Məhkəmə qərarları › İş №e-2(004)-2380/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2380/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2380/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli icra sənədi üzrə İddiaçı tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə hesablanmış 8984 (səkkiz min doqquz səksən dörd) manat aliment borcun ödənilməsindən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)-1924/2017 nömrəli qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli olan sabit pul məbləğində 136,60 manat, cəmi 273,20 manat miqdarında alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2024-cü il tarixli aliment üzrə borcun müəyyən edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(004)-1924/2017 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixə borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə 8984 manat aliment üzrə borcunun qaldığının müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi alimentlə bağlı mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Yasamal rayon icra şöbəsinin icraatındadır. Ərizənin məzmunundan da göründüyü kimi iddiaçı Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2024-cü il tarixli aliment üzrə borcun müəyyən edilməsi haqqında qərarını mübahisələndirir. Qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki 2(004)-2380/2024 saylı mülki iş üzrə ********** saylı xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödəmiş olduğu 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, icra məmurunun hərəkətlərindən icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar