Məhkəmə qərarları › İş №e-2(004)-3003/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3003/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3003/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənzil tikinti kooperativindən zərərin tutulması, aidiyyəti üzrə göndərmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla zərərin əvəzinin ödənilməsi və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tutulmalı olan Bakı şəhəri, Yasamal rayonu, X1 8 ünvanında yerləşən 28 nömrəli binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58,85 kv.m. olan 16 nömrəli mənzilin təmiri üçün xərclənmiş 8782 manat məbləğin, əldən çıxmış fayda qismində 26400 manatın və 3722,89 manat dəyərində cərimə məbləğinin, mənəvi ziyana görə 10000 manatın, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 manatın, cəmi 49104,89 manat dəyərində pulun xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməli olan 13000 manat məbləği ilə əvəzləşdirilməsi, qalan 36104,89 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 238 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin üzərinə onun Bakı şəhəri,Yasamal rayonu, X1 8 ünvanında yerləşən 28 nömrəli binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58,85 kv.m. olan 16 nömrəli mənzilə görə Cavabdeh MMC-yə heç bir borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması, Bakı şəhəri, Yasamal rayonu, X1 8 ünvanında yerləşən 28 nömrəli binanın istismara yararlı vəziyyətdə təhvil verilməsi və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət olunaraq lazımi sənədlərin əldə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh MMC-nin üzərinə Bakı şəhəri,Yasamal rayonu, X1 8, bina 28, giriş 1 ünvanında yerləşən 16 nömrəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunması üçün müvafiq sənədlərin ona təqdim olunması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

2. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib, aidiyyət məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

3. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

5. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir.

6. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin ümumi aidiyyət qaydasına əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Yasamal rayonu ərazisi deyil, bu mübahisəsiz haldır.

7. Belə olan halda isə, mübahisənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aidiyyəti yalnız MPM-in iddiaçının seçməsinə görə və müstəsna aidiyyət məsələlərini tənzimləyən normalarına istinadən müəyyənləşdirilə bilərdi. MPM-in bu normaları üzrə isə yalnız müəyyən şərtlər daxilində verilmiş tələbə uyğun qiymətləndirmə aparılması mümkündür.

8. Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı mülkiyyətdə olan daşınmaz əmlaka istinadən, həmin daşınmazla (çoxmənzilli binada yerləşən mənzil ilə) bağlı çəkilmiş xərclərin tutulması, həmin mənzillə bağlı müvafiq sənədlərin verilməsi öhdəliyinin qoyulması barədə iddia irəli sürmüşdür.

9. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyət qaydaları isə MPM-in 39-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin məzmununa görə isə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

10. Göründüyü kimi, iddiaçının çəkilmiş xərclərin əvəzinin tutulması və cavbdehin üzərinə öhdəliyin qoyulması tələbləri müstəsna aidiyyət qaydasında baxılmasına yol verilən mübahisələrin dairəsinə daxil deyil.

11. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur.

13. İş üzrə Cavabdeh MMC-dir. Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan isə görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 4avabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Yasamal rayonu olmadığından, predmet müsətsna aidiyyət qaydasında baxılacaq mübahisələrin dairəsinə aid olmadığından məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.

15. Odur ki, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə göndərilməli, aidiyyəti məhkəmə olaraq Cavabdeh MMC-nin qeydiyyat yeri üzrə məhkəmə seçilməli, mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və MPM-in 32.5, 36.2, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Cavabdehnə qarşı, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla zərərin əvəzinin ödənilməsi və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar