Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2179/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin bank hesabına geri köçürülməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin bank hesabına geri köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, X2 vəfat etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun Cavabdeh ASC-də olan hesabına köçürülmüş cəmi 3978 manat vəsaitin iddiaçı "xxxx" ASC-nin bank hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin keçmiş işçisi olmuş və istehsalatda xəsarət almış X4 xəsarət görə "xxxx" ASC tərəfindən Cavabdeh ASC-nin Sumqayıt filialında olan bank hesabına hər ay 144 manat müavinət ödənilirdi. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC Ağabə Hacıəliyevin vəfat etməsi barədə məlumatsız olmuşdur, yaxınları, qohumları, tanışları bu barədə "xxxx" ASC-yə məlumat verməmişlər. Ehtimal oluna bilər ki, onun ölüm xəbərini "xxxx" ASC-dən gizlətmişlər. xx.xx.2023-cü il tarixdə ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi X1 ölüm haqqında şəhadətnaməsinin surətinin təqdim edilməsi barədə sorğu göndərmişlər, Mərkəzi Filialdan ölüm haqqında şəhadətnamənin surətini "xxxx" ASC-yə göndərmişdir. Ağabəy Hacıəliyev vəfat etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə X3 bank hesabına cəmi 3978 manat artıq vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə X3 vəfat etdiyi tarixdən etibarən xx.xx.2023-cü il tarixədək bank hesabına səhvən köçürülmüş cəmi 3978 manat vəsaitin "xxxx" ASC-nin bank hesabına geri köçürülməsi barədə sərəncam verilməsi barədə rəsmi yazlı məktub göndərmişlər. Cavabdeh ASC həmin məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli 918 nömrəli və xx.xx.2024-cü il tarixli 70 nömrəli məktubla bildirmişdir ki, müştərinin bank hesabına sərəncam vermək səlahiyyəti müştərinin özünə və ya qanunda nəzərdə tutulmuş qaydada onun rəsmi nümayəndəsinə məxsusdur. Əmək xəsarəti üzrə müavinət almış X2 hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü i tarixədək səhvən köçürülmüş 3978 manat vəsaitin qaytarılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bank hesabının sahibi vəfat etmiş və o vəfat etdiyi andan etibarən hüquqi olmayan vəsaitlər onun bank hesabına köçürülmüşdür. Şəxs öldükdən sonra müavinət bank hesabına köçürülürsə həmin vəsait bank tərəfindən geri qaytarılmalıdır. Çünki şəxs müavinət öldüyü günədək ala bilər. Şəxs öldüyü gündən etibarən müavinəti almaq hüququnu itirir və ölümü ilə bu hüquqa xitam verilir. Ağabəy Hacıəliyevin ölümü barədə vaxtında məlumat verilsəydi, müavinətin mərhumun bank hesabına köçürülməsi dayandırılmış olardı. Vəfat etmiş şəxsin öldüyü gündən sonra köçürülmüş vəsaiti məhumun vərəsələri tərəfindən alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, 19 may 2021-ci il tarixli AZ-İİ seriyalı 174522 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2021-ci il tarixdə ağciyər ödəmi səbəbindən vəfat etmişdir. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 70 nömrəli məktubunda göstərilir ki, xəsarəti üzrə müavinət almış X2 hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək səhvən köçürülmüş 3978 manat vəsaiti məhkəmənin qərarından asılı olaraq bank tərəfindən "xxxx" ASC-yə qaytarıla bilər. Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 117-ci maddəsinin 6-cı abzasına əsasən alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir. Həmin Əsasnamənin 116-cı maddəsinin 2-ci abzasına əsasən əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinəməhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, X3 ölümündən sonra onun bank hesabına köçürülmüş müavinət bank tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Çünki, şəxs müavinəti öldüyü günədək ala bilər. Şəxs öldüyü gündən etibarən müavinəti almaq hüququnu itirir və ölümü ilə bu hüquqa xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, X2 vəfat etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun Cavabdeh ASC-də olan hesabına köçürülmüş cəmi 3978 manat vəsaitin iddiaçı "xxxx" ASCnin bank hesabına geri qaytarılması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 vəfat etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun Cavabdeh ASC-də olan hesabına "xxxx" ASC tərəfindən köçürülmüş cəmi 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat vəsaitin iddiaçı "xxxx" ASC-nin bank hesabına geri qaytarılması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2179/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2179/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver