Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-2491/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 mənzil 42 ünvanında yerləşən Kreditor, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 131B ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu 889 manat məbləğində əsas borc və 494,67 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1403,67 (bir min dörd yüz üç manat altmış yeddi qəpik) tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinə (“Müqavilə”) əsasən, Borcluya 1499 (100 manat ilkin ödəniş daxil olmaqla) manat dəyərində BEST Water firmasının istehsalı olan “Proton”su filtiri 24 ay müddətinə nisyə satılmışdır və məhsul Borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə Borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Müqavilənin 3.3-cü bəndi və 3.3.2-ci yarımbəndinə əsasən Borclu Müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun Kreditor qarşısında Müqavilə üzrə qalıq borcu 889 manat təşkiledir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) pulu ödəməyi Borclu öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Borclunun Kreditor qarşısında Müqavilə üzrə 889 manat məbləğində əsas borc və 494,67 manat cərimə borcu təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 131B ünvanında qeydiyyatda olan Borclu Kreditor xeyrinə, 889 manat məbləğində əsas borc və 494,67 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1403,67 (bir min dörd yüz üç manat altmış yeddi qəpik) pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2491/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-2491/2021
16.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver