Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2094/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olmaq vaxtının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olmaq vaxtının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 14.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə görüş vaxtının müəyyən edilməsi və cavabdehdən hər ay 200 manat məbləğində əlavə xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 23.04.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı Cavabdeh ilə 01.10.2016-ci il tarixdə ailə quraraq nikaha daxil olmuşdur. Həmin nikahdan 30.09.2017-ci il təvəllüdlü X4 adlı övladları vardır. Yasamal Rayon Məhkəməsinin 05.10.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, övladının ananın yanında qalması qət edilmişdir. Cavabdeh Yasamal Rayon Məhkəməsinə müraciət edərək, hər həftənin şənbə və bazar günlərində saat 11:00-dan 17:00-dək uşaqla ünsiyyət hüquqnun təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(004)-1983/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan saat 15:00-dək ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda şərait dəyişdirildiyindən uşaqla görüşün şərtlərinin dəyişdirilməsinə zərurət yaranmışdır. Hazırki durumda X4 ciddi müalicə alaraq həkim nəzarətindədir, ona ciddi dieta təyin edilmişdir və xüsusi qulluğa ehtiyacı var. Uşaq davamlı və daimi nəzarətdə olmalı, xüsusi gimnastika, üzgüçülük və müalicəvi-profilaktik masaj olunmalıdır. Həkimin məsləhətinə əsasən uşağın sağlamlığı naminə onun yuxusu tam və dolğun olmalıdır, bu müalicə birbaşa onun nevrozu və psixi pozuntularına yönəlmişdir, lakin qüvvədə olan qətnamənin icrası uşağın səhər tezdən saat 09:00 durması və görüşə qədər səhər yeməyini yeyib hazır olması onun əsəbi olması ilə nəticələnir. Uşaq adətən səhər saat 11-dən tez oyanmır və iddiaçı da bir valideyn kimi onun dietasını məhz bu vaxt arasında qurmuşdur, lakin qüvvədə olan qətnamə bütün qeyd edilənləri pozur və uşağın müalicəsinə maneə yaradır. İddiaçı bir ana kimi uşağın atası ilə ünsiyyətdə olmasına etiraz etmir, sadəcə ana kimi uşağın sağlamlığını üstün tutur. Suala cavab olaraq bildirir ki, “uşaqla ünsiyyətdə olmaq” tələbi ilə bağlı əvvəkli iş üzrə məhkəmə iclasında iştirak edən vəkilin səhlənkarlığı ucbatından uşağın sağlamlıq vəziyyəti ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməyəcəyinə dair teleqram göndərmiş, lakin məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 21.07.2020-ci il tarixli, 873/d saylı rəyinə əsasən gələcəkdə uşağın psixoloji durumu və üstün mənafeləri, işin faktiki halları, eləcə də bioloji valideyni ilə bağlılığının qorunub saxlanması naminə, həmçinin qanunvericiliyin tələbi nəzərə alınmaqla iddiaçı Cavabdeh övladı - 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyət qaydasının hər şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə müəyyən olunmasını məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(004)- 1983/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan saat 15:00-dək ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi 5 nömrəli uşaq poliklinikasının 14.01.2022-ci il tarixli, 34 nömrəli məktubuna əsasən Mətbuat 42, mənzil 38-də yaşayan 30.09.2017-ci il təvəllüdlü X4 anadan olandan hazıradək 5 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Uşaq yaşa uyğun peyvəndləri alıb. 04.02.2019-cu il tarixdə KRX hipertermik və qıcolma sindromu, anemıya diaqnozu ilə xəstə olub ambulator müalicə alıb. Qızdırma davam etdiyinə gorə 04.02.2019-cu il tarixdə ana uşağın yuxusunun və əsəbinin pozulması, aqressivlik, tanımadığı adamları görəndə stress keçirməsi şikayyətı ilə nevropatoloqa gətirmiş, nevropatoloq Fərzəliyeva Solmaz ona “Ensefalopatiya qıcolma sindromu” diaqnozu qoymuş, qluferal ½ tab x2 dəfə, pantoqan 1 xq gündə 2 dəfə, peritol 1 xq x2 dəfə təyin etmişdir. 08.10.2019-cu il tarixədək müalicə almasına baxmayaraq qıcolmalar təkrar olunduğu uçün 07.11.2019-cu il tarixdə Uşaq nevrolojı Xəstəxanasına görərilmiş,16 11 2019-cu il tarixədək orada stasionar müalicə almışdır. Diaqnoz “Ensafalopatiya qıcolma sindromu” ilə 2020-ci ildə X1 nevropatoloqun qəbulunda olmuş, orada aqressivlik, yuxu narahatlığı, dırnaq yemə, əsəbilik şikayyətlərinə əsasən “Nevrotik pozuntular” “Expressiv nitq inkişaf ləngiməsi’ diaqnozu qoyaraq 1 Fenıbut 0.25 ¼ tab gündə 2 dəfə -1,5 ay saat 10:20-də 2 Maqni B6 -1/2 flakon su ilə -20 gün təyin edilmişdir. İİ kurs müalicə kompressor vabrianal kompaks 8 damcı x 2 dəfə 20 günə təyin edilmişdir. Yenidən 29.10.2021-ci il tarixdə təcili yardımla uşaq Ə.Qarayev adına 2 saylı uşaq poliklinikasının təcili yardım şöbəsinə tez-tez təkrarlanan qıcolmalar, qarında kəskin ağrılar şikayyətləri ilə daxil olmuş, ilkin yardım olaraq, venadaxili na xlor, vit C, dimedrol, KKB dexametazon, noşpa, Ca qlukonat, mannit köçürülmüşdür. Stasionar müalicədən imtina etdiyinə görə ambulator müalicənin davam etdirilməsi və dieta təyin olunmuşdur. Diaqnozu “KRVİ, febril qıcolma" Sahə həkimi və nevropatoloqun nəzarəti altında müalicənin davam edilməsi tövsüyyə olunmuşdur. 25.11.2021-ci il tarixdə Uniklinikada Elektroensefaloqramada qıcolma dalğalarının dominant olduğu təsdiq olunmuşdur. Nevropatoloqun 25.11.2021-ci il baxışı zamanı qıcolma dalğalarının təkrarlanmaması üçün finlepsal, spodium 20 damcı, pantoqam 1 çay qaşığı x 2 dəfə təyin olunmuşdur. Psixiatrda “Uşaq yaşının nevrozu" diaqnozu ilə dispanser qeydiyyata götürülüb. Uşağın nevropatoloqda "Ensefalopatiya qıcolma sindromu nevrotik pozuntu”, “Expressiv nitq inkişaf ləngiməsi”, sahə həkimində “anemıya qastroenterit", psixiatrda “Uşaq yaşının nevrozu" diaqnozuna görə dispanser nəzarətindədir. Uşağa hazırda təyin edilmiş xüsusi dieta və davamlı müalicə ana nəzarəti altında aparılmalıdır. Yeni stresdən qıcolmaların təkrarlanacağı qaçılmazdır. İşin müəyyən edilmiş halları odur ki, 2020-ci ildə uşağın atası Cavabdeh 30.09.2017ci il təvəllüdlü övladı Hacıyev Elşadla görüş vaxtının müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə Qəyyumluq və Himayəçilik Komissiyası atanın övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə ünsiyyət vaxtının müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. İşə baxan məhkəmə Komissiyanın rəyini nəzərə almamışdır, ona görə ki, rəy yalnız ümumi sözlərlə, yəni uşağın psixoloji durumu, mənafeyi və bioloji valideyni ilə bağlılığının qorunub saxlanması naminə kimi hallarla əsaslandırılmışdır. Birinci instansiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı olan uşağın anası İddiaçı məhkəmədə iddia qaldıraraq məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş ünsiyyət vaxtı və qaydasının dəyişdirilməsini xahiş edir. İddiaçı ona istinad edir ki, uşağa hazırda təyin edilmiş xüsusi dieta və davamlı müalicənin ana nəzarəti altında aparılması zəruridir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan baş həkim, nevropatoloq, sahə həkimi və psixiatrın təqsdiqlədiyi 14 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 30.09.2017-ci il təvəllüdlü X2 2019-cu ildə qıcolma sindromu, 2020-ci ildə nitq inkişaf ləndiməsi, 2021-ci ildə uşaq yaşının nevrozu, habelə anemiya və qastroenterit kimi diaqnozlar qoyulmuşdur. Buna baxmayaraq, atanın iddia tələbi əsasında işə baxan məhkəmələrə uşağın xəstəliyi ilə bağlı məlumat verilməmişdir. “Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.10.2011-ci il tarixli 6/2011 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideyinləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh övladı – 30.09.2017ci il təvəllüdlü X4 ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1983/2020 saylı, 08.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş ünsiyyətdə olması vaxtı və qaydası dəyişdirilməli, Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə görüş vaxtı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1983/2020 saylı, 08.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş ünsiyyətdə olması vaxtı və qaydası dəyişdirilərək, Cavabdeh ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar övladı – 30.09.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ananın iştirakı ilə görüş vaxtı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-2094/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2094/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver