Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-317/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili boşaldılaraq təhvil verilməsi, cavabdeh tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, cavadehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavadehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 30 dekabr 2008-ci il nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* saylı Reyestrdən 25 aprel 2008-ci ildən qeydiyyatdan keçmiş ünvan 2 ünvanına istifadə hüququnu əldə etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3595/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh istifadə hüququna 18000 manat kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvəsini almışdır, həmin qətnamə ilə müəyyən edilmiş üzərimə düşən hisəssini yəni 18000 manat məbləğin cavabdehə ödənilməsi təmin etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Yasamal rayon İcra şöbəsi qətnamənin digər hisəssini yəni cavabdehin istifadə hüququna xitam verilməsini xx.xx.2023-cü il tarixindən icra edərək təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindən bu günə kimi ünvan 2 ünvanına dair istifadə hüququ olmamasına baxmayaraq mənzili boşaldıb təhvil vermir, təhvil verməkdən imtina edir. Bütün bunlar qanunsuz olmaqla yanaşı onun mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, hazırda cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmamasına baxmayaraq mənzildə yaşayır. Mənzilin boşaldılmasını tələb etsə də, cavabdeh isə mənzili təhvil vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 869 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2528/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququ tanınmış, İddiaçı Cavabdeh qarşı 10800 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 227170 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3595/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh ilə 30 dekabr 2008-ci il nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3595/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh istifadə hüququna 18000 manat kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvəsini almışdır, həmin qətnamə ilə müəyyən edilmiş üzərimə düşən hisəssini yəni 18000 manat məbləğin cavabdehə ödənilməsi təmin etmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixindən bu günə kimi ünvan 2 ünvanına dair istifadə hüququ olmamasına baxmayaraq mənzili boşaldıb təhvil vermir, təhvil verməkdən imtina edir. Hazırda isə iddiaçı Cavabdeh üzərinə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili boşaldılaraq təhvil verilməsi, cavabdeh tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, cavadehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavadehdən tutularaq ona ödənilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi ev 9, 60 saylı mənzildən Cavabdeh istifadəsi qanunsuzdur və həmin mənzildən çıxarılmalıdır. Həmçinin iş materiallarına əlavə olunan Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin 17 oktyabr 2023-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ünvanında yerləşən 3 otaqlı orta bazar kirayə qiyməti texniki və digər göstəricilərdən asılı olaraq 600-700 manat arası təşkil edir. Odur ki, cavabdehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzərinə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzili boşaldaraq təhvil verilməsi, cavabdeh tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələr qadağan edilsin. Cavabdehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-317/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-317/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver