Məhkəmə qərarları › İş №e-2(004)-1907/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1907/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1907/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə avtomobilin orta bazar qiyməti arasında yaranmış 27966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi, ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 manat məbləğində rüsumun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında Bakı şəhər DYPİnin İXP ******* nömrəli Protokoluna və İnzibati tənbehvermə haqqında Bakı şəhər DYPİ-nin TP ******* nömrəli Qərarına əsasən, 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus qanunla icazə verilən yerdə saxlanılmış Volskwagen Touareg markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bununla da iddiaçıya məxsus avtomobilə 29304.4 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobili kasko sığortalı olduğundan həmin ziyan sığorta şirkəti tərəfindən ödənildi. Nəzərinizə çatdırmaq istəyir ki, iddiaçı avtomobili 26 oktyabr 2021-ci il tarixdə Volskwagenin Azərbaycandaki rəsmi distribütoru olan "xxxx" QSC-dən almışdır. Avtomobili alarkən yeni və tam yüksək kompektasiyada idi, heç sürülməmişdir. Qəza baş verərkən avtomobilin cəmi 2105 km yürüşü vardır. Hazırda bu komplektasiyadan olan yeni avtomobilin dəyəri 144900 manat təşkil edir. Bu günə eyni avtomobilin aşınması nəzərə alınmaqla real bazar dəyəri 139828 manatdır. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 111862 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27966 manat təşkil edir. İddiaçının avtomobili rəsmi dilerdən alınmış yeni avtomobil olduğundan, iddiaçı qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra iddiaçı onu satışa çıxardıqda ən yaxşı halda 111862 manata sata bilər. Hesab edir ki, bu da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulan zərərin bir hissəsidir. Bu hal Azərbaycan Respublikası “X1”-nin 02 fevral 2022-ci il tarixli 15 nömrəli rəyi ilə də təsdiq edilir. Cavabdeh3 Maarif oğlunun nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nəsimi rayonu, Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil çox sürətlə hərəkət etdiyindən ona çırpılmış, bu zərbənin təsirindən Toyota Prius markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Volsvagen Touareg” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Beləliklə Cavabdeh3 başqasının yoluna çıxmamış, sadəcə olaraq manevr etmiş, yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 avtomobili çox sürətlə hərəkət etdiyindən surəti azalda bilməmiş, bu səbəbdən də avtomobillər toqquşmuşdur. Hesab edir ki, bu iş üzrə əsl Cavabdeh1 olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, cavabdehlər məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Cavabdeh3 Maarif oğlu idarə etdiyi Chevrolet Cruze minik markalı 90NO998 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP4817608 nömrəli İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, Həsənli X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o idarə etdiyi Volkswagen Touareg markalı 10TO027 maşını yolun kənarında saxladığını, bu zaman arxada yol ayrıcında hadisə baş vermiş və Toyota markalı maşının idarəetməni itirib onun maşınının arxasına çırpıldığını, xəsarət alan olmadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o idarə etdiyi 90NO998 nömrə nişanlı maşınla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. ilə hərəkət edib sola, Mirqasımov küçəsinə tərəf dönərkən solundan düzünə gedən önə doğru gedərək yolun sağında sahibsiz dayanan 10TO027 dövlət qeydiyyat nişanlı avtomobilə arxa tərəfdən dəydiyini, hadisə zamanı bədən xəsarəti almadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş izahatdan görünür ki, o idarə etdiyi Toyoto markalı 77DS542 olan maşınla Azadlıq pr.də hərəkət edərkən Miqasımov küçəsi ilə kəsişmədə sağdan sola dönmə edən Chevrolet markalı 90NO998 olan nəqliyyat vasitəsi onun yoluna çıxıb və maşınını vurduğunu, bundan sonra idarə etməni itirərək solda yolun kənarında dayanan Volkwagen avtomobilinə çırpıldığını bildirmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77DS542 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliiyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 77DS542 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliiyat vasitəsini idarə etməyi Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan AD № 789974 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhaətnaməsindən görünür ki, 99NO998 dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze minik markalı nəqliyyat vasitəsi Cavabdeh3 Maarif oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 2021-ci il buraxılışlı Volkswagen markalı .Touareg modelli, Universal tipli, **-TO-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 2995 sm 3 mühərrik nömrəsi DCB398139, Ban nömrəsi WVGZZZCRZND000158, rəngi gümüşü olan avtomobilin hazırki bazar dəyəri 139828,00 (yüz otuz doqquz min səkkiz yüz iyirmi səkkiz) manat, avtomobilin təmir-bərpa xərci 28425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti 111862 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27966 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №9/2950 seriya nömrəli ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı Volkswagen Touareg markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolun ilə 140000 manat müəyyən olunur. Nəzəri hesablkama yolu ilə Rotary Motors MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohisələrin qiymətləri nəzərə alınmaqla 2021ci il buraxılışlı Volkswagen Touareg markalı, 10TO027 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28247 manat müəyyən edilir. 2021-ci il buraxılışlı Volkswagen Touareg markalı, 10TO027 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 20% aşağı olması istisna edilmir. Həmin avtomobilin qəzadan öncəki qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında fərq təxminən 112000 (140000-20%) manat müəyyən olunur. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı odur ki, Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli Protokoluna və İnzibati tənbehvermə haqqında Bakı şəhər DYPİ-nin TP ******* nömrəli Qərarına əsasən, 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus Volskwagen Touareg markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İddiaçıya məxsus avtomobilə 29304.4 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobil kasko sığortalı olduğundan həmin ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Ekspert rəylərindən görünür ki, iddiaçıya məxsus Volkswagen Touareg markalı, 10TO027 dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında qiymət fərqi yaranmış, beləliklə də iddiaçıya məxsus nəqliyyat vasitəsi vaxtından əvvəl həm əmtəə görünüşünü, həm də istismar keyfiyyətini itirmişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin əmtəə qiymətinin itməsi də real zərər olduğundan iddia 27966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi hissəsində əsaslı hesab edilməlidir və Cavabdeh3 Maarif oğlu tərəfindən iddiaçıya zərər vurulması müəyyən edildiyindən qeyd edilən məbləğ Cavabdeh3 Maarif oğlundan tutularaq iddiaçıya ödənilməlidir .Məhkəmə iddia tələbinin 27966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh3 Maarif oğlunun İnziabti Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi və nəticədə iddiaçıya zərər vurması, digər cavabdhelər isə inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 manat məbləğində rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməis tələbi ilə bağlı qeyd edir ki, iddiaçı təərfindən ekspertizanın keçirilməsi üçün 300 manat məbləğində rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasasən hesab edir ki, 180 manat məbləğində dövlət rüsumu Cavabdeh3 maarif oğlundan tutularaq İddiaçı, iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərci Cavabdeh3 Maarif oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə Cavabdeh3 Maarif oğlunun nümayəndəsi və vəkili tərfindən verilmiş etirazla bağlı qeyd edir ki, iş materialları ilə Cavabdeh3 Maarif oğlunun nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xəta törətməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması müəyyən edilmişdir. Etirazda Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 çox sürətlə hərəkət etdiyindən ona çırpıldığını, bu zərbənin təsirindən Toyota Prius markalı **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə “Volsvagen Touareg” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpıldığını bildirsə də həmin halı təsdiq edən sübutları iş mateirallarına əlavə etməmiş, iş materialları ilə həmin hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh3 Maarif oğlundan 27966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat pul, 180 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərci Cavabdeh3 Maarif oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar