Məhkəmə qərarları › İş №e-2(004)-2161/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2161/2021

22.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2161/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, Kreditor Borclu qarşı pul məbləğinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 8000 (səkkiz min) manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, onunla Borclu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli pərakəndə alqı-satqı müqaviləsinə əsasən borclu ümumi dəyəri 8000 (səkkiz min) manat olan palıd laklı parket, kley və plintus satmağı, kreditor isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Kreditor tərəfindən malların dəyəri həmin gün borcluya verilsə də, borclu bu günə kimi kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Malların çatdırılmalı olduğu vaxtdan uzun vaxtın keçməsi səbəbindən və borclunun malları təhvil vermək imkanı olmaması səbəbinə görə borclu kreditor tərəfindən ödənilmiş 8000 (səkkiz min) manat pul vəsaitini kreditora ən qısa müddətdə qaytaracağını bildirmişdir. Borcluya dəfələrlə müraciət edilməsinə baxmayaraq, borclu bağlanmış pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Borclu tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə yazılı iltizam təqdim edilərək sözügedən müqavilə üzrə öhdəliklərinin ən geci xx xxxxxx 2020-ci il tarixədək icra ediləcəyi bildirilmişdir. Təəssüflər olsun ki, borclu həmin iltizam üzrə də öhdəliklərini icra etməmişdir. Ona görə də, borclunun yaşadığı yer üzrə məhkəməyə əmr icraatı qaydasında ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəni nəzərdən keçirərkən müəyyən olundu ki, ərizədə göstərilən tələb üzrə məhkəmə əmri verilə bilməz. Belə ki, məhkəmə əmri verilə bilən tələblərin dəqiq siyahısı Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: - tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; - tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; - tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; - tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; - tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; - tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Azərbaycan Respublikası MPM-in 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edir. Göründüyü kimi, Kreditor tərəfindən verilmiş ərizədə göstərilən tələb Mülki- Prosessual Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmamışdır. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 279.2.1-ci maddəsinə əsasən, Kreditor məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbulundan imtina olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Borclu qarşı pul məbləğinin tutulması tələbi barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar