Məhkəmə qərarları › İş №e-2(004)-2691/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2691/2021

01.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2691/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, Kreditor “xxxx” ASC-nin məhkəmə əmri haqqında ərizəsinə baxaraq, Müəyyən etdim: Kreditor “xxxx” ASC məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu “xxxx” ASC-nin xeyrinə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 10421 AZN əsas borc, 2537,89 AZN faiz borcu, 5783,69 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2557,65 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 21300,23 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə, 24 ay müddətinə 11570 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-dək Borclu banka müqavilə üzrə cəmi 21300 AZN borcu vardır. Şəxsə xəbərdarlıq edilməsi nəticə vermir. Göründüyü kimi, tələbə cərimə borcu daxildir ki, həmin tələbdə mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizədən imtina edilir. Həmin məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, “xxxx” ASC məhkəmə əmri haqqında ərizəsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: “xxxx” ASC-nin məhkəmə əmrinin çıxarılması barədə ərizəsindən imtina edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar