Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2484/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında rəsmi dövlət qeydiyyatına alınaraq bağlanan nikah Yasamal Rayon Məhkəməsində pozulmuş və nikahın pozulması barədə xx.xx.2014-cü il tarixli 213 nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamə ilə təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanan birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X12 adlı övladı doğulmuşdur. Bildirilmişdir ki, nikah pozulduqdan sonra İddiaçı cavabdehdən hər-hansı aliment tələbi olmamış və övladının bütün xərclərini özü qarşılamışdır. Lakin hal-hazırda övladının xərclərini təkbaşına qarşılaması çətinlik yaradır. Bu səbəbdən Cavabdeh övladı xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə etirazla müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun tələblərindən irəli gələn hüquqları pozulmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Vəkil tərəfindən imzalanmış mediasiyanın təklif məktubunu almışdır. Lakin həmin təklifi aldıqdan sonra 10 iş günü ərzində cavab verməli olduğu, yəni mediasiya təklifi ilə razılığının olubolmamasını bildirməli olmasına baxmayaraq, qanunvericiliyin bu tələbi pozularaq 8 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə 15:00 radələrində poçtdan yeni bir məktub əldə etmişdir. Həmin məktubdan isə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-a ilkin mediasiya sessiyası təyin edilmişdir. Göründüyü kimi, Cavabdeh ilkin mediasiya sessiyasına dəvət məktubunu xx.xx.2022-ci il tarixdə əldə etməzdən əvvəl mediasiya prosesi artıq bitmişdi. Hansı ki, mediasiya haqqında qanunvericiliyin tələbinə görə dəvət məktubu elə vaxtda göndərilməlidir ki, azı 5 gün əvvəl tərəfə təqdim edilmiş olsun. Həmçinin qeyd etmişdir ki, bu proses iddiaçı tərəfindən yox onun nümayəndəsi tərəfindən edilmişdir. Təklif məktubunu da mediator kimi X13 göndərmişdir. Nə təsadüfdürsə, təklifdə də eyni mediatorun adı yazılmış, təşkilat işi eyni mediatora həvalə etmişdir. Odur ki, X7 mediasiya ilə bağlı hərəkətləri və bu hərəkətlər nəticəsində təqdim edilmiş mediasiyaya dair arayış formal və qanunsuz olmuşdur. Bununla bağlı müvafiq müraciətlər olmuş və intizam komissiyasında araşdırılmışdır. İntizam komissiyasının rəyi ilə də təsdiq edilmişdir ki, mediasiya prosesi pozuntularla həyata keçirilmişdir. Odur ki, iş materiallarında mediasiya ilə bağlı sənəd formal, yəni mediasiya haqqında qanunun tələblərinə əməl edilmədən əldə edilmiş və heç bir hüquqi əsas yaratmayan sənəddir. Bunu işə əlavə olunan mediasiyaya dair sənədlər də təsdiq edir. Odur ki, cavabdeh iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini və etirazda göstərilən dəlillərin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə da etirazda göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəflərin nikahı pozulduqdan sonrakı dövrdə iddiaçıya hər ay fərqli miqdarda aliment qismində pul vəsaiti ödəmişdir və hazırda da övladının saxlanmasında iştirak etməklə, ona digər qayğılar göstərmək niyyətindədir. Cavabdeh X3 iş yerindən verilmiş arayışdan isə göründüyü kimi o, "xxxx" MMC-də daşınmalar üzrə inzibatçı vəzifəsində işləməklə aylıq əmək haqqı 1800 manat təşkil edir və əmək şəraitinə görə onun əmək haqqına dəniz əmsalı ilə 75% əlavə müəyyən edilir. O, alimentin ödənilməsinə dair iddia tələbini yalnız qismən qəbul edir və cavabdehin ikinci nikahından iki yetkinlik yaşına çatmayan övladlarının, yəni himayəsində 17 sentyabr 2017-ci il təvəllüdlü X4 və 24 aprel 2022-ci il təvəllüdlü X5 olması nəzərə alınaraq, iddiaçı ilə birinci nikahından olan övladı xx.xx.2010cu il təvəllüdlü X2 üçün əmək haqqının 1/6 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah xx.xx.2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 213 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah ləğv edildikdən sonra qadına Yusifova soyadı verilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12 adlı övladı doğulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)- 137/2022 saylı qərardadından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ərizəsi təmin edilərək hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də “inzibatçı” vəzifəsində işləyir və əmək haqqı məbləği 3150 manat təşkil edir. Eyni zamanda o, əlilliyə görə 268,61 (iki yüz altmış səkkiz manat altmış bir qəpik) manat pensiya alır. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli D/59 nömrəli arayışından da müəyyən edilir ki, cavabdeh X9 "xxxx" MMC-də daşınmalar üzrə inzibatçı vəzifəsində işləməklə aylıq əmək haqqı 1800 manat təşkil edir və əmək şəraitinə görə onun əmək haqqına dəniz əmsalı ilə 75% əlavə müəyyən edilir. -cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, cavabdeh X3 X14 ilə olan hazırki nikahından xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı iki övladları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12 adlı bir övladları doğulmuşdur. Nikah Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Hazırda iddiaçı himayəsində olan övladı xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh "xxxx" MMCdə “inzibatçı” vəzifəsində işləyir və onun əmək haqqı məbləği 3150 manat təşkil edir. Eyni zamanda o, əlilliyə görə 268,61 (iki yüz altmış səkkiz manat altmış bir qəpik) manat pensiya alır. - Mediasiya Şurasının 16 iyun 2022-ci il tarixli 410/XO saylı məktubundan müəyyən edilir ki, İdarə Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mediator X7 hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində nəzərdə tutulan vəzifələrin pozulması faktı təsdiq edildiyindən, mediator barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə cavabdehin etirazında göstərilənlərə münasibətdə qeyd edir ki, X15 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mediator X7 hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində nəzərdə tutulan vəzifələrin pozulması faktı aşkar edilməklə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməsi özüözlüyündə onun tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1641 nömrəli arayışın etibarsızlığına dəlalət etmir. Məhkəməyə isə qeyd olunan arayışın etibarsızlığı ilə bağlı hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Belə ki, mediator barəsində intizam tədbirinin tətbiq edilməsi onun tərəfindən verilmiş arayışın etibarsız hesab edilməsi üçün əsas deyil. Bundan başqa məhkəmə hesab edir ki, mediasiya prosesinin mahiyyəti tərəflər arasında mübahisənin məhkəməyəqədər həll olunmasıdır. Hazırki işin faktiki hallarından isə açıq şəkildə görünür ki, aliment məbləği ilə bağlı tərəflər arasında hər hansı bir razılıq yoxdur. Dolayısı ilə mediasiya prosesində tərəflərin barışıq əldə edə biləcəyinə dair ehtimal yoxdur. Bunun əksinə olaraq isə cavabdeh iddia ərizəsinin geri qaytarılmasını tələb etməklə məhkəmə araşdırmasının və alimentin tutulması müddətinin lüsuzsuz olaraq uzadılmasına cəhdlər etmişdir. Məhkəmə hesab edir ki, bu hal özlüyündə uzun müddət ərzində yetkinlik yaşına çatmayan uşağın hüquqlarına xələl gətirməklə onun qanunla müəyyən edilmiş aliment məbləği ilə təmin olunmasına maneə yaratmış olur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız olmaqla təmin edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, hazırda cavabdehin himayəsində digər nikahdan olan iki yetkinlik yaşına çatmayan övladının olması, onun ilkin nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulması üçün qüvvədə olan qanunvericiliyə görə qadağan edən norma yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin bu hissədə olan tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2484/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2484/2022
05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver