Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1968/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı 32383,93 AZN məbləğində tələbini təmin edən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası adından qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(103)-164/2022 saylı Qərarını, eləcə də məcburi icra tələbini təmin edən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadını DGK-nin icra etməməsi nəticəsində illik 5% olmaqla 3 il müddətində (2021,2022,2023) onlara dəymiş 4857,59 AZN (dörd min səkkiz yüz əlli yeddi manat əlli doqquz qəpik) məbləğində mülki zərər və 68,58 AZN (altmış səkkiz manat əlli səkkiz qəpik) məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4926,17 AZN (dörd min doqquz yüziyirmialtımanat on yeddi qəpik) bağlı tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından göründüyü kimi iddiaçı, Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti tərəfindən ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etməklə, iddia tələbinin əsasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası adından qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(103)-164/2022 saylı qərarının və Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən icra etməməsi təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı, inzibati orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə aktlarının icra etməməsini mübahisələndirdiyindən, həmin orqanın hərəkətindən və ya hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanla bağlı şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Bundan başqa, məhkəm hesab edir ki, iddiaçı ümumiyyətlə inzibati orqanın məhkəmə aktlarının icra etməməsini mübahisələndirdiyindən, yəni icra vərəqinin vaxtında icra edilməməsi nəticəsində ona dəymiz ziyanı tələb etdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında tutulmuş məbləğin restrukturizasiyası barədə ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaga mane olur. İddiaçı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 68,58 (altmış səkkiz manat 58 qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı QSC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1968/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1968/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver