Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2294/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Chevrolet Captiva” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 1014,80 manat (bir min on dörd manat səksən qəpik) və ödənilmiş 30,14 (otuz manat on dörd qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21214” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Captiva” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 063619 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş 106562 saylı “X8” MMC-nin təqdim etdiyi İnvoysa əsasən hadisə zamanı “Chevrolet Captiva” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1014,80 manat (bir min on dörd manat səksən qəpik) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 2778 nömrəli ödəniş tapşırığına əsasən 860 manat (səkkiz yüz altmış manat) sığorta ödənişi, 2779 nömrəli ödəniş tapşırığına əsasən 154,80 manat (yüz əlli dörd manat səksən qəpik) sığorta ödənişi üzrə əlavə dəyər vergisi, ümumilikdə 1014,80 manat (bir min on dörd manat səksən qəpik) məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Yasamal rayon DYPŞ tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokolundan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Didarov X2 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Mövcud hadisə ilə bağlı iddia ərizəsi yazılaraq Cavabdeh qeydiyyat yerinin yerləşdiyi məhkəmə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, lakin mövcud məhkəmə Cavabdeh vergi ödəyicisi olduğunu və hadisə zamanı taksi fəaliyyəti ilə məşğul olduğu üçün subyektiv tərkibin nəzərə alınması şərtilə bildirmiş ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Mövcud məsələləri xx.xx.2024-cü il tarixli, e-2(004)-5954/2024 saylı çıxarmış və qüvvəyə minmiş qərardadında əks olunmuşdur. Bu səbəbdən hesab edir ki, 1014,80 manat (bir min on dörd manat səksən qəpik) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan İXP ******* nömrəli, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21214” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 063619 №-li sığorta aktına əsasən xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 1014,80 manat təşkil edir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışa əsasən “VAZ 21214” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olsa da xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan “X9” MMC-nin 106562 saylı, xx.xx.2019-cu il tarixli servis kartından müəyyən edilir ki, Chevrolet Captiva” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1014,80 manat tələb olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2778 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən “X9” MMC-nin hesabına 860 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2779 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən “X9” MMC-nin hesabına 154,80 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30,14 (otuz manat on dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “VAZ 21214” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olsa da, Cavabdeh tərəfindən idarə olunmuşdur. Hadisə nəticəsində “Chevrolet Captiva” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1014,80 manat ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh avtomobilə dəymiş zərərin əvəzi olan 1014,80 (bir min on dörd manat səksən qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,14 (otuz manat on dörd qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1045,34 (bir min qırx beş manat otuz dörd qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərin əvəzi olan 1014,80 (bir min on dörd manat səksən qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,14 (otuz manat on dörd qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1045,34 (bir min qırx beş manat otuz dörd qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2294/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2294/2025
15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver