Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2582/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 məhkəməyə izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, birgə nikahlarından olan azyaşlı övladlarının iddiaçının himayəsinə verilməsi razı olduğunu, lakin, aliment tələbi ilə razı olmadığını, aliment miqdarının aşağı miqdarda müəyyən edilməsinin zəruriliyini bildirmişdir. İş materiallarında olan AZ İİ 399383 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2020-ci il tarixdə 1132 akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ İV 864810 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ İV 637300 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 7-1, 19.1, 20.1, 20.2, 21.3, 22.2, 75.1, 75.4, 78, 100.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu rəhbər tutaraq müəyyən etdi ki, iddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixdə 1132 akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh iddia tələbini qismən qəbul edir, azyaşlı uşaqların ananın himayəsinə verilməsini qəbul edir, aliment tələbini isə qəbul etmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən azyaşlı uşaqların saxlanılması üçün hər ay hər birinə 250 manat məbləğində alimentin tutulması hissəsində sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir, rəsmi gəliri yoxdur. Bu səbəbdən, alimentin məbləğinin hər ay hər birinə 250 manat olmaqla ümumilikdə 500 manat müəyyən edilməsini məhkəmə əsaslı və məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, azyaşlı X3 və X1 mənafeyinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə qanunvericiliklə minimum qaydada müəyyən edilmiş 200 manat alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 500 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 500 manat məbləğində alimentin tutulması işsiz şəxs üçün mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Beləliklə, iddia tələbi qismən təmin olunmalı, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməli və uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər birinə münasibətdə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 iddiaçının himayəsinə verilsin və uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə münasibətdə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti 26 aprel 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2582/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2582/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver