Məhkəmə qərarları › İş №e-2(004)-2241/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2241/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2241/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X5 5112 saylı akt qeydi ilə bağlanılmış nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçı Babayeva (Qulizadə) Vüsalə Məzahir qızının yanında qalması qət edilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 uzun müddətdir ki, İddiaçı himayəsində onunla birlikdə yaşayır. Cavabdehlə faktiki olaraq 1 ildən artıq müddətdir ki, ayrı yaşayırlar və uşaqları onunladır. xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 2021-ci ilin iyun ayından (nikah dövründə də) hazırki vaxtadək Globo Təhsil və İnkişaf Mərkəzində bağça və məktəbəqədər təhsil alırlar. Onların həmin müəssisədə aldıqları təhsilə və uşaqlara göstərilən xidmətlərə görə hər ay İddiaçı tərəfindən 860 manat məbləğində pul Globo Təhsil və İnkişaf Mərkəzinə ödənilir. Birgə nikahlarından olan övladlarının təhsil xərclərindən əlavə gündəlik tələbata ehtiyacı olan maddi və mənəvi xərcləri də İddiaçı tərəfindən təmin edilir. Cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilmir. Bu hal da iddiaçının maddi cəhətdən vəziyyətini çətin duruma salır. Həmçinin tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi sorğu verilmiş, həmin təşkilatlardan gələn cavaba əsasən müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) rəhbəridir. Bu da ona əsas verir ki, cavabdehin hazırki tələb etdiyim aliment məbləğini ödəməyə kifayət qədər imkanı vardır. Cavabdeh tərəfindən birgə nikahlarından olan övladlarının saxlanılması üçün heç bir maddi köməklik göstərilməməsi və aralarında razılığa gəlinməməsi iddiaçını hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, uşaqlarının maddi cəhətdən təmininatlarının yaxşı olmasına görə hər zaman çalışır. Təhsil haqqının ödənilməsi məsələsinə gəldikdə isə bildirmək istəyir ki, təhsil haqqının ödənilməsində o da iştirak edir. Həmçinin məktəbdə təşkil edilən bayram tədbirləri və s. zamanı da lazımi qədər pul vermişdir. Ancaq təbii ki, aliment ödəmək onun valideyn kimi vəzifəsidir və bundan boyun qaçırmır, sadəcə məsələ budur ki, 1200 manat hesablanmış əmək haqqı olsa da, faktiki aylıq maaşı təxminən 1000 manat təşkil edir. Bu puldan üç banka kreditlərini də ödəyir. Özünün yaşayışını təmin etməyinin də nəzərə alınmasını xahiş edir. Uşaqlara görə aylıq cəmi 400 manat məbləğində alimentin pulun tutulmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən verilmiş AZ-İV seriyalı, 191853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci ildə anadan olmuşdur. Atası qrafasında “Cavabdeh”, anası qrafasında “İddiaçı” göstərilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən verilmiş AZ-İV seriyalı, 381087 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə anadan olmuşdur. Atası qrafasında “Cavabdeh”, anası qrafasında “İddiaçı” göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN xidmət» X5 5112 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçı X4 ilə qalması qət edilmişdir. İddia ərizəsinə əlavə etdiyi AZ-İ 444006 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin məzmunundan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə 153 nömrə ilə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-137/2024 nömrəli qərardadına əsasən, ərizə qismən təmin edilərək, 2(004)-2241/2024 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş “Globo” Təhsil və İnkişaf Mərkəzinin 001-14 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixindən hazırki vaxtadək “Globo” Təhsil və İnkişaf Mərkəzində göstərilən xidmətlərdən yararlanır. Göstərilən xidmətlərə görə aylıq ödəniş 860 manat məbləğindədir və göstərilən xidmətlərə görə 860 manat məbləğində aylıq ödəniş həmin uşaqların anası İddiaçı tərəfindən hər ay olmaqla “Globo” Təhsil və İnkişaf Mərkəzinə ödənilir. İddia ərizəsinə əlavə edilmiş AZEMİS sistemindən çıxarışdan görünür ki, Cavabdeh “EKOL AUDİT" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır və aylıq əmək haqqı 1200 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respubliasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin **********264400 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN**********) rəhbəridir. Cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20 aprel 2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında olan nikah məhkəmə qərarı ilə pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalırlar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. AZEMİS sistemindən çıxarışa əsasən Cavabdeh “EKOL AUDİT" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır və aylıq əmək haqqı 1200 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə uşaqların yüksək mənafeyini, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olmasını, iddiaçı və cavabdehin hal-hazırki maddi vəziyyətlərini və gəlirlərini də nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat olmaqla sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Eyni zamanda hazırda mübahisə məhkəmədə həll olunduğundan, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(004)-137/2024 saylı qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması barədə qərardadın icrası dayandırılmalı, alimentin tutulması qətnamənin çıxarıldığı gündən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)- 137/2024 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılsın. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar