Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2492/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müalicəsinə görə xərclədiyi 40000 manat, avtomobilin zədələnməsinə görə 9900 manat zərərin əvəzinin tam həcmdə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu 27 dekabr 2019-cu ildə saat 02 radələrində idarə etdiyi ‘Toyota Prius” markalı, 99TK253 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində üç zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, iddiaçının idarə etdiyi “Mercedes G350D” markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində iddiaçıya insan həyatı üçün təhlükəli olan ağır dərəcəli baş-beyin əzilməsi, baş-beyinin maddəsinə və qişaları altına qansızmalar, sol təpə sümüyünün qəlpəli basılmış sınığı, sol bazu və sol kürək sümüklərinin açıq qəlpəli sınıqları, sol ağ ciyərin əzilməsi ilə müşaiyət olunan sol tərəfli İİİ-V qabırğalarının sınıqları, sol bud sümüyünün yuxarı 1/3-nin qəlpəli sınıqları, sol gicgah, alın və təpə nahiyələrinin əzilmişcırılmış yaraları, travmatik hemoragik şok İV dərəcə xəsarətləri yetirmişdir. Toqquşmada iddiaçının xəsarət alması faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETB və TB-nin keçirdiyi məhkəmə tibbi ekspertiza nəticəsində verdiyi 18.01.2020-ci tarixli 97 saylı rəylə təsdiq olunur. İddiaçı aldığı xəsarətlərdən “X11” klinikaanda ödənişli müalicə almış və ümumilikdə 40000 manat məbləğində ödəniş etmişdir. Həmçinin toqquşma nəticəsində iddiaçının avtomobilinin zədələnməsindən ona maddi ziyan dəyməsi faktı 16.01.2020-ci il tarixli qüsur aktı ilə təsdiqlənir. Cavabdeh oglu törətdiyi əmələ görə Abşeron Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 1(012)-329/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1.1 maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edlməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən Cavabdeh qarsı mülki iddia qaldırılmış və ondan müalicəyə görə xərclənmiş 40000 manat, avtomobilimin zədələnməsinə görə 9900,0 manat və 20000,0 manat məbləğində mənəvi zərərə görə pul vəsaitinin ödənilməsi tələbi qoyulsa da, həmin iddia ərizəsi baxılmamış saxlanılmış və mülki iddia icraatı qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 fevral 2021ci il tarixli 1(105)-55/2021 saylı qərarın əsasən Abşeron Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 1(012)-329/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən iddianın dəqiqləşdirilərək səhhətinə görə dəymiş zərərin məbləğinin 34853 manat qeyd edilərək həmin məbləğin və avtomobilinin zədələnməsinə görə 9000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh sağlamlığa vurulmuş zərərə görə 33353,03 (34853,03-1500=33353,03) manat, avtomobilə vurulmuş zərərə görə 4850,16 (9000-4149,84=4850,16) manat, cəmi 38203,19 manat pul tutularaq İddiaçı verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlara əsasən müəyyən edilir ki, “xxxx” ASC tərəfindən üçüncü şəxslərin əmlakına vurulmuş zərərə görə ödəniləcək məbləğ 4149,84 manat məbləğində, AR Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin Ekspert Rəyinə uyğun olaraq sığorta predmetinə dəymiş zərər üzrə ödəniləcək məbləğ 1500 manat məbləğində müəyyənləşdirilərək ödənilmişdir. Həmçinin, iddia tələbinə əsasən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarına əlavə edilmiş 14.01.2020-ci il tarixli 97 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, müayinə zamanı sol təpə gicgah nahiyəsində 7x0,4sm ölçüdə kənarları hamar və cərrahi tikişləri olan yara izləri vardır. Sol gicgah nahiyəsində 3,8x0,5sm və 4x3 sm ölçülərdə kənarları kələ-kötür üzərində qonur qartmağı olan əzilmişcırılmış yaralar vardır. Sol qoltuqaltı və sol kürək nahiyələrini əhatə edən 27x0,5sm geniş ölçülü, kənarları nahamar üzərində cərrahi izlər olan əzilmiş cırılmış yara vardır. Sol budun bayır səthində şaquli yerləşən 12x18sm ölçüdə hamar üzərində cərrahi tikişləri olan yara (cərrahi kəsiyin yeri) vardır. Boyun nahiyəsinin ön səthində 1,5x0,3sm ölçüdə kənarları hamar üzərində cərrahi tikişləri olan borunun yeri vardır. Digər xəsarət aşkar olunmamışdır. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər ağır dərəcəli baş-beyinin zədələnməsi, baş-beyinin maddəsinə və qişaları altına qansızmalar, sol təpə sümüyünün basılmış sınığı, sol bazu və sol kürək sümüklərinin açıq qəlpəli sınıqları, sol tərəfli İİİ-V qabırğaların sınıqları, sol bud sümüyün yuxarı 1/3-nin qəlpəli sınıqları, sol gicgah, alın və təpə nahiyələrinin cırılmış yarası, travmatik hemoragik şok İV dərəcə bərk-küt əşya tərəfindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlmişdir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan 16.01.2020-ci il tarixli “Qüsur aktı”na əsasən görünür ki, avtomobilin ehtiyat hissələri 7930 manat, işçilik haqqı 1970 manat olmaqla dəymiş zərər 9900 manat müəyyən edilmişdir. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli, 276/21 nömrəli “X12” tərəfindən tərtib olunmuş arayışa əsasən müəyyən edilir ki, xx.xx.1984 təvəllüdlü İddiaçı həqiqətən 27.12.2019-22.01.2020 il tarixinədək ’’Travmatik subdural qansızma” “Qabırğaların çoxsaylı sınığı” “Travmatik hemotoraks” “Kürək sümüyü sınığı” ’’Boru sümüyünün sınığı” diaqnozu ilə “X12” klinikasının reanimasiya şöbəsində müalicə almışdır. 21.05.2020- 22.05.2020-ci il tarixinədək “Sol kürək sümüyünün bazu sümüyünün orta 1/3 aşağı,1/3 dirsək sümüyü olekaranon çıxıntısının, sol bud sümüyünün orta 1/3 bitişmiş sınıq. Cərrahi əməliyyatdan sonraki vəziyyət. Akromioklavikular oynağın çıxığı. Kürək nahiyyəsində səthi yara infeksiyası.(S.72.0,S.42.3,S.42.1,S43.5)” diaqnozu ilə, 19.08.2020-20.08.2020 ci il tarixinədək “Sol kürək nahiyəsinin cərrahi yara yeri infeksiyası (T81.4)” diaqnozu ilə cərrahiyyə şöbəsində müalicə almışdır. İş materiallarında olan 04.05.2020-ci il tarixli, A00408002 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 10,07 manat, 18.05.2020-ci il tarixli A00416325 nömrəli qəbzə əsasən 3,04 manat, 02.06.2020-ci il tarixli A00430466 nömrəli qəbzə əsasən 3,00 manat, 04.05.2020-ci il tarixli A00424396 nömrəli qəbzə əsasən 13,00 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 22 may 2020-ci il tarixli “X12” tərəfindən təqdim edilmiş “Epikriz”ə əsasən müəyyən edilir ki, xəstənin daxil olma tarixi 21.05.2020-ci il, çıxış tarixi 22.05.2020-ci ildir. Xəstəyə sol kürək sümüyünün, bazu sümüyünün orta 1/3 aşağı, 1/3 dirsək sümüyünün olekaranon çıxıntısının, sol bud sümüyünün orta 1/3 bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət, Akromioklavikular oynağın xroniki çıxığı, kürək nahiyəsində səthi yara infeksiyası (S72.0, S42.3, S42.1, T81.4, S43.5) diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Hayat Clinic” tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı 19 may 2020-ci il tarixində klinikanın dermatologiya şöbəsinə müraciət etmişdir. X6 tərəfindən müayinə edilmişdir. Müayinə zamanı dərinin kobud posttravmatik xəsarət izləri cərrahi kəsiklərin kontrakturalı çapıqları müşahidə edilmişdir. Dərinin visual, morfoloji və funksional vəziyyəti ağır dərəcəli zədə olaraq dəyərləndirilmişdir. 18-24 ay zaman ala bilən lazer və qeyri-cihaz prosedurlar tövsiyyə edilmişdir. Proqnozun ən yaxşı halda (hətta prosedurlar müntəzəm və dolğun aparıldığı halda belə) 40-50% müsbət dəyişikliyə söz verdiyi qeyd olunmuşdur. İş materiallarında olan 05.06.2020-ci il tarixli “X8” tərəfindən təqdim olunmuş hesab fakturasına əsasən müəyyən edilir ki, xəstəyə göstərilən stomatoloji tibbi xidmətə görə ödənilməli məbləğ 4900 manat olmuşdur. İş materiallarına əlavə edilmiş 22 yanvar 2020-ci il tarixli “X12” tərəfindən təqdim edilmiş “Epikriz”ə əsasən müəyyən edilir ki, xəstənin daxil olma tarixi 27.12.2019, çıxış tarixi 22.01.2020-ci ildir. Xəstəyə təpə sümüyü sınığı, subdural qanaxma, sol tərəfli qabırğaların sınığı, hemotoraks, sol bud sümüyü sınığı, sol kürək sümüyünün çıxıntısının sınığı, sol bazu sümüyünün sınığı diaqnozu qoyulmuşdur. 22 yanvar 2020-ci il tarixdə xəstə təyinatla evə yazılmışdır. İş materiallarında olan 23.05.2020-ci il tarixli 6416 nömrəli qəbzə əsasən müəyyən edilir ki, “X12”ya 18,85 manat, 23.05.2020-ci il tarixli qəbzə əsasən “xxxx” MMC-nə 6,00 manat, 26.05.2020-ci il tarixli qəbzə əsasən “xxxx” MMC-nə 16,90 manat, 26.05.2020-ci il tarixli qəbzə əsasən “xxxx” MMC-nə 21,40 manat 27.05.2020-ci il tarixli qəbzə əsasən “xxxx” MMC-nə 42,80 manat ödəniş edilmişdir. İş materiallarında olan 29.05.2020-ci il tarixli, A00429485 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 17,38 manat məbləğində, 26.05.2020-ci il tarixli, A00428774 nömrəli qəbzə əsasən 16,57 manat məbləğində, 28.05.2020-ci il tarixli, A00429302 nömrəli qəbzə əsasən 16,95 manat məbləğində, 24.05.2020-ci il tarixli, A00428683 nömrəli qəbzə əsasən 13,49 manat məbləğində, 05.03.2020-ci il tarixli A00416325 nömrəli qəbzə əsasən 25,00 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 21.01.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən 5000 manat, həmin tarixli mədaxil çap formasına və qəbzə əsasən 2658 manat, 16.01.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən 2000 manat, 15.01.2020-ci il tarixli tarixli mədaxil çap formasına və qəbzə əsasən 2000 manat, 17.01.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən 8000 manat, 30.12.2019-cu il tarixli mədaxil çap formasına və qəbzə əsasən 6500 manat, 20.01.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən 680 manat, 30.12.2019-cu il tarixli mədaxil çap formasına və qəbzə əsasən 28 manat, 22.01.2020-ci il tarixli tarixli mədaxil çap formasına və qəbzə əsasən 370 manat məbləğində ödənişlər İddiaçı tərəfindən “X12”ya ödənilmişdir. İş materiallarında olan 09.03.2020-ci il tarixli, A00417236 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 25 manat məbləğində, 07.03.2020-ci il tarixli, A00416883 nömrəli qəbzə əsasən 20 manat məbləğində, 07.03.2020-ci il tarixli qəbzə əsasən 220 manat məbləğində, 04.03.2020-ci il tarixli, A00416044 nömrəli qəbzə əsasən 20 manat məbləğində, 10.03.2020-ci il tarixli, A00417556 nömrəli qəbzə əsasən 25 manat məbləğində, 11.08.2020-ci il tarixli, A00444766 nömrəli qəbzə əsasən 185 manat məbləğində, 09.06.2020-ci il tarixli, A00431984 nömrəli qəbzə əsasən 30 manat məbləğində, 04.06.2020-ci il tarixli, A00431093 nömrəli qəbzə əsasən 3,01 manat məbləğində, 31.05.2020-ci il tarixli, A00429884 nömrəli qəbzə əsasən 17,57 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan 18.08.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 170 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 21.01.2020-ci il tarixli 00108 nönrəli qaiməyə əsasən müəyyən edilir ki, “Medsite” online tibbi marketinə 330 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 18.02.2020-ci il tarixli, A00411613 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 80 manat məbləğində, 15.09.2020-ci il tarixli, A00453493 nömrəli qəbzə əsasən 42 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 1032 manat məbləğində, 18.05.2020ci il tarixli mədaxil çap formasına və qəbzə əsasən 200 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan 18.05.2020-ci il tarixli, A00427223 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X12”ya 26 manat məbləğində, 18.08.2020-ci il tarixli mədaxil çap formasına əsasən 30 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan 19.05.2020-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “Hayat Klinik” Tibb Mərkəzinə 50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, 2(004)-2492/2021 saylı mülki iş üzrə sorğuya 16.05.2021-ci il tarixli, 06-05/0840 saylı, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən göndərilmiş cavab məktubuna əsasən müəyyən edilir ki, 27 dekabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi Mercedes Benz G350 markalı 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş Toyota Prius markalı 99TK253 dövlət qeydiyyat nişanlı minik avtomobilinin icbari sığortası “xxxx” ASC sığorta şirkətində sığortalandığı üçün “Azərsığorta” DSKŞ-in bu hadisə üzrə öhdəliyi yaranmamışdır. Sorğuya cavab məktubuna əlavə edilmiş “İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması” haqqında çıxarışa əsasən müəyyən edilir ki, Toyota Prius markalı 99TK253 dövlət qeydiyyat nişanlı minik avtomobilinin icbari sığortası “xxxx” ASC sığorta şirkətində PXA********** nömrəli müqavilə əsasında sığortalanmışdır. İddiaçının nümayəndəsi və vəkili Talıbov Telman tərəfindən verilmiş sorğuya 08 iyun 2021-ci il tarixli, 05/01-787 nömrəli, Xalq “xxxx” ASC sığorta şirkəti tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən X3, sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyana görə 4149,84 manat, sağlamlığına dəymiş ziyana görə isə 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş PXA61984 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, Cavabdeh məxsus “Toyota Prius” minik markalı, 99TK253 dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası “xxxx” ASC sığorta şirkətində PXA********** nömrəli müqavilə əsasında sığortalanmışdır. Sığorta məbləği 55000 manat müəyyən edilmişdir. Sığortanın başlama tarixi 16.08.2019-cu il, bitmə tarixi 16.08.2020-ci ildir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 12000 manat müəyyənləşdirilmiş, üçüncü şəxslərin əmlakına vurulmuş zərərə görə ödəniləcək məbləğ 4149,84 manat məbləğində müəyyən edilmişdir. 19.03.2020-ci il tarixdə X5 aktın həqiqiliyini və etibarlılığını təsdiq etmişdir. PXA61984 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, AR Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin Ekspert Rəyinə uyğun olaraq sığorta predmetinə dəymiş zərər üzrə ümumi məbləğ və ödəniləcək məbləğ 1500 manat müəyyən edilmiş, 19.03.2020-ci il tarixdə X5 aktın həqiqiliyini və etibarlılığını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “İcbari sığortalar” haqqında qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin qanunun 56.1.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, 56.1.2-ci maddəsinəəsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh sağlamlığa vurulmuş zərərə görə 33353,03 manat, avtomobilə vurulmuş zərərə görə 4850,16 manat, cəmi 38203,19 manat pul tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sağlamlığa vurulmuş zərərə görə 33353,03 (otuz üç min üç yüz əlli üç manat üç qəpik) manat, avtomobilə vurulmuş zərərə görə 4850,16 (dörd min səkkiz yüz əlli manat on altı qəpik) manat, cəmi 38203,19 (otuz səkkiz min iki yüz üç manat on doqquz qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2492/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2492/2021
17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver