Məhkəmə qərarları › İş №e-2(004)-2536/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2536/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2536/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X11 olan 300 000 (üç yüz min) ABŞ dolları borc məbləğinin 1/2 hissəsinin iddiaçının, 1/2 hissəsinin isə Cavabdeh xeyrinə bölünməsi və Cavabdeh 150 000 (yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qədirova X8 Hafiz Əjdər oğlu ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-14/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 xx.xx.1997-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. İddiaçı bildirir ki, cavabdeh keçmiş polis əməkdaşı olmuş, lakin buna baxmayaraq o eyni zamanda gizli olaraq qızıl biznesi ilə də məşğul olmuşdur. Birgə nikah dövründə məhz əri Cavabdeh təkidi və tələbi ilə qızıl biznesinə yatırılması üçün iddiaçı məcbur qalaraq dayısından 300 000 ABŞ dolları borc almış və əri Cavabdeh vermişdir. Lakin sonradan həmin borcun qaytarılması mümkün olmamışdır. Bundan sonra isə, dayısı X13 iddiaçıya qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-983/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X1 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300 000 (üç yüz min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, bigə nikah dövründə məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində hazırda iddiaçı mülki məsuliyyətə cəlb edilmişdir. Ona görə də hesab edirlər ki, birgə nikah dövründə iddiaçı tərəfindən cavabdehə verilməsi üçün alınmış 300 000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaiti qanunvericiliyin tələblərinə uyğun olaraq bölünməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddianı müdafiə etdiklərini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş şahid X13 ifadəsində İddiaçı onun böyük bacısının qızı, Cavabdeh isə onun dayısı oğlu və iddiaçının keçmiş həyat yoldaşı olduğunu, 2016-cı ilin əvvəllərində Hafizin ona qızıl biznesi ilə məşğul olmaq üçün pul lazım olduğunu bildirdiyini, bunun üçün ona 200000 dollar məbləğində borc pul verdiyini, sonra işi-düzüb qoşduğunu, lakin 100000 dollar çatmadığını bildirdiyini və ona 2016-cı ilin axırlarında yenidən 100000 dollar məbləğində pul verdiyini, sonradan Hafizin Şəfayəni boşadığını, boşanmadan Şəfayənin xəbəri olmadığını, Hafizin onu aldatdığını başa düşdüyünü, Hafizin o vaxt polis işlədiyini, polisə bizneslə məşğul olmaq qadağan olunduğundan 2021-ci ildə Kürdəmir Rayon Məhkəməsində Hafizə qarşı deyil Şəfayəyə qarşı iddia qaldırdığını, Kürdəmir Rayon Məhkəməsində iddianın təmin edildiyini, lakin indiyənədək ona pul ödənilmədiyini bildirdi. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 14/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə X5 xx.xx.1997-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından olan Səbinə adında azyaşlı uşaqları anası X3 yanında saxlanılması, tərəflərin birgə nikahlarından xx.xx.2000-ci il tarixdə anadan olmuş, X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ 454561 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında bağlanmış nikaha xx.xx.2018-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Qədirova soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 983/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X1 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınmaqla iddiaçı X11 verilməsi qət edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 983/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X1 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınmaqla iddiaçı X11 verilsin. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 2.1-ci bəndinə əsasən ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16-cı bəndinə əsasən sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 3.19-cu bəndinə əsasən nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. 6.1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. 6.3-cü bəndinə əsasən nikah pozulduqdan sonra bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.35-ci bəndinə əsasən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36-cı bəndinə əsasən Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.37-ci bəndinə əsasən ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40-cı bəndinə əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41-ci bəndinə əsasən borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-14/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X3 xx.xx.1997-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X1 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınmaqla iddiaçı X11 verilməsi qət edilmişdir. Qətnamədə iddiaçı X13 2016-cı ilin əvvəllərində doğma bacısı qızı İddiaçı ailəsini maddi cəhətdən təmin etmək üçün və uşaqlarının təhsil və digər xərclərini ödəmək məqsədilə qızıl biznesi ilə məşğul olmaq istədiyini bildirib ondan 300000 dollar borc pul istədiyini, 2016-cı ilin əvvəllərində 200000 dollar, 2016-cı ilin axırlarında 100000 dollar olmaqla cəmi 300000 dollar borc pul verdiyini, cavabdeh İddiaçı isə 2016-cı ildə qızıl biznesi ilə məşğul olmaq üçün iki dəfəyə iddiaçıdan 300000 dollar borc pul aldığını bildirmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı 300 000 (üç yüz min) ABŞ dolları borc məbləğinin 1/2 hissəsinin iddiaçının, 1/2 hissəsinin isə Cavabdeh xeyrinə bölünməsi və Cavabdeh 150 000 (yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi tələbi ilə müraciət etmişdir. İddia ərizəsində nikah dövründə keçmiş həyat yoldaşı olan Cavabdeh təkidi və tələbi ilə qızıl biznesinə yatırılması üçün məcbur qalaraq dayısından 300 000 ABŞ dolları borc alıb əri Cavabdeh verdiyini, həmin dövrdə cavabdehin polis əməkdaşı olduğunu, polisə bizneslə məşğul olmaq qadağan olunsa da, gizli olaraq qızıl biznesi ilə də məşğul olduğunu göstərmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında nikah 1997-ci ildə bağlanmış, 2016-cı ildə ailənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün qızıl biznesi ilə məşğul olmaq məqsədilə X7 200000 dollar və 100000 dollar olmaqla, cəmi 300000 dollar məbləğində borc alınmış, tərəflər arasında bağlanmış nikah 2018-ci ildə pozulmuş, 2021-ci ildə isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X1 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınmaqla iddiaçı X11 verilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə İddiaçı X10 xeyrinə tutulan 300000 ABŞ dolları məbləğində borc tərəflərin nikah dövründə, yəni 2016-cı ildə ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə götürülmüş və ailə ehtiyacları üçün istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ər-arvaddan birinin götürdüyü borc vəsaiti ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia X11 olan 300 000 (üç yüz min) ABŞ dolları borc məbləği üzərində 1/2 hissədə iddiaçı X2, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində əsaslıdır və nikah dövründə götürülmüş borc vəsaiti üzərində iddiaçı və cavabdehin hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Məhkəmə Cavabdeh 150 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Göründüyü kimi, ər (arvad) ümumi borcu öz vəsaiti hesabına tam və ya qismən ödədiyi təqdirdə, ödənilmiş məbləğin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddia təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 nömrəli qətnaməsi ilə cavabdeh X1 X10 xeyrinə tutulan 300000 (üç yüz min) ABŞ dolları məbləğində pul ödənilməmişdir, bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 nömrəli qətnaməsi ilə X1 X10 xeyrinə tutulan 300000 (üç yüz min) ABŞ dolları məbləğində borc pul üzərində İddiaçı və Cavabdeh hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməklə, X11 olan 300000 (üç yüz min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc 1/2 (ikidə bir) hissədə, yəni 150000 (yüz əlli min) ABŞ dolları İddiaçı, 1/2 (ikidə bir) hissədə, yəni 150000 (yüz əlli min) ABŞ dolları Cavabdeh vəsaiti hesabına ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 nömrəli qətnaməsi ilə X1 X10 xeyrinə tutulan 300000 (üç yüz min) ABŞ dolları məbləğində borc pul üzərində İddiaçı və Cavabdeh hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməklə, X11 olan 300000 (üç yüz min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc 1/2 (ikidə bir) hissədə, yəni 150000 (yüz əlli min) ABŞ dolları İddiaçı, 1/2 (ikidə bir) hissədə, yəni 150000 (yüz əlli min) ABŞ dolları Cavabdeh vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar