Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2363/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 09 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ( və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı ilin əvvəllərində rəsmi nikah qeyd etdirmədən faktiki nikah münasibətində olmuşlar. Bu nikahdan 09 avqust 2007-ci ildə Aliyə adlı bir qızları doğulmuşdur. Rəsmi nikahları olmadığından 20 sentyabr 2007-ci ildə atalığın tanınması haqqında şəhadətnamə əsasında qızları X2 doğum haqqında şəhadətnamə almışlar. Cavabdeh ilə bir müddət sonra ayrılmışlar. Ayrıldıqları vaxtdan cavabdeh uşağın saxlanması üçün çox cuzi miqdarda pul göndərirdi. Artıq uzun illərdir ki, övladını çox çətinliklə böyüdür. Cavabdeh yüksək məbləğdə pensiya almasına baxmayaraq son 2-3 ildə uşağına verdiyi 200 manat pulla kifayətlənir. Bunu artırmaq da istəmir. Özü işləmədiyindən övladının artan təlabatlarını qarşılamaqda çətinlik çəkir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 avqust 2007-ci il təvəllüdlü X1 bioloji atasının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o 09 avqust 2007-ci il təvəllüdlü X1 atası deyildir. İlkin iddia üzrə iddiaçı uşağın doğulmasından 17 il sonra heç bir əsas və səbəb olmadan ona şər və böhtan ataraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, 2-3 il bundan qabaq müəyyən şəxslərin dediklərindən aydın olmuşdur ki, o uşağın bioloji atası deyil. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 974193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1749 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 089605 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci ildə İddiaçıqulu qızından doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 373/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh X3 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3 və 45.1-ci maddələrinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 09 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ( və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 boloji atası olmadığını buna görə də ilkin iddianın rədd edilməsini və Cavabdeh 09 avqust 2007-ci il təvəllüdlü X1 bioloji atasının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Araşdırma zamanı məhkəmə mübahisəli məsələni aydınlaşdırmaq məqsədilə 02 may 2024-cü il tarixli qərardadla genetik kodun öyrənilməsi yolu ilə (DNT analizi vasitəsilə keçirilən müayinəsinə əsaslanan) məhkəmə tibbi-genetik ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 373/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh X3 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Ekspert rəyi ilə İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X1 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması təsdiq olunduğundan məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X1 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması müəyyən edilməlidir. Eyni zamanda, ilkin iddianın təmin edilib-edilməməsi bu faktdan asılı olduğundan, hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edildiyindən, Cavabdeh tərəfindən ödənilmiş ekspertizasının dəyəri 2300 (iki min üç yüz) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X1 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X1 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması müəyyən edilsin. İddiaçı iş üzrə keçirilmiş məhkəmə tibbi-genetik ekspertizasının dəyəri 2300 (iki min üç yüz) manat pul tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2363/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2363/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver