Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2909/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X12rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X12rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.585 (yeddi min beş yüz səksən beş) manat, dövlət rüsumuna görə ödənilmiş 95 manat 85 qəpik, ümumilikdə 7.680 (yeddi min altı yüz səksən) manat 85 (səksən beş) qəpik məbləğində pulun cavabdeh "İcbari Sığorta Bürosu" X13 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2012-ci il tarixdə saat 00.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində övladı X34 vəfat etmişdir. Belə ki, X10, 11 noyabr 2012-ci il tarixdə saat 00.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMV 540” markalı Az **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi istiqamətində hərəkətdə olarkən, hərəkət sürətinin saatda 60 km həddə məhdudlaşdırıldığı yaşayış məntəqəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, avtomobili saatda 77 kilometrdən artıq sürətlə idarə etməklə, bu qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək qanunun həmin tələblərini pozmuş, Ş.Mehdiyev küçəsini çəpinə saatda təxminən 5 km sürətlə sağdan sola doğru keçmək istəyən X15 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan motosikli görüb, idarə etdiyi yəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, nəticədə avtomobilin qarşı sağ tərəfi ilə motosiklin sol yan tərəfini vuraraq, ehtiyatsızlıqdan Famil Abbasova sağ alıgicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyin qişa və maddəsinə qansızma sağ alın-gicgah nahiyyəsinin dərialtı hematoması, sol baldır-daban oynağı sümüklərinin açıq sınıqları, sınıq nahiyyəsində cırılmış yara, sağ baldır sümüklərinin açıq sınıqları, sınıq nahiyyəsində cırılmış yara, sol bud sümüyünün qapalı sınığı, sağ budun cırılmış yarası, alın nahiyyəsində sağ almacıq v sol almacıq nahiyyələrində əzilmiş yaraları kimi onun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin motosiklin üzərində oturmuş X19 ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran, X1 az ağır zərər vuran xəsarətlər yetirmişdir. Qeyd olunan cinayəti törətdikdən sonra Əliheydər Atakişiyev hadisə yerindən qaçmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2013-cü il tarixli 1(101)-464/2013 saylı hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. O, Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Əliheydər Atakişiyev qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsində qeyd olunur ki, Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 33.1. maddəsinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Oğlunun ölümü ilə əlaqədar X8 üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək, İcbari Sığorta Bürosuna müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə ona kompensasiya verilməsindən imtina edilmişdir. Sonradan öyrənmişdir ki, ona kompensasiya verilməlidir, ödəniş edilməsinə qanunsuz imtina veriblər. Ona görə 2021-ci ilin avqust ayında təkrar müraciət etmiş və 18 avqust 2021-ci ildə ona 5.000 manat kompensasiya ödənilmişdir. İlk dəfə müraciət etdiyi ilə, sonuncu müraciətində hər hansı bir dəyişən hal olmamışdır. Eyni sənədləri təkrar təqdim etmişdir. Birinci dəfə qanunsuz olaraq kompensasiya verilməsindən imtina edilmiş, təkrar müraciət zamanı isə ödəniş verilmişdir. Göründüyü kimi X8 4 il 1 ay 26 gün gecikdirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində qeyd olunur ki, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qanunun tələbinə əsasən gecikdirilmiş 1517 günlük müddət üçün ona 7.585 manat pul ödənilməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək X8nin gecikdirilməsinə görə 7.585 manat, dövlət rüsumuna görə ödənilmiş 145 manat 85 qəpik, ümumilikdə 7.730 (yeddi min yeddi yüz otuz) manat 85 (səksən beş) qəpik məbləğində pulun cavabdeh "İcbari Sığorta Bürosu" X13 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddiaçı İddiaçı cavabdeh "İcbari Sığorta Bürosu" X12rşı “X8nin gecikdirilməsi” ilə bağlı pul tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "İcbari Sığorta Bürosu" X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 585 (yeddi min beş yüz səksən beş) manat dövlət rüsumuna görə ödənilmiş 95 manat 85 qəpik, ümumilikdə 7.680 (yeddi min altı yüz səksən manat 85 (səksən beş) qəpik məbləğində pulun cavabdeh "İcbari Sığorta Bürosu" X13 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk öncə qeyd edilir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi olmuş X20 xx.xx.2017-ci il tarixində Büroya ərizə ilə müraciət edərək 11 noyabr 2012-ci ıl tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küçəsində sürücü X6 idarə etdiyi “BMW" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X21 idarə etdiyi, motosikletlə toqquşması nəticəsində İddiaçı ailə üzvü X21 ölümü ilə əlaqədar “İcbari Sığortalar haqqında” Qanunun (Qanuni 32–ci, 33-cü maddələrinə əsasən X8ni xahiş etmişdir. Büronun 23 iyun 2017-ci il tarixli, № 1-99/2017 nömrəli qərarı ilə İddiaçı X8ndən imtina olunmuşdur. Büro sözügedən qərarını onunla əsaslandırmışdır ki, Qanunun 74-cü maddəsinə əsasən, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Daha sonra həmin qərarda göstərilmişdir ki, Qanunun həmin maddəsi yol-nəqliyyat hadisəsi baş verdiyi 11 noyabr 2012-ci il tarixdə qüvvədə olduğundan İddiaçı tələb hüququnun müddətinin bitdiyinə görə X8ndən imtina olunmalıdır. Büronun yuxarıda sözügedən imtina qərarından sonra İddiaçı və X5 Büroya qarşı “Sığorta ödənişinin verilməsi tələbinə dair” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 dekabı 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, eləcə də qeyd olunan qətnamədən verilmiş Kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilməyərək apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən məhkəmə aktları hazırda qanuni qüvvəsindədir. Şərh olunanlardan göründüyü kimi İddiaçı sığorta ödənişinin verilməməsinin əsaslılığı qanuni qüvvəyə minmiş və sözügedən məhkəmə qərarları hazırda da qüvvədədir. İddia müddətini nəzərdə tutan Qanunun 74-cü maddəsi 14 may 2013-cü il tarixdə ləğv edildiyindən İddiaçı etibarnamə əsasında nümayəndəsi olmuş X2 ödənişi barəsində xx.xx.2021-ci il tarixli müraciəti Büronun xx.xx.2021-ci il tarixli, № 1-116/2021 nömrəli qərarı ilə təmin edilmiş və təkrar müraciətə baxılıma zamanı sığorta ödənişinin gecikdirilməsi halına yol verilməmişdir. Qeyd edilməsi zəruridir ki, kompensasiya ödənişi barədə müraciət xx.xx.2021-ci il tarixində daxıl olduğuna baxmayaraq, ödənişin həyata keçirilməsi üçün zəruri olan son sənəd 06.08 2021-ci ildə təqdim edilmişdir (iş üzrə digər faydalanan şəxsin təqdim etdiyi X16 ailə üzvləri barədə 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi M.Məmmədli tərəfindən tərtib edilmiş Arayış). Beləliklə, ödənişinin gecikdirilməsi halına da yol verilməmişdir. Sığorta ödənişinə dair ilkin müraciət məhkəmə qərarları əsasında rədd edildiyindən təkrar sığorta ödənişi tələbi isə gecikdirilmədiyindən, Qanunun 18.2-ci maddəsinə istinadən Bürodan sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “İcbari Sığorta Bürosu” X33 xəbərdarlıq edilməsinə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin işdirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin işdirakı olmadan baxılaraq, iddianin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2013-cü il tarixli 1(101)-464/2013 saylı hökmündən görünür ki, X10, 11 noyabr 2012-ci il tarixdə saat 00.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMV 540” markalı Az **-MS-*** d övlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi istiqamətində hərəkətdə olarkən, hərəkət sürətinin saatda 60 km həddə məhdudlaşdırıldığı yaşayış məntəqəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, avtomobili saatda 77 kilometrdən artıq sürətlə idarə etməklə, bu qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək qanunun həmin tələblərini pozmuş, Ş.Mehdiyev küçəsini çəpinə saatda təxminən 5 km sürətlə sağdan sola doğru keçmək istəyən X15 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan motosikli görüb, idarə etdiyi yəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, nəticədə avtomobilin qarşı sağ tərəfi ilə motosiklin sol yan tərəfini vuraraq, ehtiyatsızlıqdan Famil Abbasova sağ alı-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyin qişa və maddəsinə qansızma sağ alın-gicgah nahiyyəsinin dərialtı hematoması, sol baldır-daban oynağı sümüklərinin açıq sınıqları, sınıq nahiyyəsində cırılmış yara, sağ baldır sümüklərinin açıq sınıqları, sınıq nahiyyəsində cırılmış yara, sol bud sümüyünün qapalı sınığı, sağ budun cırılmış yarası, alın nahiyyəsində sağ almacıq v sol almacıq nahiyyələrində əzilmiş yaraları kimi onun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. O, Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Əliheydər Atakişiyev qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsinin AZ-İ № 881790 ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X30 minik avtomobili, pikap və ya furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində xx.xx.2012-ci ildə vəfat etmişdir. İcbari Sığorta Bürosunun “X8ndən imtina olunmasına haqqında” 23 iyun 2013-cü il tarixli, 1-99/2017 saylı qərarı ilə İddiaçı 11 noyabr 2012-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvü X21 ölümü ilə əlaqədar X8ndən imtina edilməsi qərara alınmışdır. İcbari Sığorta Bürosunun “X8ndən imtina olunmasına haqqında” 23 iyun 2017-ci il tarixli, №**-VM-***4/17 nömrəli bildirişində qeyd edilmişdir ki, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Qanunun həmin maddəsi yol-nəqliyyat hadisəsi baş verdiyi 11 noyabr 2012-ci il tarixdə qüvvədə olduğundan və İddiaçı tələb hüququnun müddəti bitdiyindən, X8ndən imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(004)- 6754/2017 saylı qətnaməsi ilə iddiaçılar X7 və İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını üçüncü şəxs qismində cəlb etdikləri cavabdeh İcbari Sığorta Bürosuna qarşı cavabdehdən iddiaçı X7 xeyrinə 5000 manat, İddiaçı xeyrinə 5000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(103)-11731/2017 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-6754/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(102)- 3518/2018 saylı qərarı ilə iddiaçı X11, X31 və onların vəkili X26 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11731/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İcbari Sığorta Bürosunun “X8 Haqqında” 13 avqust 2021-ci il tarixli, № 1-116/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, № 1(101)- 464/2013 hökmünə və Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qərarı ilə qanuni qüvvəsini alması barədə xx.xx.2021-ci il tarixli məktubuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Yasamal rayon şöbəsinin 161 və 162 saylı ekspert rəylərinə, Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ № 587205 və Qaradağ rayon qeydiyyat şöbəsinin AZ-İ № 881790 ölüm haqqında şəhadətnamələrinə və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq, xx.xx.2012-ci il saat 00:30 radələrində, Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümə səbəb olmuş xəsarətlər alması ilə əlaqədar X17 faydalanan şəxs qismində çıxış edən ailə üzvləri, X32 və özünün payı hesablanmaqla, X9 2500 manat, X27 və özünün payı hesablanmaqla, X22 2500 manat, X21 faydalanan şəxs qismində çıxış edən ailə üzvü İddiaçı 5000 manat məbləğində kompensasiya ödənişləri verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı bank hesabına ümumilikdə 5000 manat ödəniş edilmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, 11 noyabr 2012-ci il tarixdə saat 00.30 radələrində X10 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X21 ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmiş, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən İddiaçı tələb hüququnun müddəti bitdiyindən, Qanunun həmin maddəsi yol-nəqliyyat hadisəsi baş verdiyi 11 noyabr 2012-ci il tarixdə qüvvədə olduğundan ona X21 ölümü ilə əlaqədar X8ndən imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(004)-6754/2017 saylı qətnaməsi ilə iddiaçılar X7 və İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını üçüncü şəxs qismində cəlb etdikləri cavabdeh İcbari Sığorta Bürosuna qarşı cavabdehdən iddiaçı X7 xeyrinə 5000 manat, İddiaçı xeyrinə 5000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə iddiaları təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İçin halalırndan o da, müəyyən olunur ki, sonradan İcbari Sığorta Bürosunun “X8 Haqqında” 13 avqust 2021-ci il tarixli, № 1-116/2021 saylı qərarı ilə xx.xx.2012-ci il saat 00:30 radələrində, Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümə səbəb olmuş xəsarətlər alması ilə əlaqədar X21 faydalanan şəxs qismində çıxış edən ailə üzvü İddiaçı 5000 manat məbləğində kompensasiya ödənişləri verilməsi qərara alınmışdır. Hazırda iddiaçı ilkin müraciəti ilə sonuncu müraciətinin məzmununun eyni olduğunu bildirir və qeyd edir ki, birinci dəfə qanunsuz olaraq kompensasiya verilməsindən imtina edilmiş, təkrar müraciət zamanı isə ödəniş verilmiş, X8 4 il 1 ay 26 gün gecikdirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsini rəhbər tutaraq gecikdirilmiş 1517 günlük müddət üçün ona 7.585 manat pul ödənilməsini tələb edir. Lakin işin hallarından görünür ki, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən İddiaçı tələb hüququnun müddəti bitdiyindən, Qanunun həmin maddəsi yol-nəqliyyat hadisəsi baş verdiyi 11 noyabr 2012-ci il tarixdə qüvvədə olduğundan ona X21 ölümü ilə əlaqədar X8ndən imtina edilməsi faktı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(004)-6754/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, hazırda sözügedən məhkəmə aktları qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı halda qüvvədə olan qətnamələrlə iddiaçının həmin dövrdəki (2017-ci ildəki) müraciəti təmin edilməmiş və beləliklə cavabdeh tərəfin sığorta ödənişi verilməsindən imtina etməsi əsaslı hesab edilmişdir. Yəni həmin dövrdə cavabdeh tərəfindən qeyd edilən mübahisə üzrə iddiaçının hər hansı hüququnun pozulması (ödəniş verilməməsi və ya gecikdirməsi), həmçinin iddiaçı qarşısında hər hansı öhdəliyinin olması halı müəyyən edilməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin normalarının tələblərinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların məhkəmə prosesinin iştirakçıları tərəfindən mübahisələndirilməsi istisna edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış qətnamələrlə müəyyən edilmiş halların preyudisial əhəmiyyət daşımasını nəzərə alaraq qeyd edir ki, yuxarıda adıçəkilən qətnamələr qüvvədə olduğundan həmin qətnamələrlə müəyyən edilmiş hallar yenidən araşdırıla bilməz. Məhkəmə qeyd edir ki, faydalanan şəxs İddiaçı 2017-ci il tarixdəki müraciətinə cavab olaraq X8ndən imtina edilməsi qərara alındığından və həmin imtinanın əsaslı hesab edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin dövrdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində cərimələrin hesablanması yol verilməzdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdeh tərəfindən pulun verilməsindən imtina edilməsinin əsaslı hesab edilməsi barədə qətnamələr mövcud olduğu halda cavabdeh tərəfindən iddiaçının təkrar müraciətindən sonra həmin məbləğin ödənilməsi sığorta şikrətinin iradə ifadəsi olmuş, sığorta şirkəti öz hüququndan istifadə edərək həmin məbləği ödəmişdir, yəni qanunla, müqavilə və ya digər üsulla sığorta şirkətinin üzərinə ödəniş edilməsinə dair vəzifə qoyulmamış və belə bir öhdəliyi olmamışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “İcbari Sığorta Bürosu” X18 13 avqust 2021-ci il tarixli qərarı ilə X21 faydalanan şəxs qismində çıxış edən ailə üzvü İddiaçı 5000 manat məbləğində kompensasiya ödənişləri verilməsi ittifaqın öz təşəbbüsü ilə qəbul edilmiş qərar olmaqla, X8ndən imtina edilməsi faktı üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan yəni, cavcabdehin 2017-ci ildəki imtinası məhkəmə qətnaməsi ilə qanuni hesab edildiyindən, İddiaçı ilkin müraciəti əsasında qərarın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən, təkrar müraciət əsasında qərar qəbul edilərək ödənişin edildiyi tarixədək olan müddətdə sığortaçı tərəfindən sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmə, ödənişin gecikdirilməsi halı, o cümlədən iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. İcbari Sığorta haqqında qanunun 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Eyni zamanda sözügedən qərarda qeyd edilmişdir ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X12rşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X12rşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2909/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2909/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver