Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3007/2023 06.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun aylıq əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, onunla İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabına 898 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(004)-3007/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 15 noyabr 2013-cü il tarixində cavabdeh X5 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan 24 oktyabr 2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hazırda tərəflər ailə münaqişəsindən əziyyət çəkirlər. Belə bir ailə şəraitində uşağının böyüməsi və tərbiyə alması yolverilən deyil, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında baş vermiş ən son ailə münaqişəsi zəminində cavabdeh tərəfindən iddiaçıya xəsarət yetirilmiş və bu hadisənin nəticəsi olaraq hazırda iddiaçının sol gözünə protez qoyulmuşdur. Hazırda Yasamal Rayon Polis İdarəsi tərəfindən AR CM-in 128-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı davam etməkdədir. 24 oktyabr 2015-ci il təvəllüdlü X3 anası İddiaçı Serqeyevnanın himayəsindədir. Hazırda artıq 3 aydır ki, qarşı tərəf heç bir şəkildə azyaşlının saxlanması üçün maddi və mənəvi dəstəkdə iştirak etmir. Ona görə də hazırda iddiaçının tələbi aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq cavabdeh tərəfə müvafiq mediasiya təklifi ünvanlanmış, həmin təklifi cavabdeh tərəf qəbul etmədiyini bəyan etmiş, daha sonra sənədlər mediasiya şurasına ünvanlanmış və cavabdeh bu səfər də təyin edilmiş mediasiyanın ilkin sessiyasına gəlməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq 18 saylı Mediasiya Təşkilatının mediatoru Sadiq Bağırov tərəfindən 23 may 2023-cü il tarixli MŞB/18/223-00661 saylı “İMS (ilkin mediasiya sessiyasından) sonra prossesin davam etdirilə bilməməsi barədə arayış” verilmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Serqeyevna Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq əmək haqqı və digər gəlirindən 1/4 hissədə alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh aliment tələbi ilə razı deyil, belə ki, o, öz övladı üçün hər ay mütəmadi olaraq maddi dəstək olur. Bundan başqa, məhkəmə qərardadı ilə o, hər ay sabit pul məbləğində 220 manat aliment ödəyir. Ona görə də alimentin məhkəmə qətnaməsi ilə tutulmasına razı deyil. İddiaçı Serqeyevna xx.xx.2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulmuşdur. Onların birlikdə yaşaması və ailənin bərpası mümkün deyildir. Bundan sonra ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(004)- 3007/2023 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə qəbul etməyərək bildirimişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hal-hazırda həbsdədir. Ona münasibətdə 2 ay müddətinə həbs qəti imkan tədbirinin tətbiqi barədə qərar alınmışdır. Belə ki, hal-hazırda istintaq təcridxanasında olduğundan işləmək imkanı yoxdur. Şəxs artıq iki aydır ki, işə getmir. Onda olan məlumata görə artıq işdən azad edilmişdir. Odur ki, Cavabdeh işsiz və həbs olunduğundan ailmentin tutulması ilə bağlı iddia tamamilə əsassızdır və hesab edir ki, rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİ seriyalı, 017220 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 898 nömrə ilə qeyd aparılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, 2(004)-3007/2023 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana qədər xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. X8 Xidmətinin 3-17-5/2-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun 1 nömrəli qoşmasından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdən müddətsiz olaraq “BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır və müqavilə hal-hazırda qüvvədədir. “Azemis” Elektron Məhkəmə Sistemindən xx.xx.2023-cü il tarixdə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh “BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir, əmək haqqısı 5375,29 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış xx.xx.2015-ci il təvəllüdlü X2 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq hazırda İddiaçı yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunması, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınmaqla, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 16(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalı, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı və qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia tələbi təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 oktyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3007/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3007/2023
06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver