Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2974/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcuna görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcuna görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış 70000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35000 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Həmçinin Cavabdeh “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi” üçün məhkəməyə müraciət etmiş, iş üzrə yekun məkhəmə aktı qəbul edilmiş və qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. İş üzrə İddiaçı 20 günlük prosessual müddəti ötürdüyü üçün onun qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməmişdir. Buna əsasən İddiaçı birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzil və “Hyundai İX35” markalı (rəng ağ, mühərrik: G4KEBU651086, Ban: KMHJU81CDCU454004), **- NN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə edilmişdir. Həmçinin birgə nikah dövründə əldə edilmiş mənzil alınması üçün ipoteka krediti, ailənin ehtiyacları üçün istehlak krediti götürülmüş, bir müddət sonra isə qalıq kreditlərin tam şəkildə ödənilməsi üçün iddiaçı valideynindən borc pul alaraq kreditləri tam şəkildə ödəmişdir. Buna əsasən bildirmişdir ki, birgə nikah dövründə aktivlər və passivlər yaranmışdır. Hesab edir ki, Cavabdeh mənzil və nəqliyyat vasitəsi üzərində pay hüququnun tanınmasını tələb edirsə nikah dövründə yaranmış borclarının ödənilməsində də iştirak etməlidir. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/2689/15 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" QSC bu müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və təminatlılıq əsasında 300 ay müddətinə, illik 8% ödəmək şərtilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 50000 manat məbləğində kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01İM/20 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan İddiaçı ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 12 iyun 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********57- 05301-093150 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus yaşayış sahəsini ipoteka qoyan və ipoteka saxlayan arasında Bakı şəhərində bağlanmış 29 sentyabr 2015ci il tarixli 1xx/xx/2689/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçının anası X5 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 91.93 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə tam hissəsini alıcı X4 116000 manat qiymətinə sataraq onun mülkiyyətinə vermişdir. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC hesabına 110000 manat pul daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə borc müqaviləsinə əsasən Xoşqədəm Cəbrayılova evinin satışından əldə olunan puldan 70000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədi ilə 70000 manat pulu borc olaraq almış və 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 25,282.39 manat "xxxx" ASC tərəfindən krediti ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən İddiaçı "xxxx" ASC-yə 43690.20 manat məbləğində ipoteka ödənişi edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş AZ-İİ 591267 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 414 nömrə ilə qeyd edilmişdir. X1, anası X3r. Tərəfindən təqdim edilmiş sənədlərin xronoloji ardıcıllığından görünür ki, birgə nihak dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil kredit ilə alınmış, daha sonra isə ipoteka krediti, həmçinin birgə nikah dövründə ailənin ehtiyacları üçün alınmış digər kredit iddiaçının valideyni tərəfindən verilmiş 70000 manat borc vasitəsi ilə ödənilmişdir. Yəni birgə nikah dövründə aktivlərlə birgə 70000 (yetmiş min) manat passiv yaranmışdır. İddiaçı işlədiyi vəzifədə maaşı artaraq təxminən 7000 manat olmuş, buna əsasən cavabdeh ailəsinin məişət şəraitini yaxşılaşdırmaq üçün mülkiyətində olan evin borcunu valideyndən borc alaraq ipoteka ödənişini tam ödəmiş, evi yüklülükdən azad etmişdir. Daha sonra tərəflər arasında münasibətlər pozulduğu üçün evin satışı baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehlə birgə nikahda olublar və birgə mülkiyyət almışlar. Mənzilin çıxarış olmadığı üçün, anaya məxsus mənzil ipotekaya qoyulub. Çıxarış əldə edildikdən sonra o biri mənzil ipotekadan çıxarılıb. İddiaçının anası mənzili 116000 manat satmış, iki gün sonra 110000 manat kartına daxil olmuşdur. Daha sonra aralarında 70000 manat borc pul götürülür. Ona verilən suallara cavab olaraq bildirdi ki, mənzillə bağlı hazırda apellyasiya məhkəməsinin icraatında iş var. 2023-cü ildə olub bu proseslər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahlarından üç övladları doğulmuşdur. Cavabdeh tərəfindən “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində ½hissədə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin e- 2(004)-299/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Daha sonra İddiaçı tərəfindən birgə nikah dövründə yaranmış 70000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixdə borc müqaviləsinə əsasən Xoşqədəm Cəbrayılova evinin satışından əldə olunan puldan 70000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədi ilə 70000 manat pulu borc olaraq almış və 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi sözügedən mənzilin alınması üçün xx.xx.2015-ci il tarixdə QSC "xxxx" KB-dən əldə etdiyi 50000 manat məbləğində ipoteka krediti xx.xx.2023-cü il tarixdə 43690,20 manat ödəniş həyata keçirməklə ipoteka krediti borcu bağlamışdır. Bildirmişdir ki, sözügedən mənzilin əldə edilməsi ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdə QSC "xxxx" KB-dən götürülmüş 50000 manat məbləğində ipoteka krediti birgə nikah dövründə əldə edilib və xx.xx.2023-cü il tarixdə 43690,20 manat ödəniş həyata keçirməklə birgə nikah dövründə bağlanmışdır. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı əldə etdiyi 70000 manat vəsaitin bir hissəsi ilə xx.xx.2022-ci il tarixində "xxxx" ASC-dən 36 ay müddətinə, 15 faiz dərəcəsi ilə əldə etdiyi 25000 manat istehlak kreditinin bağlanması üçün xx.xx.2023-cü il tarixində 25.282,39 manat ödəniş edilmişdir. Qeyd etmişdir ki, İddiaçı və nümayəndəsi birgə nikah dövründə bağlandığını göstərdiyi xx.xx.2023-cü il tarixli borc müqaviləsinin məhz həmin gün bağlanılması ilə bağlı sübutlarını israrlı tələblərimizə baxmayaraq məhkəməyə təqdim edə bilməmiş, eləcə də, borc müqaviləsində tərəf olan İddiaçı anası Xoşqədəm Cəbrayılova da həmin müqavilədən 1 il keçdikdən sonrakı müddət ərzində də borcun geri tələb edilməsi ilə bağlı, nə bir tələb irəli sürmüş, nə də bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, borc müqaviləsi olsaydı X5 tərəfindən oğlu İddiaçı xx.xx.2023-cü il tarixində verilən borc pulun ödənilməməsinə dair Xoşqədəm Cəbrayılova tərəfindən 1 il sonra müvafiq hərəkətlər edilməli idi. Tərəflərindən xx.xx.2024-cü il tarixində “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində ½ hissədə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh İddiaçı bundan 11 gün sonra yəni, xx.xx.2024-cü il tarixində iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazda İddiaçı əmlak bölgüsü ilə bağlı hissəyə bir abzasda qeyd edir ki, “iddiaçı 2022-ci ildə valideynlərimin evini satanda təklif etmişdir ki, evi böyüdək. Bu səbəbdən valideynlərimin evinin pulu ilə ipotekanın qalığını bağladım (43700 manat). Ancaq sonra anlaşmazlıqları nəzərə alaraq ev dəyişim planlarını həyata keçirə bilmədik. Valideynlərim eyni evə qeydiyyatlıdır və vəsaitlərini ala bilmədiklərinə görə ev problemləri davam edir”. Göründüyü kimi, istehlak kreditinin bağlanmasının valideynlərin pulu ilə olması ilə bağlı, həmçinin əsas məsələ borc müqaviləsinin mövcudluğu ilə bağlı nüanslara etirazda rast gəlməmişlər. Həmçinin etirazda xahiş etdi hissəsində əmlakın bölgüsü ilə bağlı İddiaçı hər hansı tələb irəli sürməmişdir. Xronoloji ardıcıllıqla davam edilsə görünür ki, hörmətli həmkarı xx.xx.2024cü il tarixində vəkil müraciəti edərək, müvafiq mülki işə qoşulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4852/2024 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində ½ hissədə payların müəyyən edilməsi” tələblərinə dair mülki iş ayrıca icraat ayrılması və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işdə 2(004)-4852/2024 nömrəsi saxlanılması, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində ½ hissədə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi və ayrılan işə ayrıca icraatda baxılması qərara alınmışdır. İş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixində əmlak bölgüsü üzrə mülki iş üzrə müvafiq sənədlər iş materiallarına əlavə edilmiş, borc müqaviləsi adlanan sənəd isə hələ bundan da təxminən 2 aya yaxın müddət sonra xx.xx.2025-ci il tarixində elektron sənəd dövriyyəsi vasitəsilə iş materiallarına əlavə edilmişdir. Bu faktlar da həmin müqavilənin mötəbərliliyini şübhə altına alır. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-500/2024 nömrəli iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qismən qəbul edərək, sözügedən əmlakların birgə nikah dövründə əldə olunduğunu, lakin payların ½ qədər deyil, birgə nikah dövründə götürülmüş borcların da nəzərə alınaraq 1/3 və 2/3 olaraq müəyyən edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-500/2024 nömrəli qətnaməsindən həmkarı tərəfindən verilmiş apellyasiya şikayətində tələb olunur ki, Yasamal Rayon Məhkəməsi 2(004)-500/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tam ləğv edərək, birgə nikah dövründə əldə edilmiş aktivləri və passivləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən mənzil üzərində və “Hyundai İX35” markalı **-NN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçı Cavabdeh və cavabdeh İddiaçı payları müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Hazırki iş üzrə iddia tələbində qeyd olunur ki, birgə nikah dövründə yaranmış 70000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-500/2024 nömrəli qətnaməsində qeyd olunur ki, göründüyü kimi hər iki əmlak birgə nikah dövründə əldə edilmişdir. Bu işin mübahisəsiz halıdır, cavabdeh tərəf də bunu qəbul edir. Cavabdeh tərəf xx.xx.2023-cü il tarixində anası Xoşqədəm Cəbrayılovadan istehlak və ipoteka kreditini ödəmək üçün 70000 manat borc aldığı ilə bağlı məhkəməyə yazılı borc müqaviləsi təqdim etsə də, məhkəmə müqaviləni mötəbər sübut kimi qəbul etmir, ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsi kimi qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və nikah dövründə əldə olunmuş əmlaklar üzərində ər-arvadın ½ (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Cavabdeh tərəf olaraq onlarda həmin borc müqaviləsini uydurma borc müqaviləsi olduğunu hesab edir, həmin pulun borc müqaviləsi əsasında verilmədiyini hesab edir. Eyni zamanda qeyd etmişdir ki, verilmiş pul vəsaiti ilə bağlı Xoşqədəm Cəbrayılovanın bugünədək hər hansı bir tələbi olmaması, onun pulu İddiaçı tələb etməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməməsi də onu göstərir ki, həmin pul vəsaiti ya verilmiş pulun əvəzində geri verilmiş, ya geri qaytarılmış, ya da ki, Xoşqədəm Cəbrayılova tərəfindən bağışlanılmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfdən xx.xx.2023-cü il tarixində anası Xoşqədəm Cəbrayılovadan istehlak və ipoteka kreditini ödəmək üçün 70000 manat borc aldığı ilə bağlı məhkəməyə yazılı borc müqaviləsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməli, həmin müqavilə ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsi kimi qiymət verilməli və iddia təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 dekabr 1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1980ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X3r. - "xxxx" KB “İpoteka” filialı ilə İddiaçı arasında bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 50000 manat məbləğində 300 ay müddətinə kredit vermişdir. - "xxxx" KB “İpoteka” filialı ilə İddiaçı arasında bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə daşınmaz əmlak adlandırılan ünvan 7 ünvanında yerləşən mənzili 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01İM/20 saylı, 25 noyabr 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ünvan 8 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini ipoteka qoyan və ipoteka saxlayan arasında Bakı şəhərində bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya vermişdir. - X5 (satıcı) ilə X6 (alıcı) arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 91,93 kv.m., yaşayış sahəsi 59,84 kv.m. olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissəlləri) alıcının mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 116000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. - X5 ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli borc razılaşmasına əsasən X5 evinin satışından əldə olunan puldan 70000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədilə 70000 manat pulu borc olaraq almış, 1 ildən gec olmayaraq, evini satdıqdan sonra borcunu qaytaracağını qeyd etmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-500/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil və “Hyundai İX35” markalı (rəng ağ, mühərrik: G4KEBU651086, Ban: KMHJU81CDCU454004), **-NN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçı Cavabdeh və cavabdeh İddiaçı hər birinin bərabər olmaqla ½ (ikidə bir) hissədə payların müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məhkəməyə ünvanladığı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə məktuba əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı vətəndaş X7 barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sübutları və izahatları araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Birgə nikah dövründə 29 sentyabr 2015-ci il tarixli 1xx/xx/2689/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya verir. ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçının anası X5 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Mirzayev Aruz küçəsi, ev 8, 21 saylı mənzili 116000 manat satmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC hesabına 110000 manat pul daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 25,282.39 manat "xxxx" ASC tərəfindən krediti ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı "xxxx" ASC-yə 43690.20 manat məbləğində ipoteka ödənişi edilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2023-cü il tarixdə borc müqaviləsi ilə Xoşqədəm Cəbrayılova evinin satışından əldə olunan puldan 70000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədi ilə 70000 manat pulu borc olaraq almış və 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcu qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı anası Xoşqədəm Cəbrayılovadan 70000 manat borc götürməsini qeyd etsə də, məhkəmədə bu halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı sadə yazılı formada borc müqaviləsi təqdim etsə də, bu pulun borc olaraq verilməsi, bu müqavilənijn məhz həmin tarixdə bağlanması, ümumiyyətlə iddiaçının anasının iddiaçı və cavabdehə 70000 manat pul verməsi və həmin pulun borc olaraq həmin tarixdə verilməsi sübuta yetmir. Məhkəmə, iddiaçının anası ilə bağlamış olduğunu qeyd etdiyi xx.xx.2023-cü il tarixli borc müqaviləsini uydurma əqd hesab edir. Uydurma əqd tərəflərin hüquqi nəticə doğurmadan yalnız zahirən bağladığı müqavilədir və bu cür əqdlər etibarsız hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Həmçinin, Mülki Məcəllənin 324 və 325-ci maddələrinə görə əqdin etibarsızlığına səbəb olan hallar mövcud olduqda, həmin müqavilə hüquqi nəticə doğurmur və məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.17-ci bəndinə əsasən məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Həmin Qərarın 3.19-cu bəndinə əsasən nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Həmin Qərarın 5.3-cü bəndinə əsasən məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Həmin Qərarın 5.17-ci bəndinə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən, hətta ananın iddiaçıya müəyyən məbləğdə pul verilməsi halında belə həmin məbləğ iddiaçı ilə cavabdehin illərlə birgə və mehriban ailə kimi yaşamış oğlu və gəlininə mənzil şəraitinin daha da yaxşılaşdırılması (hazırki halda tərəflərin izahatına əsasən daha geniş ev almaq) məqsədilə bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nihah dövründə yaranmış 70000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nihak dövründə yaranmış 70000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2974/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2974/2025
18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver