Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-298/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Firidun oğlunun iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X12 Azərbaycan” QSC-nin cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdiriməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdiriməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11346,30 (on bir min üç yüz qırx altı manat otuz qəpik) ödənilməmiş əmək haqqı məbləği, 28429,43 (iyirmi səkkiz min dörd yüz iyirmi doqquz manat qırx üç qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləğini və 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləğinin, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 40916,53 (qırx min doqquz yüz on altı manat əlli üç qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı administrator (inzibatçı) vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 06/17 K saylı əmri verilmişdir. Müqavilə 3-cü maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixədək bağlanmış olsa da, onun 3.3-cü bəndinə uyğun olaraq hər dəfə 1 il uzadılmaqla müddətsiz əmək müqaviləsinə çevrilmişdir. İddiaçı bu günə kimi işdən azad olunmamış və vəzifəsini yerinə yetirməkdə davam edir. Bu X3 edilməsi ilə bağlı “X6” ilə təsdiq olunur. Əmək Müqaviləsinin 6-cı maddəsinə əsasən əmək haqqı işçinin əlinə çatan xalis məbləği (bütün icbari ödənişlər çıxıldıqdan sonra) 750 manat təşkil etmiş, sonradan dəyişiklik edilməklə işçinin əlinə çatan xalis məbləği (bütün icbari ödənişlər çıxıldıqdan sonra) 889,67 manat müəyyən edilmişdir. Əmək Müqaviləsinin 6.2-ci maddəsinə əsasən, əmək haqqı ayda 1 dəfə olaraq növbəti ayın 10-dan gec olmayaraq ödənilir. Cavabdeh 2023-cü ilin aprel, may və iyun aylarına görə əmək haqqını gecikmə ilə ödəmişdir. Cavabdeh 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ümumiyyətlə ödəməmişdir. Həmin aylara görə ödənilməmiş əmək haqqı məbləğlərini qeyd etmişdir. Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı 2023-cü ildə əmək məzuniyyətindən istifadə etməmişdir. Həmin məzuniyyətə görə xx.xx.2023-cü ildə ödəniş edilməli olduğu halda həmin ödəniş xx.xx.2024-cü il tarixdə edilmişdir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin müddəası istifadə edilməmiş əmək məzuniyyəti ödənişlərinin gecikdirilməsinə də tətbiq olunur. İddiaçıya ödəniməsi gecikdirimiş əmək haqqılar, istifadə edilməmiş əmək məzuniyyəti ödənişi, gecikmə müddətləri və hesablanmış faizləri qeyd edir. İddiaçıya cavabdeh tərəfindən əmək haqqı ödənişləri “YapıKredi Bank Azərbaycan” bankı tərəfindən verilmiş, iddiaçının əmək haqqı hesabından xx.xx.2024-cü il tarixli çıxarışda əksini tapmışdır. Eyni zamanda, 2024-cü ilin iyul-avqust aylarında iddiaçı tərəfindən cavabdehin əvəzinə aşağıda göstərilən şirkət xərcləri çəkilmişdir. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə vəsatət təqdim edərək, “X12 Azərbaycan” QSC-nin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli protokoluna əsasən “X12 Azərbaycan” QSC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 02 iyun 2025-ci il tarixdə ərizə təqdim edərək, Cavabdeh MMC-dən 19212,56 (on doqquz min iki yüz on iki manat əlli altı qəpik) ödənilməmiş əmək haqqı məbləği, 64967,90 (altmış dörd min doqquz yüz altmış yeddi manat doxsan qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləği, 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləği, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 85321,26 (səksən beş min üç yüz iyirmi bir manat iyirmi altı qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Firidun oğlu AZEMİS elektron kabinet vasitəsilə 03 iyun 2025-ci il tarixdə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edirlər. Belə ki, hazırki iş üzrə cavabdeh təşkilat 2017-ci ildən etibarən faktiki olaraq fəaliyyətini dayandırmış və hər hansı bir ofisdə, idarədə, müəssisədə fəaliyyət göstərməmişdir. Yəni iddiaçıda həmin müddətdən etibarən rəsmi olaraq işə gəlib-getməmiş, rəsmi olaraq fəaliyyət göstərməmiş, onun üçün dəqiq iş saatı dəqiq müəyyən olunmamış, hansı saatda işə başlayacağı və hansı saatda işin bitəcəyi müəyyən edilməmiş, iş yeri isə işəgötürənin baş ofisi və ya işəgötürənin bir bölməsindən digərinə və ya işəgötürənlə müqavilə (sub-podrat, icarə və.s) bağlanmış hər hansı müəssisə kimi göstərilmişdir. Lakin iddiaçı isə cavabdeh fəaliyyətini faktiki olaraq dayandırdığından həmin müəssisələrdə fəaliyyət göstərməmişdir. Yəni hazırda iddiaçı faktiki olaraq fəaliyyət göstərmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddətə görə əmək haqqı və həmin əmək haqqının ödənilməməsiə görə ödənc tələb etməkdədir. Bu isə hesab edir ki, əsassızdır. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. İşəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, hazırki mübahisə üzrə işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək münasibəti kimi deyil, mülki-hüquqi münasibət kimi qiymətləndirilməlidir. Hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması yalnız tərtib “əmək müqaviləsi” adı altında tərtib edilmiş müqaviləyə uyğun qiymətləndirilməməli, məhkəmə bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına düzgün qiymət verməli və münasibətləri həqiqi xarakteri müəyyən olunmalıdır. Hazırkı işdə iddiaçının faktiki iş yeri cavabdeh təşkilatın müəssisəsi olmamış, onun iş qrafiki dəqiq qeyd edilməmişdir. Belə olan halda işəgötürən olaraq cavabdeh iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı yoxdur. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh təşkilatın möhürləri ilə möhürlənmiş sübutlarda əsassız hesab edilməli və həmin sübutların hüquqi nəticələridə qanunsuz hesab edilməlidir. Belə ki, faktiki olaraq cavabdeh təşkilatın möhürləri iddiaçıda olmuş, həmin sənədlər iddiaçı tərəfindən heç bir səlahiyyəti olmadığı halda tərtib edilərək möhürlənmiş daha sonra məhkəmə təqdim edilmişdir. Belə ki, Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, möhür və zururi digər sənədlər 17 dekabr 2024-cü il tarixində təhvil-təslim aktına əsasən cavabdehin səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Bu isə sübutlar qanuni pozmaqla əldə edilmiş, ona görə də sübutların heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, faizlərin ödənilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Firidun oğlu AZEMİS elektron kabinet vasitəsilə 18 iyun 2025-ci il tarixdə iddia müddətinin tədbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə də pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, müvafiq tələb üzrə yekun məhkəmə aktı çıxarılarkən iddia müddəti tədbiq edilməklə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, aralarında razılıq əldə edilməmişdir. O, həmin müddət ərzində nə rəsmi, nə də qeyri-rəsmi başqa yerdə işləməmişdir. Hazırda da işdən çıxarılmağı ilə bağlı barəsində əmr verilməyib. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Firidun oğlu iddia tələbini qəbul etməyərək, etirazın və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya keçən məhkəmə iclasından sonra rəsmi olaraq 18000 avro ödəməkləri ilə bağlı təklif göndərmişlər. Daha sonra iddiaçının razılaşmadığını görüb 40000 manat təklif etmişlər, lakin yenə də razılıq əldə edilməmişdir. İddiaçının tələb etdiyi 60000 manat pulun ödənilməsi ilə bağlı şirkət rəhbəri qəbul etmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X12 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş “X12 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 866 manat iddiaçının alacağı məbləğdir, vergilər bura daxil deyil. Həmin məbləğ 11 avqust tarixindən 26 noyabr tarixinə kimi gecikmə olaraq hesablanmışdır. Orada qeyd edilən “date of payment” – əmək haqqının ödənildiyi tarix deyil, verilmiş sorğunun tarixinə uyğun yazılmışdır. Həmin tarixə əmək haqqı ödənilməmişdir. Hesablanılmış məbləğ ekspert tərəfindən hesablanan məbləğlə uyğunluq təşkil edir. Əmək müqaviləsində də göstərildiyi kimi 889 manat gross, 866 manat isə iddiaçının alacağı məbləğdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümküm hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1996-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017ci il tarixində Cavabdeh MMC-nin administrator vəzifəsinə qəbul edilmiş, bu barədə xx.xx.2017-ci il tarixli 06/17 K saylı əmri verilmişdir. - Cavabdeh MMC tərəfindən tərtib olunan xx.xx.2017-ci il tarixli 06/17 K saylı əmrdən görünür ki, İddiaçı 14 aprel 2017-ci il tarixindən Baş ofisinə Administrator vəzifəsinə təyin edilmiş, işlədiyi hər aya görə normal iş saatları üçün əmək haqqı vergisiz olaraq, 750 (yeddi yüz əlli) manat təyin edilmişdir. - İşə əlavə edilmiş qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə 322 (üç yüz iyirmi iki) manat və 18 (on səkkiz) manat, xx.xx.2024cü il tarixdə tərcümə və notariat xidməti üçün 284 (iki yüz səksən dörd) manat, xx.xx.2023cü il tarixdə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixdə 17 (on yeddi) manat, 07.----.2024-cü il tarixdə 26 (iyirmi altı) manat, xx.xx.2024-cü il tarixdə 5 (beş) manat, xx.xx.2024-cü il tarixdə 5 (beş) manat, xx.xx.2024-cü il tarixdə 5 (beş) manat, xx.xx.2024-cü il tarixdə 3 (üç) manat və 2 (iki) manat, cəmi 707 (yeddi yüz yeddi) manat ödəniş etmişdir. - İşə əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə hüquqi xidmətə görə vəkilə 320 (üç yüz iyirmi) manat AccessBank vasitəsi ilə ödənilmişdir. - Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən bununla işəgötürən işçini işə götürür və işçi Administrator vəzifəsinə aid olan vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan, yəni 14 aprel 2017-ci il tarixdən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixinədək qüvvədə qalır. Müqavilənin 3.2-ci bəndinə əsasən işçi 14 aprel 2017-ci il tarixdən işə başlayır. Müqavilənin 6.1-ci bəndinə əsasən işçiyə işlədiyi hər aya görə normal iş saatları üçün xalis məbləğdə 750 (yeddi yüz əlli) manat maaş ödəniləcək. İşəgötürən əmək haqqı ilə əlaqədər olan bütün vergi və ödəmələri öz hesabına müvafiq büdcə və fondlara keçirəcəkdir. Müqavilənin 6.2-ci bəndinə əsasən əmək haqqı ayda 1 (bir) dəfə olaraq və növbəti ayın 10 (ondan) gec olmayaraq işçiyə ödənilir. "xxxx" Bank Azərbaycan QSC-nin xx.xx.2024-cü il tarixli bank hesabından çıxaeışdan görünür ki, Cavabdeh MMC tərəfindən 03 avqust 2023-cü il tarixdə 3729 manat ödənilmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 20 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı “X4 S.P.A” Şirkətinin Azərbaycan Respublikasında X7 adlı filialına məxsus “Asan İmza”nı və möhürü, şirkətin əməkdaşı olaraq, səlahiyyətli nümayəndə cənab Sadıx Murtuzayevə təhvil verilməsi xahiş olunmuşdur. Ona təqdim edilmiş sənədləri 3 (üç) iş günü ərzində təhvil verməsi, təhvil vermədiyi təqdirdə barəsində qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/68 nömrəli, 24 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən hazırki tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarşısında cavab olaraq bildirilir ki, Cavabdeh MMC tərəfindən təqdim edilmiş əmək haqqı hesablanması, ödənilməsi və işçilərin hesabat cədvəli barədə olan məlumatlara (c.i.v 68 və c.i.v 94-112) əsasən İddiaçı 13942,48 manat məbləğində əmək haqqı ödənilməli idi. Bildirilir ki, iş materiallarında olan (c.i.v 68) Cavabdeh MMC tərəfindən tərtib edilmiş cədvəl məlumatına əsasən İddiaçı 2023-cü il iyul ayından - 2024cü il oktyabr ayına qədər ödənilməli olan əmək haqqı məbləğinin xx.xx.2024-cü il tarixdə ödənildiyi göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan ikinci suala cavab olaraq bildirilir ki, iş materiallarında işçinin məzuniyyət əmrləri, 2023-2024-cü illər üzrə istifadə olunmamış məzuniyyət günləri, tabel cədvəlləri, məzuniyyətin hesablanma qaydası və s. öz əksini tapmadığından bu sual üzrə tədqiqat aparılmadı. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, hazırki tədqiqatla Cavabdeh MMC tərəfindən İddiaçı Qriqoryevnaya əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə 34032,99 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. - xxxxxxx000312 saylı, xx.xx.2022-ci il tarixli X3 Edilməsi ilə bağlı X1 görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında, Məşğulluq təsnifatı üzrə: inzibatçı; Əmək müqaviləsi üzrə: Administrator vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi imzalanmışdır. İşçinin aylıq əmək haqqının məbləği - 889, 67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində qeyd edilmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru X11 ərizə ünvanlayaraq, onu 10 iyun 2024-cü il tarixdən, iyul ayından bu günə kimi əmək haqqı almadığına görə, tutduğu vəzifədən azad edə və onunla şirkət tərəfindən bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. - 27 avqust 2020-ci il tarixli etibarnaməyə əsasən o, xx.xx.2014-cü il tarixində X8 Nazirliyi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan xx.xx.1985-ci il təvəllüdlü İtaliya vətəndaşı cənab Giacinto Roccio bu etibarnaməni ilə icazə verir ki, İddiaçı X4 S.p.A-nın direktoru və qanuni nümayəndəsi olacağı filialının qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisində onun adından və lehindən aşağıdakı hüquq və səlahiyyətlərdən istifadə edə bilər:
1. Sənədləri və məlumatları imzalamaq, təqdim etmək və almaq, bununla əlaqədar digər zəruri tədbirləri görmək üçün Azərbaycan Respublikasının vergi və maliyyə orqanları, banklar, notariuslar, hökümət orqanları, komitə və akentliklər də daxil olmaqla əlaqədar nazirliklərdə onu təmsil etmək;
2. Vacib vergilər və dövlət rüsumları və digər zəruri ödənişləri yerinə yetirmək; Bu etibarnamə 27 avqust 2020-ci il tarixindən etibarən qüvvəyə minir və imzalandığı gündən 6 (altı) ay müddətində qüvvədədir. - xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2***-******* nömrəli X2 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, iş materiallarına əsasən tədqiqat aparılıb. Əsas və gross məbləğ arasında elə də fərq yox idi deyə üst-üstə düşə bilər. Son haqq-hesab əsasında hesablama aparmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 13942,48 manatı tutmalar çıxıldıqdan sonra alınan məbləğdir. Hesablanmış 866 manat tutulmalardan sonrakı məbləğdir. “Date of payment” hərfi mənada tərcümə edilərək, “əmək haqqının ödənildiyi tarix” qeyd edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə ödəniş edilməmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı administrator (inzibatçı) vəzifəsində işləmiş, Cəmiyyət 2023-cü ilin aprel, may və iyun ayları üzrə əmək haqqını gecikmələr ilə ödəmiş, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ümumiyyətlə ödəməmişdir. İddiaçı hal-hazırda da həmin Cəmiyyətdə çalışır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/68 nömrəli, 24 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh MMC tərəfindən təqdim edilmiş əmək haqqı hesablanması, ödənilməsi və işçilərin hesabat cədvəli barədə olan məlumatlara əsasən İddiaçı 13942,48 manat məbləğində əmək haqqı ödənilməli idi. Hazırki tədqiqatla Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə 34032,99 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. İddiaçı Cavabdeh MMCdən 19212,56 (on doqquz min iki yüz on iki manat əlli altı qəpik) ödənilməmiş əmək haqqı məbləği, 64967,90 (altmış dörd min doqquz yüz altmış yeddi manat doxsan qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləği, 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləği, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 85321,26 (səksən beş min üç yüz iyirmi bir manat iyirmi altı qəpik) manat pulun tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddia müddətini tətbiq edərək iddia ərizəsinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitutsiyası Maddi 35 (Vİ bəndi). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsi Maddə 43 (“ə” bəndi). İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir. Maddə 43 (4-cü bənd) Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 46 (5-ci bənd). Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Maddə 46 (6-cı bənd). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 154 (1-ci bənd). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (2-ci bənd). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 158. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Maddə 288. Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 296 (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 172 (5-ci bənd) Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi 09 sentyabr 2024-cü il tarixdən əvvəlki 1 il üçün ödənilməyən əmək haqqı və həmin əmək haqqının işəğgötürənin təqsirindən gecikdirilməsinə görə əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən, prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xxxxxxx000312 saylı, xx.xx.2022-ci il tarixli X3 Edilməsi ilə bağlı X1 görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında, Məşğulluq təsnifatı üzrə: inzibatçı; Əmək müqaviləsi üzrə: Administrator vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi imzalanmışdır. İşçinin aylıq əmək haqqının məbləği - 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində qeyd edilmişdir. İddia müddətinin əmək haqqı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2023-cü ilin iyul ayından etibarən görə əmək haqqı ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 09 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İddia müddətini tətbiq etməklə ödənilməyən əmək haqqı 18346,39 manat təşkil edir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqqı iki ay çıxılmaqla (iyul ayı – 866,60; avqust ayı – 866,15) qalan məbləğ 18346,39 manat təşkil edəcək.
Aylar Gecikən gün 1% Məbləğ xx.xx.2023 – sentyabr ayı 599 gün 8,63 5169,37 gecikməsi xx.xx.2023 – oktyabr ayı 568 gün 8,7 4941,6 gecikməsi xx.xx.2023 – noyabr ayı 538 gün 8,63 4642,94 gecikməsi xx.xx.2024 – dekabr ayı 507 gün 8,74 4431,18 gecikməsi xx.xx.2024 – yanvar ayı 476 gün 8,91 4241,16 gecikməsi xx.xx.2024 – fevral ayı 445 gün 8,98 3996,1 gecikməsi xx.xx.2024 – mart ayı 416 gün 8,71 3623,96 gecikməsi xx.xx.2024 – aprel ayı 385 gün 8,68 3341,8 gecikməsi xx.xx.2024 – may ayı 355 gün 8,93 3170,15 gecikməsi xx.xx.2024 – iyun ayı 324 gün 8,60 2786,4 gecikməsi xx.xx.2024 – iyul ayı 294 gün 8,63 2537,22 gecikməsi xx.xx.2024 – avqust ayı 263 gün 8,67 2280,21 gecikməsi xx.xx.2024 – sentyabr ayı 232 gün 8,6 1995,2 gecikməsi xx.xx.2024 – oktyabr ayı 202 gün 8,7 1757,4 gecikməsi xx.xx.2024 – noyabr ayı 171 gün 8,63 1475,73 gecikməsi xx.xx.2025 – dekabr ayı 144 gün 8,74 1258,56 gecikməsi xx.xx.2025 – yanvar ayı 113 gün 8,91 1006,83 gecikməsi xx.xx.2025 – fevral ayı 82 gün 8,98 736,36 gecikməsi xx.xx.2025 – mart ayı 54 gün 8,71 470,34 gecikməsi xx.xx.2025 – aprel ayı 23 gün 8,68 199,64 gecikməsi xx.xx.2025 – 11 may 20 gün 8,93 178,60
Cəmi: 54240,75 manat
Beləliklə, ödənilməyən əmək haqqı 18346,39 manat + 1% məbləğlə hesablanmış 54240,75 manat = 72587,14 manat. Məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ödəmədiyinə görə, lakin iddiaçı məhkəməyə 2024-cü ilin sentyabr ayından müraciət etdiyindən son bir ili nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/68 nömrəli, 24 aprel 2025-ci il tarixli ekspert rəyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 18346,39 (on səkkiz min üç yüz qırx altı manat otuz doqquz qəpik) manat, əmək haqqının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün 1% (bir faiz) olmaqla) - 54240,75 (əlli dörd min iki yüz qırx manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edərək və həmçinin Əmək Məcəlləsinin 43-cü maddəsinin ə bəndinə istinad edərək qeyd edir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Cavabdeh tərəfin bildirdiyi kimi işçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaması ilə məhkəmə razılaşmır. Belə ki, işçi əmək funksiyalarına icra etmədikdə və s. hallarda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Hazırki halda müəssisənin direktorun və təsisçilərinin ölkə ərazisində olmaması işçinin işləməməsi anlamına gəlmir. Belə ki, tərəfin izahatı və təqdim etdiyi şirkətə aid sənədlərdən də görünür ki, işçi inzibatçı vəzifəsini icra etmişdir. Onu qeyd etmək lazımdır ki, cavabdeh tərəf iddianı qəbul etmədiyini bildirsə də, iddiaçıya 18000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş ödənilməsinə razılıqları ilə bağlı təklif göndərmişlər, daha sonra bu təklif 40000 manat məbləöinə yüksəlmiş, iddiaçı isə ödənilməmiş əmək haqqı və gecikdirilməsinə görə məbləği daha yüksək olduğundan təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş mediasiya xərci üzrə 50 manat, tərcümə və Asan İmza üzrə xərclər üzrə - 707 (yeddi yüz yeddi) manat cavabdeh X10-Takenaka” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri 12 saylı vəkil bürosuna 320 (üç yüz iyirmi) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən Bakı şəhəri 12 saylı vəkil bürosu tərəfindən 615 saylı müqaviləyə əsasən Vəkil1 hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh X10- Takenaka” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi 19 yanvar 2022-ci il tarixdən əvvəlki 1 il üçün ödənilməyən pul məbləği ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 18346,39 (on səkkiz min üç yüz qırx altı manat otuz doqquz qəpik) manat, əmək haqqının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün 1% (bir faiz) olmaqla) - 54240,75 (əlli dörd min iki yüz qırx manat yetmiş beş qəpik) manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat, notariat, tərcümə və Asan İmza üzrə xərclər üzrə - 707 (yeddi yüz yeddi) manat, mediasiya xərci üzrə 50 manat olmaqla, cəmi 73664,14 (yetmiş üç min altı yüz altmış dörd manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Babazadə