Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2289/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 425 (dörd yüz iyirmi beş) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 425 (dörd yüz iyirmi beş) manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçının cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddiaçının iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabata əsasən müəyyən olunur ki, “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 425 (dörd yüz iyirmi beş) manat təşkil edir. İş materiallarında olan 105365 nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, İş materiallarına əsasən müəyyən edilir ki, “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 425 (dörd yüz iyirmi beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli protokola əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası DİN BDYİ-nə ünvanladığı izahatında idarə etdiyi “Opel Astra” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğunu və hadisəni törətdikdən sonra hadisə yerindən yayındığını etiraf etmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Opel Astra” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 425 (dörd yüz iyirmi beş) manat məbləğində maddi zərər vurulmuş və dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 425 (dörd yüz iyirmi beş) manat sığorta ödənişi edilmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 425 (dörd yüz iyirmi beş) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu müştərək qaydada Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 425 (dörd yüz iyirmi beş) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2289/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2289/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver