Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2426/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əmlaklarının Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən iddiaçının mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X5 və X9 dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan ailə münasibətləri pisləşdiyindən və faktiki olaraq öz mövcudluğunu itirdiyindən onunla Cavabdeh arasında olan nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli №2(004)-266/2013 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 576 nömrəsi ilə qeyd edilmişdir. Lakin buna baxmayaraq cavabdehin aşağıda sadalanan ümumilikdə 40 qutu olan cehiz əmlakları onun evindədir: 1. Mebel qonaq otağı dəsti - 1 dəst; 2. Mebel yataq otağı dəsti - 1 dəst; 3.Soyuducu LG - 1 ədəd; 4.Televizor Sony - 1 ədəd; 5. Çılçıraqlar - 6 ədəd; 6. Şamdan stol üstü - 2 ədəd; 7.Stol üstü lampa - 1 ədəd; 8.Qlobus çarxlı bar stolu - 1 ədəd; 9.Tort qabı -4 ədəd; 10. Stol üstü süfrə - 7 ədəd; 11. Velleroy & Boch çəngəl dəsti; 12.Taxta şamdan - 1 ədəd; 13.Dəsmallar və məhrabalar - 1 bağlama; 14.Çərçivədə gəmi suveniri - 1 ədəd; 15.Xrustal qənd qabılar - 4 ədəd; 16.Güldan - 3 ədəd; 17.Çaşka 6 lı dəst; 18. Mürəbbə razetkası - 12 ədəd; 19. Şərab bakalı - 1 dəst; 20. Boşqab - 6 ədəd; 21. Göy rəngdə çaydəsti - 1 dəst; 22. Çaydəsti xrustal - 1 ədəd; 23. Qara naxışlı çay dəsti - 1 dəst; 24. Qaşlı şamdan - 2 ədəd; 25. Flamingo 12 li çay dəsti; 26. Flamingo 12 li yemək dəsti; 27. Ağ naxışlı çərəz qabı - 2 ədəd; 28. Xrustal Meyvə qabı - 3 ədəd; 29. Meyvə vazı - 1 ədəd; 30. Xrustal sirkə qabı - 2 ədəd; 31. Şüşə sirkə qabı - 2 ədəd; 32. Madonna 6 lı nəlbəki dəsti; 33. Göy rəngdə 6 lı nəlbəki dəsti; 34. Xrustal çərəz qabı - 5 ədəd; 35. Xrustal kül qabı - 2 ədəd; 36. Çay qaşığı - 18 ədəd; 37. Gümüş içki naboru - 1 ədəd; 38. Qızılı içki naboru - 1 ədəd; 39. Armudu stəkan xrustal - 6 ədəd; 40. Tovuz quşu meyvə qabı; 41. Bakal xrustal - 18 ədəd; 42. Sürahi dəsti xrustal 6 lı;
43. Madonna çay dəsgahı 1 ədəd; 44. Ağ rəngdə sup dəsti 12 li; 45. Meyvə qabı xrustal - 1 ədəd; 46. Göy rəngdə çərəz qabı - 1 ədəd; 47. Qırmızı çərəz qabı - 1 ədəd; 48. Stəkan xrustal - 6 lı; 49. Kasa - 4 ədəd; 50. Stəkan - 18 ədəd; 51. Şüşə kasa - 12 ədəd; 52. Güllü Meyvə qabı - 2 ədəd; 53. Gümüşü stəakan altı - 7 ədəd; 54. Şüşə konfet qabı - 2 ədəd;
55. Yastıqlar - 7 ədəd; 56. Pastel dəsti - 5 qutu; 57. Qarışıq rəngli qablar 28 ədəd; 58. Porselen meyvə qabı - 3 ədəd; 59. Versace meyvə qabı -1 ədəd; 60. Xrustal bakal - 6 ədəd; 61. Ağ qara yemək qabı - 36 ədəd; 62. Armudu stəkan - 36 ədəd 63. Böyük konfet qabı 1 ədəd; 64. Çaşka nəlbəki boş qab dəsti – 1; 65. Güllü 12 lik yemək dəsti; 66. Qızılı rəngdə bokal -6 ədəd; 67. Stol üstü güzgü -1 ədəd; 68. Stəkan və stəkan altı - 6 ədəd; 69. Mətbəx ləvazimatları -1 qutu; 70. Meyvəli boş qab dəsti 6 lı; 71. Güllü boş qab dəsti 6 lı;
72. Bıçaq dəsti - 1 dəst; 73. Salfetka qabı -1 ədəd; 74. Termos 2 li - 1 ədəd; 75. çörək qabı -3 ədəd; 76. Sarı rəngdə tort qabı - 1 dəst; 77. DVD Sony -1 ədəd; 78. Dior duxu qabı - 1 ədəd; 79. Yeni il suveniri - 1 qutu; 80. Bina suveniri - 1 ədəd; 81. Tefal çaynik - 1 ədəd; 82. Kofe üyüdən - 1 ədəd; 83. Suvenir qızılı əl - 1 ədəd; 84. Suvenir boş qab - 10 ədəd; 85. Doğrama lövhəsi - 2 ədəd; 86. Villeroy& Booch suvenir - 1 ədəd; 87. Suvenir timsah böyük - 1 ədəd; 88. Suvenir at - 1 ədəd; 89. Süvenir qablar 15 ədəd; 90. Saat - 1 ədəd; 91. Aksesuarlar - 1 qutu; 92. Kaşelok - 4 ədəd; 93. Çərçivə - 3 ədəd; 94. Kalonka dəsti - 1 ədəd; 95. Dəmsal dəsti - 2 ədəd; 96. Gecə paltarı - 2 ədəd; 97. Elektron İzqara - 1 ədəd; 98 Zibil qabı - 1 ədəd. Mənzil onun qanuni mülkiyyətindədir. O, həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlaklarını evdən könüllü olaraq çıxarmaması nəticəsində iddiaçı öz hüquqlarını həyata keçirə bilmir. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan, öz əmlakı olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb edir. Həmin əmlakların evdən çıxarılması zərurəti vardır. Dəfələrlə cavabdehə cehiz əşyalarının çıxarılmasını xahiş etmiş, lakin o, həmin əşyaları götürməkdən imtina edib. Cavabdehə məxsus olan əşyaların iddiaçıya məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət edə bilmir, bu da öz növbəsində iddiaçının mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Cavabdeh 08 may 2025-ci il tarixdə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavahşir oğlu ilə xx.xx.2004-cü ildə bağlanan nikahları xx.xx.2013-cü il tarixdə məhkəmənin 2(004)-266/2013 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin cehizləri və ona məxsus şəxsi əşyaları hələ də rəsmi nikah dövründə birgə yaşadıqları köhnə ünvanla ünvan 1i evdə qalmışdır. Belə ki, qarşı tərəfin nə boşanmadan dərhal sonra, nə də ki bu 12 il ərzində faktiki istifadəsində olan bu cehizlərin çıxarılması barədə heç bir iddiası, müraciəti və ya şəxsi təşəbbüsü olmamışdır. Qeyd etmişdir ki, ünvan 2 ünvanında olduğu qeyd edilən cehiz əşyaları onda olan son məlumata görə heç də həmin ünvanda deyil. Belə ki, iddiaçı tərəfindən bu barədə belə məhkəməyə yanıldıcı məlumatlar verilmişdir. Həmçinin qarşı tərəfin siyahı olaraq məhkəməyə təqdim etdiyi əşyaların siyahı həm natamamdır, həm də bir sıra əşyalara açıqlama verilməsinə ehtiyac duyulur (məsələ: qonaqotağı dəsti mebeli-skaf neçə ədəd və ya divan kreslo neçə ədəd, stol stul neçə ədəd). Həmin siyahıda bir çox çatışmamazlıqlar mövcuddur. Belə ki, tərtib olunmuş siyahıdakı qeyd olunmayan cehizinin və şəxsi istifadəsində olmuş hər bir əşyanın məhkəməyə foto şəkil və video görüntüləri ilə sübut etmək iqtidarındadır. Bildirmişdir ki, nikah pozulduqdan 12 il sonra qarşı tərəfin faktiki istifadəsində olmuş, istifadə olunmuş, kifayət qədər köhnəlmiş cehiz əşyalarının istifadəyə yararlılığı belə sual altındadır. Bundan əlavə qeyd etmişdir ki, boşanmadan sonra qarşı tərəf ona məxsus zinət əşyalarını belə ona qaytarmamışdır. Beləliklə, qarşı tərəfin öz mülahizəsinə və şəxsi marağına uyğun tərtib etdiyi cehiz əmlakının siyahının həqiqəti əks etdirmədiyi müəyyən maraqlar çərçivəsində tərtib olunduğu nəticəsinə gəlmək mümkündür. Məhkəmədən qarşı tərəfin məhkəməyə təqdim etdiyi cehiz siyahısına dəqiqləşmə verilərək tam həcmdə yenidən tərtib edilməsi məqsədilə cehiz əmlakının yenidən siyahıya alınmasını, habelə qiymətləndirilməsinin aparılmasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, o, işləmir, heç bir də gəliri yoxdur. Bu səbəbdən onun cehiz əmlakının daşınmasının qarşı tərəfin vəsaiti hesabına reallaşmasını, daşınacaq əşyaların yerini müəyyənləşdirmək üçün də vaxt verilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 18 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qardaşı İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evinin giriş və çıxışı fərqli olan ½ hissəsini ona bağışlanmışdır. İddia ərizəsində sözügedən cehiz əmlakları ona aid hissədə yerləşmir. Həmin cehiz əmlakları hazırda İddiaçı xüsusi mülkiyyətində olan hissədə yerləşir. Həmin cehiz əmlaklarının İddiaçı aid hissədən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cehiz əşyaları qablaşdırılıb və göndərilməyə hazırdır. Bundan başqa bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Bildirmişdir ki, həmin fərdi yaşayış evi 2 hissədən ibarətdir. Hər bir hissəsinin özünə məxsus giriş və çıxışı mövcuddur. xx.xx.2023-cü il tarixində hədiyyə verən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evininin, giriş və çıxışı fərqli olan ½ hissəsini qardaşı X1 bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2023-cü il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Ancaq hal-hazırda X4 tərəfindən daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsindən çıxarış alınmadığı üçün bağışlanan ½ hissənin ünvanını dəqiq qeyd edə bilmirlər. Qeyd etmişdir ki, iddia ərizəsində sözügedən cehiz əmlakları hazırda İddiaçı xüsusi mülkiyyətində olan hissədə yerləşir. Həmçinin hazırda sözügedən fərdi yaşayış evində yalnız İddiaçı, övladları X5 və X9 qeydiyyatdadır. Bunların nəzərə alınmasını və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə iştiraklarını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3160 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının başlanğıcının 24 avqust 2012-ci il tarixdən hesablanması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Hədiyyə verən qismində İddiaçı ilə hədiyyə alan qismində X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 420,7 kv.m. olan fərdi yaşayış evinin ½ hissəsini qardaşı X1 bağışlamışdır. AZEMİS-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 8 otaqlı ümumi sahəsi 420.70 kv.m olan fərdi yaşayış evi ½ hissədə İddiaçı Cavanşr oğlunun mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X9 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Onlar nikah dövründə iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin evdə olmuşdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 420,7 kv.m. olan fərdi yaşayış evinin ½ hissəsini qardaşı X1 bağışlamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cavabdehə məxsus cehiz əmlaklarının İddiaçı aid hissədən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Hazırda iddiaçı ilə cavabdeh rəsmi olaraq boşandığından iddiaçı onun mülkiyyətində olan mənzildə qalmış cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdeh isə artıq həmin evdə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən bu qənaətə gəlmək olur ki, cavabdehə məxsus əşyaların iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan mənzildə qalması onun öz əmlakından sərbəst surətdə istifadə etmək imkanlarını məhdudlaşdırır. Bu isə son nəticədə onun mülkiyyətlə bağlı konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə etirazda qeyd edilənləri əsassız hesab edir. Belə ki, cavabdeh etirazda qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh iddia ərizəsində onun əşyalarının hamısının göstərilmədiyini qeyd etsə də, bu hal onu həmin əşyaları sonradan tələb etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: mebel qonaq otağı dəsti -1 dəst, mebel yataq otağı dəsti -1 dəst, soyuducu LG -1 ədəd, televizor Sony -1 ədəd, çilçıraqlar - 6 ədəd, şamdan stol üstü - 2 ədəd, stol üstü lampa -1 ədəd, qlobus çarxlı bar stolu -1 ədəd, tort qabı - 4 ədəd, stol üstü süfrə - 7 ədəd, “Velleroy & Boch” çəngəl dəsti, taxta şamdan -1 ədəd, dəsmallar və məhrabalar -1 bağlama, çərçivədə gəmi suveniri -1 ədəd, xrustal qənd qabılar - 4 ədəd, güldan - 3 ədəd, çaşka 6lı dəst, mürəbbə razetkası -12 ədəd, şərab bakalı -1 dəst, boşqab - 6 ədəd, göy rəngdə çay dəsti -1 dəst, çay dəsti xrustal -1 ədəd, qara naxışlı çay dəsti -1 dəst, qaşlı şamdan - 2 ədəd, flamingo 12-li çay dəsti, flamingo 12-li yemək dəsti, ağ naxışlı çərəz qabı - 2 ədəd, xrustal meyvə qabı - 3 ədəd, meyvə vazı -1 ədəd, xrustal sirkə qabı - 2 ədəd, şüşə sirkə qabı - 2 ədəd, Madonna 6-lı nəlbəki dəsti, göy rəngdə 6-lı nəlbəki dəsti, xrustal çərəz qabı - 5 ədəd, xruştal kül qabı - 2 ədəd, çay qaşığı -18 ədəd, gümüş içki naboru -1 ədəd, qızılı içki naboru -1 ədəd, armudu stəkan xrustal - 6 ədəd, tovuz quşu meyvə qabı, bokal xrustal -18 ədəd, sürahi dəsti xrustal 6-lı, Madonna çay dəsgahı 1 ədəd, ağ rəngdə sup dəsti 12-li, meyvə qabı xrustal -1 ədəd, göy rəngdə çərəz qabı -1 ədəd, qırmızı çərəz qabı -1 ədəd, stəkan xrustal – 6-lı, kasa - 4 ədəd, stəkan -18 ədəd, şüşə kasa -12 ədəd, güllü meyvə qabı - 2 ədəd, gümüşü stəkan altı - 7 ədəd, şüşə konfet qabı - 2 ədəd, yastıqlar- 7 ədəd, pastel dəsti - 5 qutu, qarışıq rəngli qablar 28 ədəd, porselen meyvə qabı - 3 ədəd, “Versace” meyvə qabı -1 ədəd, xrustal bakal - 6 ədəd, ağ qara yemək qabı - 36 ədəd, armudu stəkan - 36 ədəd, böyük konfet qabı 1 ədəd, çaşka nəlbəki boş qab dəsti -1 ədəd, güllü 12-lik yemək dəsti, qızılı rəngdə bokal -6 ədəd, stol üstü güzgü -1 ədəd, stəkan və stəkan altı - 6 ədəd, mətbəx ləvazimatları -1 qutu, meyvəli boş qab dəsti 6-lı, güllü boş qab dəsti 6-lı, bıçaq dəsti -1 dəst, salfetka qabı -1 ədəd, termos 2-li -1 ədəd, çörək qabı -3 ədəd, sarı rəngdə tort qabı -1 dəst, DVD Sony -1 ədəd, Dior duxu qabı -1 ədəd, yeni il suveniri -1 qutu, bina suveniri -1 ədəd, tefal çaynik -1 ədəd, kofe üyüdən -1 ədəd, suvenir qızılı əl -1 ədəd, suvenir boş qab -10 ədəd, doğrama lövhəsi - 2 ədəd, “Villerov & Booch” suvenir -1 ədəd, suvenir timsah böyük -1 ədəd, suvenir at -1 ədəd, süvenir qablar 15 ədəd, saat -1 ədəd, aksesuarlar -1 qutu, kaşelok - 4 ədəd, çərçivə - 3 ədəd, kalonka dəsti - 1 ədəd, çərçivə - 3 ədəd, dəmsal dəsti - 2 ədəd, gecə paltarı - 2 ədəd, elektron İzqara -1 ədəd, zibil qabı -1 ədəd, ümumilikdə - 40 qutu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 69 saylı evdən çıxarılaraq Cavabdeh təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: mebel qonaq otağı dəsti -1 dəst, mebel yataq otağı dəsti -1 dəst, soyuducu LG -1 ədəd, televizor Sony -1 ədəd, çilçıraqlar - 6 ədəd, şamdan stol üstü - 2 ədəd, stol üstü lampa -1 ədəd, qlobus çarxlı bar stolu -1 ədəd, tort qabı - 4 ədəd, stol üstü süfrə - 7 ədəd, “Velleroy & Boch” çəngəl dəsti, taxta şamdan -1 ədəd, dəsmallar və məhrabalar -1 bağlama, çərçivədə gəmi suveniri -1 ədəd, xrustal qənd qabılar - 4 ədəd, güldan - 3 ədəd, çaşka 6lı dəst, mürəbbə razetkası -12 ədəd, şərab bakalı -1 dəst, boşqab - 6 ədəd, göy rəngdə çay dəsti -1 dəst, çay dəsti xrustal -1 ədəd, qara naxışlı çay dəsti -1 dəst, qaşlı şamdan - 2 ədəd, flamingo 12-li çay dəsti, flamingo 12li yemək dəsti, ağ naxışlı çərəz qabı - 2 ədəd, xrustal meyvə qabı - 3 ədəd, meyvə vazı -1 ədəd, xrustal sirkə qabı - 2 ədəd, şüşə sirkə qabı - 2 ədəd, Madonna 6-lı nəlbəki dəsti, göy rəngdə 6-lı nəlbəki dəsti, xrustal çərəz qabı - 5 ədəd, xruştal kül qabı - 2 ədəd, çay qaşığı - 18 ədəd, gümüş içki naboru -1 ədəd, qızılı içki naboru -1 ədəd, armudu stəkan xrustal - 6 ədəd, tovuz quşu meyvə qabı, bokal xrustal -18 ədəd, sürahi dəsti xrustal 6-lı, Madonna çay dəsgahı 1 ədəd, ağ rəngdə sup dəsti 12-li, meyvə qabı xrustal -1 ədəd, göy rəngdə çərəz qabı -1 ədəd, qırmızı çərəz qabı -1 ədəd, stəkan xrustal – 6-lı, kasa - 4 ədəd, stəkan -18 ədəd, şüşə kasa -12 ədəd, güllü meyvə qabı - 2 ədəd, gümüşü stəkan altı - 7 ədəd, şüşə konfet qabı - 2 ədəd, yastıqlar- 7 ədəd, pastel dəsti - 5 qutu, qarışıq rəngli qablar 28 ədəd, porselen meyvə qabı - 3 ədəd, “Versace” meyvə qabı -1 ədəd, xrustal bakal - 6 ədəd, ağ qara yemək qabı - 36 ədəd, armudu stəkan - 36 ədəd, böyük konfet qabı 1 ədəd, çaşka nəlbəki boş qab dəsti -1 ədəd, güllü 12-lik yemək dəsti, qızılı rəngdə bokal -6 ədəd, stol üstü güzgü -1 ədəd, stəkan və stəkan altı - 6 ədəd, mətbəx ləvazimatları -1 qutu, meyvəli boş qab dəsti 6-lı, güllü boş qab dəsti 6-lı, bıçaq dəsti -1 dəst, salfetka qabı -1 ədəd, termos 2-li -1 ədəd, çörək qabı -3 ədəd, sarı rəngdə tort qabı -1 dəst, DVD Sony -1 ədəd, Dior duxu qabı -1 ədəd, yeni il suveniri -1 qutu, bina suveniri -1 ədəd, tefal çaynik -1 ədəd, kofe üyüdən -1 ədəd, suvenir qızılı əl -1 ədəd, suvenir boş qab -10 ədəd, doğrama lövhəsi - 2 ədəd, “Villerov & Booch” suvenir -1 ədəd, suvenir timsah böyük -1 ədəd, suvenir at -1 ədəd, süvenir qablar 15 ədəd, saat -1 ədəd, aksesuarlar -1 qutu, kaşelok - 4 ədəd, çərçivə - 3 ədəd, kalonka dəsti - 1 ədəd, çərçivə - 3 ədəd, dəmsal dəsti - 2 ədəd, gecə paltarı - 2 ədəd, elektron İzqara -1 ədəd, zibil qabı -1 ədəd, ümumilikdə - 40 qutu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 69 saylı evdən çıxarılaraq Cavabdeh təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Babazadə