Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2005/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək X3 az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. 076283 nömrəli sığorta aktından, PAT********** saylı sığorta şəhadətnaməsindən və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Yasamal rayon Məhkəməsinin 27.04.208-ci il tarixli, 1(004)-133/2018 saylı hökmünə əsasən, Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Hökmdə cavabdeh X4 bildirmişdir ki, digər Cavabdeh1 ilə əmi oğludur. Hadisə baş verən tarixdə o, sonuncudan nəqliyyat vasitəsini idarə etmək üçün ona verməsini xahiş etmiş, Cavabdeh1 da buna etiraz etməmişdir. Bu məhkəmənin yekun hökmü və digər cavabdehin də izahatı ilə təsdiq olunur. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi sahibinin razılığı və məlumatı olaraq sürücülük vəsiqəsi olmayan digər cavabdehə idarə etməsi üçün təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli 11942 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı zərərçəkən X2 etibarnamə ilə nümayəndəsi X5İcbari Sığortalar haqqında qanunun 14.2-ci maddəsinə uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh sığortalı Cavabdeh1 sığortalanmış nəqliyyat vasitəsini sürücülük hüququ olmayan digər Cavabdeh2 verdiyinə görə iddiaçının onlara qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək X3 az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş 076283 nömrəli sığorta aktından, PAT********** saylı sığorta şəhadətnaməsindən və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 11942 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı zərərçəkən X2 etibarnamə ilə nümayəndəsi X5 İcbari Sığortalar haqqında qanunun 14.2-ci maddəsinə uyğun olaraq 1500 (min beş yüz manat) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.208ci il tarixli, 1(004)-133/2018 saylı hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Hökmdə cavabdeh X4 bildirmişdir ki, digər Cavabdeh1 ilə əmi oğludur. Hadisə baş verən tarixdə o, sonuncudan nəqliyyat vasitəsini idarə etmək üçün ona verməsini xahiş etmiş, Cavabdeh1 da buna etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normalarıçıxış edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14.2.4-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına əlillik qrupu təyin müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması nəticəsində vurulan zərərin əvəzi sığorta məbləği 30% nisbətində ödənilir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Beləliklə, müəyyən edilir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törədərək X3 az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hadisə baş verən vaxt Cavabdeh2 sürücülük hüququ (sürücülük vəsiqəsi) olmamışdır. 076283 nömrəli sığorta aktından, PAT********** saylı sığorta şəhadətnaməsindən və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Azsamand” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Yasamal rayon Məhkəməsinin 27.04.208-ci il tarixli, 1(004)-133/2018 saylı hökmünə əsasən, Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Hökmdə Cavabdeh2 bildirmişdir ki, digər Cavabdeh1 ilə əmi oğludur. Hadisə baş verən tarixdə o, sonuncudan nəqliyyat vasitəsini idarə etmək üçün ona verməsini xahiş etmiş, Cavabdeh1 da buna etiraz etməmişdir. xx.xx.2019-cu il tarixli 11942 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı sığorta şirkəti dəymiş zərərlə bağlı zərərçəkən X2 etibarnamə ilə nümayəndəsi X5 İcbari Sığortalar haqqında qanunun 14.2-ci maddəsinə uyğun olaraq 1500 (min beş yüz manat) manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə hər iki cavabdehə qarşı yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Cavabdeh1 avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi kimi bilərəkdən onu idarə etmək üçün sürücülük hüququ olmayan digər Cavabdeh2 vermiş və nəticədə sözügedən yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi kimi avtomobilin sahibinin mülki məsuliyyəti yaranmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı nəzərə alınmaqla Cavabdeh2 təqsirli olması xüsusatı müəyyən edilir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1500 (min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1500 (min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2005/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2005/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver