Məhkəmə qərarları › İş №e-2(004)-2540/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2540/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2540/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ ********** nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X4 istifadəsində olan qeyri-yaşayış obyektinə (Lux Dent stomatoloji klinika) "xxxx" ASC tərəfindən sığiorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən Lux Dent stomatoloji klinikanın yerləşdiyi mərtəbənin yuxarı mərtəbəsində, yəni 2-ci mərtəbə, mənzil 311-də yaşayan sakin Cavabdeh məxsus mənzildən qeyri-yaşayış obyektinə (klinika) su axıdılmışdır. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 884 manat məbləğində müəyyən edilmiş, 499 manat azadolma məbləği çıxılmaqla 384.51 (üç yüz səksən dörd manat əlli bir qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. 157 saylı MKİS-in xx.xx.2023-cü il tarixli “subasma hadisəsinə dair” arayışına əsasən 311 saylı mənzildə olan istilik radiatorunun sıradan çıxması hadisənin baş verməsinə səbəb olmuşdur. Hadisənin baş verməsində təqsirli şəxs isə Cavabdehdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına sığortalı X5 məxsus xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsi əlavə edilmişdir. Şəhadətnaməyə əsasən müəyyən edilir ki, sığorta məbləği 46572 manat təşkil edir. İş materiallarına baş vermiş sığorta hadisəsi ilə bağlı 157 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əlavə edilmişdir. İş materiallarına zərərlə bağlı xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı əlavə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sığorta ödənişi aktına əsasən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 384,51 manat təşkil etmiş və sözügedən ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatlar əsaslıdır, öz təsdiqini tapır, sözügedən xüsusatların əski sübut edilmir. RAZ ********** nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X4 istifadəsində olan qeyriyaşayış obyektinə (Lux Dent stomatoloji klinika) "xxxx" ASC tərəfindən sığiorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən Lux Dent stomatoloji klinikanın yerləşdiyi mərtəbənin yuxarı mərtəbəsində, yəni 2-ci mərtəbə, mənzil 311-də yaşayan sakin Cavabdeh məxsus mənzildən qeyri-yaşayış obyektinə (klinika) su axıdılmışdır. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 884 manat məbləğində müəyyən edilmiş, 499 manat azadolma məbləği çıxılmaqla 384.51 (üç yüz səksən dörd manat əlli bir qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. 157 saylı MKİS-in xx.xx.2023-cü il tarixli “subasma hadisəsinə dair” arayışına əsasən 311 saylı mənzildə olan istilik radiatorunun sıradan çıxması hadisənin baş verməsinə səbəb olmuşdur. Hadisənin baş verməsində təqsirli şəxs isə Cavabdehdır. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu qaydada cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilə hüquqi və faktiki əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh X2 384,51 (üç yüz səksən dörd manat əlli bir qəpik) manat pul və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X2 384,51 (üç yüz səksən dörd manat əlli bir qəpik) manat pul və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar