Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2060/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahından doğulmuş övladı xx.xx.2020-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2020-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir övladı var. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cı il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, azyaşlı Aylin Həsənli anası İddiaçı yanında saxlanılmışdır. Cavabdeh uşağın saxlanılması ilə bağlı aliment ödəmir, İlkanə Əsgərili ondan uşağın saxlanılmasında iştirak etməsini xahiş etsə də, Cavabdeh onun xahişini qəbul etməmiş, uşağın saxlanılması üçün İddiaçı heç bir aliment ödəməmişdir. Cavabdeh fərdi əməklə məşğuldur. Ona görə də hesab edirik ki, Cavabdeh azyaşlı Aylinin saxlanılmasında iştirak etməli, ondan hər ay sabit pul məbləğində 235 manat aliment tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir övladı var. O, nikah pozulandan sonra hər ay uşağının saxlanması üçün aliment ödəmişdir. Belə ki, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə hər ay 200 manat olmaqla, cəmi 800 manat vəsaiti İddiaçı ödəmişdir. Qəbzləri məhkəməyə təqdim edir. O, fəhlə işləyir və bundan sonra hər ay 235 manat aliment ödəməyə razıdır. Onun 4 ay ərzində 800 manat aliment ödəməsini nəzərə almağı məhkəmədən xahiş edir. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 524524 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X2 xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4885/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 62 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmışdır. Məhkəmə, cavabdehin iddianı qismən qəbul etməsinə dair izahatını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmasına razılaşmışlar və ata uşağın saxlanması üçün anaya hər ay 235 manat aliment ödəməyə razıdır. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin hər ay 235 manat müəyyən edilməsi, tərəflərin maddi vəziyyətinə və uşağın mənafeyinə uyğundur. Məhkəmə alimentin xx.xx.2023-cü il tarixdən tutulmasına münasibətdə qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hazırkı vaxta kimi övladının saxlanması üçün iddiaçıya maddi yardım etmişdir. Belə ki, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə hər ay 200 manat olmaqla, cəmi 800 manat vəsaiti İddiaçı ödəmişdir. Qəbzlər məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia tələbi - alimentin xx.xx.2023-cü il tarixdən tutulması hissəsində rədd edilməlidir. Aliment tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2020-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2020-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2060/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2060/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver