 000 manat) – xx.xx.2025-dən xx.xx.2025-ci il tarixinədək 33 gün gecikmə: 5 000 × 1% × 33 = 1 650,00 manat. Belə olan halda məhkəmə hesab edir ki, işçinin gecikdirilmiş əmək haqqına görə alacağı əlavə ödənclər ekspert rəyi ilə 21 287,50 manat müəyyən edilmişdir. Lakin ekspert rəyi ilə müəyyən edilmiş bu məbləğə baxmayaraq, qətnamə yalnız iddiaçı tərəfindən tələb olunan 14250 manat həddində təmin olunmalıdır. Məhkəmə iddiaçının son haqq-hesab üzrə ödənişinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC tərəfindən işçiyə ödəniləcək son haqq-hesab məbləği iş materiallarına əlavə edilmiş çıxarış əsasında müəyyən edilmişdir. Belə ki, 2021–2022-ci illər üzrə 30 gün məzuniyyət – 4 920,91 manat, 2022–2023-cü illər üzrə 30 gün məzuniyyət – 4 920,91 manat, 2023–2024-cü illər üzrə 30 gün məzuniyyət – 4 920,91 manat və 2024–2025-ci illər üzrə 7 gün məzuniyyət – 1 158,95 manat olmaqla, son haqq-hesab üzrə ümumilikdə 97 gün məzuniyyət haqqı üçün ödəniləcək məbləğ 15 921,68 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsində yalnız əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi halda hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi nəzərdə tutulub, son haqq-hesabın gecikdirilməsinə görə ayrıca əlavə ödənişin hesablanması hüquqi əsaslara uyğun deyil. Eyni zamanda, son haqq-hesabın tərkibində əmək haqqı da mövcud olduğundan və əmək haqqının gecikdirilməsinə görə artıq əlavə ödəniş təyin olunduğundan, onun üzərinə əlavə gecikmə ödənişi tətbiq olunması işəgötürənin hüquqlarını məhdudlaşdırar. Buna görə də, son haqq-hesab üzrə ödəniş yalnız mövcud hüquqi normalara uyğun olaraq hesablanmalıdır. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 15263 manat ödənilməmiş əmək haqqı, 14250 manat əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc və 15921,68 manat istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmaqla, ümumilikdə 45434,68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 15263 (on beş min iki yüz altmış üç) manat ödənilməmiş əmək haqqı, 14250 (on dörd min iki yüz əlli) manat əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc və 15921,68 (on beş min doqquz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmaqla, ümumilikdə 45434,68 (qırx beş min dörd yüz otuz dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu