Məhkəmə qərarları › İş №e-2(004)-2411/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2411/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2411/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2411/2020 nömrəli qərardadından cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli BA seriyalı 990831 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsi - xx.xx.2019-cu il tarixdə saat 03:50-də baş vermiş yanğın nəticəsində onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binasına (ticərət obyektinə) vurulmuş maddi zərərin aradan qaldırılması üçün hesablanmış 36.000 manat sığorta ödənişinin, sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə hesablanmış 7.200 manat dəbbə pulu, mənəvi zərərin əvəzi kimi 5.000 manat, 8.000 manat əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti olan fiziki şəxs kimi xx.xx.2009-cu il tarixdə VN-də qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. xx.xx.2013-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binasında (ticərət obyektinə) sahibkarlıq fəaliyyətini həyata keçirir. O, cavabdeh “xxxxxxxxx” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli BA seriyalı 990831 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binasını (ticərət obyektini) və mağazada olan əmlakını bir il müddətinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi sığortalamışdır. Baş vermiş sığorta hadisəsi - xx.xx.2019-cu il tarixdə saat 03:50-də baş vermiş yanğın nəticəsində onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binası (ticərət obyekti) yanmışdır. Mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yanğının təsirinə məruz qalmışdır. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası FHN-in X1 böyük təhqiqatşısı mayor X3 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müvafiq məhkəmə tikinti texniki ekspertizaları təyin edilmişdir. Keçirilmiş ekspertizalar nəticəsində müəyyən edilmişdir ki, sığorta (yanğın) hadisəsi zamanı onun əmlakı olan mağazaya tikinti üzrə 30.819 manat əmtəə üzrə 66.900,60 manat, ümumilikdə 97.719,60 manat maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının və digər normativ aktlarının tələblərinin pozulması müəyyən edilməmişdir. Əmtəə üzrə dəymiş ziyanla bağlı sığorta məbləği ona ödənilmişdir. Lakin mağazaya tikinti üzrə dəymiş sığorta məbləğini cavabdeh təşkilat qəsdən ödəmək istəmir. Bu səbəbdən o, sığorta ödənişinin tutulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili Vəkil şifahi vəsatət verərək, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti olan fiziki şəxs kimi xx.xx.2009-cu il tarixdə VN-də qeydiyyata alınmasını və ona ********** VÖEN nömrəsi verilməsini, cavabdeh “xxxxxxxxx” ASC-nin isə hüquqi şəxs olmasını, tərəflər arasında yaranmış mübahisənin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli BA seriyalı 990831 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi ilə bağlı yarandığını nəzərə alaraq, hazırkı işin Azərbaycan Respublikası MPM-in 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyət qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti olan fiziki şəxsdir. İddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binası (ticərət obyekti) “xxxxxxxxx” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli BA seriyalı 990831 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən bir il müddətinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi - xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində iddiaçıya məxsus mağaza və mağazada olan əmlaklar yanmışdır. Hesab edir ki, iddiaçı fərdi sahibkar olmaqla, mülkiyyətindəki mağaza ticarət obyektidir və sığorta olunan əmlak ticarət obyekti olduğuna görə, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün mağazanın yerləşdiyi ünvan üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)-2411/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında və sığorta obyekti olan iddiaçının xüsüsi mülkiyyətindəki Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binasının (ticərət obyekti) oduğu yerə görə müstəsna aidiyyət qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə mülki iş Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə elektron qaydada şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)- 2411/2020 nömrəli qərardadının dəyişdirilməsini və mülki işin cavabdeh “xxxxxxxxx” ASC-nin hüquqi ünvanı (Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi 8) üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə cavabdeh “xxxxxxxxx” ASC-nin şikayətinə baxılması üçün mülki işin geri qaytarılması Şəki Kommersiya Məhkəməsindən xahiş edilmişdir. Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)-2411/2020 nömrəli qərardadından şikayətin və orderin əslini məhkəməyə təqdim etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 30/9 nömrəli məktubu ilə mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinə qaytarılmışdır. İş xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə, cavabdehin şikayətini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(004)-2411/2020 nömrəli qərardadı dəyişdirilməli, mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün cavabdeh “xxxxxxxxx” ASC-nin hüquqi ünvanı (Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi 8) üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Belə ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti olan fiziki şəxs kimi xx.xx.2009-cu il tarixdə VN-də qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binasında (ticərət obyektinə) sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BA seriyalı 990831 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binası (ticərət obyekti) və mağazada olan əmlakı “xxxxxxxxx” ASC tərəfindən bir il müddətinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə saat 03:50-də baş vermiş yanğın (baş vermiş sığorta hidisəsi) nəticəsində iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi və xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospekti 119 ünvanda yerləşən ümumi sahəsi 168,1 kv.m olan qeyri-yaşayış mağaza binası (ticərət obyekti) yanmışdır. Mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yanğının təsirinə məruz qalmışdır. Cavabdeh iddiaçıya məxsus mağazada olan əmlaka dair sığorta ödənişini vermiş, lakin mağazaya vurulmuş zərərə görə sığorta ödənişini verməkdən imtina etmişdir. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə istinad etməklə cavabdehdən müqavilə öhdəliyini yerinə yetirməyi və sığorta ödənişini, həmçinin öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış dəbbə pulunun, əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Yaranmış mübahisə hüquqi şəxs yaratmadan mülkiyyətindəki ticarət mağazası binasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və sahibkarlıq fəaliyyəti ilə bağlı mağazasını icbari sığorta müqaviləsinə əsasən sığorta etdirən fiziki şəxs İddiaçı (VÖEN **********) və hüquqi şəxs olan cavabdeh “xxxxxxxxx” ASC arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı, yəni tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Vergi ödəyicisinin məlumatlarından müəyyən edilir ki, cavabdeh “xxxxxxxxx” ASC-nin (VÖEN**********) hüquqi ünvanı AZ 1065, Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi ev 190 ünvanda xx.xx.2006-cı il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Hazırda AZ 1065, Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi 8, “Həyat Tauer 2” mərtəbə 4 ünvanda fəaliyyət göstərir. Odur ki, hazırkı işə Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinin tələbinə uyğun olaraq hüquqi şəxs “xxxxxxxxx” ASC-nin ünvanının olduğu yerə görə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 35.2, 263‑264, 266-268, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxx” ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)-2411/2020 nömrəli qərardadı dəyişdirilsin. İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün cavabdeh “xxxxxxxxx” ASC-nin hüquqi ünvanının olduğu yerə görə (AZ 1065, Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi 8, “Həyat Tauer 2” mərtəbə 4) Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar