Məhkəmə qərarları › İş №e-2(004)-1923/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1923/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1923/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi , İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli 01/2022 nömrəli podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən görülmüş 1.021.718,53 (bir milyon iyirmi bir min yeddi yüz on səkkiz manat, əlli üç qəpik) manat dəyərində işlərin və göstərilmiş xidmətlərin dəyərinin, eləcə də 1301 (bir min üç yüz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin icraatında (hakim Gülnar Babazadə) iddiaçı X3 Cavabdeh qarşı «görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi tələbinə dair» e- 2(004)-1726/25 saylı mülki iş vardır. Həmin mülki iş üzrə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixdə, saat 10:15-də olmuş, növbəti hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:15-ə təyin edilmişdir. Eyni zamanda Yasamal rayon məhkəməsinin icraatında (hakim Kərim Xudayev) İddiaçı MMC-nin (təsisçisi və direktoru digər iş üzrə iddiaçı X2) Cavabdeh qarşı «görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi tələbinə dair» hazırkı e-2(004)-1923/25 saylı - mülki iş vardır. Hazırkı mülki iş üzrə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin olunmuşdur. Hər iki mülki iş üzrə iddia tələbləri eyni cavabdehə Cavabdeh qarşı yönəldilmişdir. Hər iki iş üzrə mübahisənin predmeti eynidir. Yəni Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640K ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikinti-quraşdırma işlərinin görülməsinə görə zəhmət haqqının ödənilməsi ilə bağlıdır. e-2(004)-1726/25 saylı mülki iş üzrə iddiaçı X6 eyni qeyri-yaşayış sahəsinin tikinti-quraşdırma işlərinin aparılmasına görə görülmüş eyni işlərin, göstərilmiş eyni xidmətlərin haqqının ona ödənilməsini tələb edir. e-2(004)-1923/25 saylı mülki iş üzrə isə X3 təsisçisi və direktoru olduğu İddiaçı MMC eyni qeyri-yaşayış sahəsinin tikinti-quraşdırma işlərinin aparılmasına görə görülmüş eyni işlərin, göstərilmiş eyni xidmətlərin haqqının ona ödənilməsini tələb edir. Hesab edirlər bu iki mülki işə, təkcə eyni cavabdehə qarşı olması əsası ilə deyil, həm də eyni qeyri-yaşayış sahəsinin tikinti-quraşdırma işlərinin aparılmasına görə görülmüş eyni işlərin, göstərilmiş eyni xidmətlərin haqqının ödənilməsi, yəni hər iki iş üzrə tələbin eyni olması, həmçinin iddiaçıların da demək olar ki, eyni şəxs, yəni X6 və sonuncunun təsisçisi və direktoru olduğu İddiaçı MMC olması əsasları ilə də bir icraatda baxılması daha məqsədəuyğun olmalıdır. Odur ki, Yasamal rayon məhkəməsinin icraatında olan e-2(004)- 1726/25 saylı və e-2(004)-1923/25 saylı mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900.000,0 (doqquz yüz min) manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 1190 (bir min yüz doxsan) manat dövlət rüsumunun Cavabdehalınaraq iddiaçı X4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron uçot-qeydiyyat kartoçkasından görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş, mülki işə 2(004)-1726/2025 nömrəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1726/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbi dair 2(004)-1726/2025 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)-1923/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbinə dair 2(004)-1726/2025 saylı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-1726/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)-1923/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı “görülmüş işlərin, göstərilmiş xidmətlərin haqqının ödənilməsi” tələbinə dair 2(004)-1726/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)- 1726/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar