Məhkəmə qərarları › İş №e-2(004)-2735/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2735/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2735/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi İddiaçıınn iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh Mübariz oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh Mübariz oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh Mübariz oğlu arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2023-cü il tarixli MSB/2-03147 nömrəli barışıq sazişinin təsdiq edilməsini, xx.xx.2023-cü il tarixli MSB/2-03147 nömrəli barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh Mübariz oğlundan hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, 2 saylı Bakı mediasiya təşkilatına müraciət edərək, mediator X1 mediator seçərək, Cavabdeh Mübariz oğlu ilə nikahın pozulması və aliment tələbinə dair xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh Mübariz oğlu hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5275/2023 nömrəli qətnaməsi ilə Cavabdeh Mübariz oğlu ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Lakin Cavabdeh Mübariz oğlu barışıq sazişinin şərtlərini könüllü icra etməmiş, uşaqların saxlanması üçün aliment ödəməmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh Mübariz oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İddiaçı ilə Cavabdeh Mübariz oğlu arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MSB/2-03147 nömrəli barışıq sazişinə əsasən Cavabdeh Mübariz oğlu birgə nikahdan doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimenti İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5275/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Mübariz oğlu arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1726 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdeh Mübariz oğlu könüllü olaraq barışıq sazişini icra etməkdən imtina etmişdir, bu səbəbdən İddiaçı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh Mübariz oğlu arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2023-cü il tarixli MSB/2-03147 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixli MSB/2-03147 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh Mübariz oğlundan hər ay hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar