Məhkəmə qərarları › İş №e-2(004)-307/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-307/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-307/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Cahangiroviçə qarşı "atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il təvəllüdlü Camaladlı övladına Cavabdeh atalığının tanınması, övladının iddiaçının himayəsində saxlanılmaqla hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cahangiroviçin nümyəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında vəsatətlə müraciət edərək 23 iyun 2021-ci il tarixdə İddiaçı doğulmuş oğlan uşağının Cavabdeh Cahangiroviçlə bioloji bağlılığını müəyyən etmək üçün DNT (DNA) ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-307/2023 saylı qərardadı ilə iş üzrə DNT (DNA) ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh oğlu ilə ailə həyatı qurmuş, lakin nikah bugünkü günə kimi rəsmiləşdirməmişdir. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Camal adlı övladı dünyaya gəlmişdir. Onların nikahı rəsmi olmadığından övladının X3nin valideynlər bölməsində ata adı onun deməyinə əsasən yazılmışdır. Buna görə də məhkəmə tərəfindən atalığın tanınması faktı müəyyən edilməsi zərurəti yaranmışdır. Həmçinin də övladının yaşam xərclərinin qarşılanması üçün atası tərəfindən aliment ödənilməlidir. Sözügedən mübahisənin həll edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, qanunvericiliyin tələbərinə uyğun olaraq mediasiya xidmətinə müraciət olunmuş və keçirilmiş mediasiya prosesində iştirak etmişdir. Mediasiya prosesində iştirakını təsdiq edən arayışı da iddia ərizəsinə əlavə edir. Buna görə də hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü Camal adlı övladına Cavabdeh oğlunun atalığının tanınması və cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər alimentin onun xeyrinə tutulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya və ekspert rəyinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə DNT (DNA) ekspertizası təyin edilmiş və ekspert qarşısında 23 iyun 2021-ci il tarixdə İddiaçı doğulmuş oğlan uşağı Cavabdeh Cahangiroviçin uşağı olub-olmaması barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/308R nömrəli ekspert rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Cahangiroviç 99.99% ehtimalla xx.xx.2021ci il təvəllüdlü X5 bioloji atasıdır. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh Cahangiroviçin ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşağın bioloji atası olması təsdiq olundu. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, xx.xx.2021-ci ildə Bakı şəhərində anadan olmuş X1 atasının xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş X2 olması işdə olan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ““Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”” xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarında, (8.12. bənd) məhkəmələrə tövsiyyə edilmişdir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Beləliklə, məhkəmə, iddia tələbinin uşağın saxlanması üçün alimentin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh Cahangiroviçdən xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Eləcə də, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnu müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə, nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 218.3-ci maddəsinə müvafiq olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə, iddia tələblərindən kənara çıxmadan qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.1972-ci il tarixdə anadan olmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 atası olması müəyyən edilsin. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 X3 dəyişdirilərək soyadı qrafasında “Rəfibəyov”, adı qrafasına “Camal”, ata adı qrafasında “Əziz”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilsin. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasına 18 oktyabr 2022-ci il tarixdən başlanılsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar