Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2398/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1630 (min altı yüz otuz) manat pul və xx.xx.2022-ci il tarixli 22 nömrəli Borc müqaviləsi üzrə 12405 ( on iki min dörd yüz beş) manat pulun, hesablanmış 466 (dörd yüz altmış altı) manat cərimə məbləği olmaqla ümumilikdə 14501 (on dörd min beş yüz bir) manat pulun və ödənilmiş 133,51 (yüz otuz üç manat əlli bir qəpik) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə əmək münasibətlərində olduğu dövrdə iddiaçıya məxsus olan **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini qəsdən sıradan çıxartmış, nəticədə, iddiaçıya 2100 manat zərər vurulmuş, həmin zərərin 479 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan 1630 (min altı yüz otuz) manat hissəsi isə ödənilməmişdir. Qeyd olunan xüsusatlar əlaqədar olaraq tərəflər arasında xx.xx.2020-ci il tarixli üzləşmə aktı tərtib edilmişdir. Bundan əlavə, cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli 22 nömrəli Borc müqaviləsi üzrə 12405 manat məbləğində borc pul almış, lakin müqavilə öhdəliklərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, borc pul məbləğini müqavilə şərtləri üzrə iddiaçıya qaytarmamışdır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin 1630 (min altı yüz otuz) manat hissəsinin qalıq qaldığını qəbul etməklə təqsirini etiraf etmiş və sözügedən pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22 nömrəli Borc müqaviləsinə əsasən müəyyən olunur ki, “Borcverən” İddiaçı MMC “Borcalan” Cavabdeh 12405 ( on iki min dörd yüz beş) manat borc vermişdir. qarşısında **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin 1630 (min altı yüz otuz) manat hissəsinin qalıq qaldığını qəbul etməklə sözügedən pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq Borcalan hər təqvim ayının 20-sində 200 manat olmaqla öhdəlik tam bitənə qədər Borcvərənə pul ödəməlidir. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən, Borcalan tərəfindən müqavilə öhdəlikləri gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün 1% məbləğində cərimə müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, müqavilə predmeti olan 12405 ( on iki min dörd yüz beş) manat pul İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Delikt hüquq institutunun dispozitiv şərtləri aşağıdakılardır:
1. Hüquqa zidd əməl törədilməlidir.
2. Hüquqa zidd əməl təqsirli olaraq törədilməlidir.
3. Hüquqa zidd əməllə baş vermiş nəticə (zərər) arasında səbəbli əlaqə olmalıdır. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddia tələbin kredit müqaviləsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 12405 manat məbləğində borc pul almış, lakin müqavilə öhdəliklərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, pul məbləğini müqavilə şərtləri üzrə iddiaçıya qaytarmamışdır. Nəticədə, cavabdehin müqavilə öhdəlikləri üzrə iddiaçıya 12405 ( on iki min dörd yüz beş) manat əsas, 466 (dörd yüz altmış altı) manat cərimə qismində borcu yaranmışdır. İddia tələbinin digər hissəsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, İşçi Cavabdeh 2020-ci ildə mülki hüquq pozuntusu törətməklə İşəgötürən İddiaçı MMC-yə məxsus **-JJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 (iki min yüz) manat maddi zərər vurmuş, həmin məbləğin 470 (dörd yüz yetmiş) manat hissəsi Cavabdeh tərəfindən ödənilmiş, 1630 (min altı yüz otuz) manat hissəsi isə qalıq qalmışdır. Cavabdeh və İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin 1630 (min altı yüz otuz) manat hissəsinin qalıq qaldığını qəbul etməklə təqsirini etiraf etmiş və sözügedən pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinin tələblərinə əsasən tələb üzrə 1 illik iddia müddəti keçsə də, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edilmədiyindən iddia müddətinin tətbiq edilməsi mümkün hesab olunmur. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə araşdırması zamanı iddia tələbi tam şəkildə cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasında etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 133,51 (yüz otuz üç manat əlli bir qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1630 (min altı yüz otuz) manat maddi zərər, xx.xx.2022ci il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 12405 ( on iki min dörd yüz beş) manat əsas, 466 (dörd yüz altmış altı) manat cərimə məbləği olmaqla ümumilikdə 14501 (on dörd min beş yüz bir) manat pul və ödənilmiş 133,51 (yüz otuz üç manat əlli bir qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1630 (min altı yüz otuz) manat maddi zərər, müqavilə üzrə 12405 (on iki min dörd yüz beş) manat əsas, 466 (dörd yüz altmış altı) manat cərimə məbləği olmaqla ümumilikdə 14501 (on dörd min beş yüz bir) manat pul və ödənilmiş 133,51 (yüz otuz üç manat əlli bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə