Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3194/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə1 və Nümayəndə3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə2 və Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat ofisinin "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında" 10 yanvar 2024-cü il tarixli, 81-306 nömrəli icra qeydinin İddiaçı 42.082,72 manat məbləğində cərimə penya, tələbkar tərəfindən 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1.109123 manat 91 qəpik (milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11MF-358 nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdeh "xxxx" MMC-yə sahibkarlıq məqsədi ilə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 1.000.000 (bir milyon) manat məbləğində, aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə üçüncü şəxs "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 113- MFG-358 nömrəli Girov müqaviləsi əsasında Aşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ******* ədəd predo bezləri girov qoyulmuşdur. Cavabdeh1 ASC Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət edərək, "xxxx" MMC-yə məxsus girov predmeti olan Aşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ******* ədəd predo bezləri tutma yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli, 8İ-157 nömrəli İcra qeydi vermişdir. Həmin icra qeydində Aşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ******* ədəd predo bezlərinə tutma yönəldilmişdir (Öhdəliyi müəyyən edən: 113MF-358 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9.99986,69 AZN əsas borc, 67.029,50 AZN faiz borcu, 42.082,72 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 1.109.098,91 AZN təşkil edir). Bundan əlavə, Bakı şəhəri 43 saylı notariat ofisi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli, 8İ306 nömrəli İcra qeydi vermişdir. Həmin icra qeydində "xxxx" MMC-dən, İddiaçı, X5, X4 42.082,72 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1.109.123 manat 91 qəpik (bir milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pul tutulmalıdır. İlk olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11MF-358 nömrəli kredit xətti müqaviləsi üzrə zamin olmamışdır və buna dair rəsmi heç bir sənəd, yəni zaminlik müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq, ondan, yəni İddiaçı və qeyrilərindən cəmi ******* manat 91 qəpik (milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulmasına dair icra qeydi verilmişdir. Qanunun mənasından göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu hallarda verilə bilər. Lakin icra qeydi vermiş notarius mənim sözügedən xx.xx.2022-ci il tarixli, 11MF-358 nömrəli kredit xətti müqaviləsi üzrə zamin olmağım buna dair zaminlik müqaviləsi olub-olmamasını müəyyənləşdirmədən sözügedən icra qeydini vermişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, iddia ərizəsinə əlavənin təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri 43 saylı notariat ofisinin “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydinin İddiaçı 42082,72 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi ******* manat 91 qəpik (milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulması hissəsində ləğv edilməsi və Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11MF-358 nömrəli kredit xətti müqaviləsi üzrə kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə onunla Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11MF-358 nömrəli kredit xətti müqaviləsi üzrə zamin olmamışdır və buna dair rəsmi heç bir sənəd, yəni zaminlik müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq, ondan, yəni İddiaçı və qeyrilərindən cəmi ******* manat 91 qəpik (milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulmasına dair icra qeydi verilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında sadəcə borc müqaviləsi olmuşdur. Həmçinin məhkəməyə vəsatət verərək, imzalarda saxtalaşdırma edildiyini, bu səbəbdən cavabdehin əməkdaşları barədə araşdırma aparılması ilə əlaqədar Prokurorluğa məlumat verməklə onlar barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflərindən imzaların saxtalaşdırılması ilə bağlı prokurorluğa şikayət verilmişdir və səs yazılarını prokurorluğa təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ASC ilə əvvəldən əməkdaşlıq etmişdir. Kredit verən şöbənin müdiri ilə bağlı prokurorluğa müraciət edilib. Bağladığı kirayə müqavilələri ilə bağlı 11 nəqliyyat vasitəsi icra qeydinin icrası ilə əlaqədar hazırda fəaliyyət göstərə bilmir. Aylardır ona maddi zərər dəyir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən icra qeydindən şikayət verilməyib, avtomobillər satılması üçün açıq hərraca çıxarılıb. Ekspert rəyi ziddiyyətlidir. Zaminlik müqaviləsində hüquqi şəxsin möhürü var. Hesab edir ki, iddiaçı öhdəlikdən yayınmağa çalışır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı əsasında avtomobillər dayanacağa yerləşdirilib, icra qeydi qüvvədədir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Bank” adlandırılacaq Cavabdeh1 ASC-nin Mərkəz filialının müdiri X8 ilə “Borcalan” adlandırılacaq öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “VƏLİOĞLU- 2018" MMC qanuni təmsilçisi X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsinə əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə 12 ay müddətinə, illik 16.93 % dərəcəsi ilə 1.000.000.00 (bir milyon) manat kredit xətti açmağı, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Gömrük xərclərinin ödənilməsi (AFB Bank ASC tərəfindən təqdim olunmuş biznes kart vasitəsi ilə ödəniş olunacaq) məqsədilə verilmiş, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götürmüşdür. “Girov saxlayan" adlandırılacaq "xxxx" ASC-nin Mərkəz Filialının müdiri X8 ilə "Girov qoyan"/”borc alan” adlandırılacaq öz Nizamnaməsi əsasında fəaliyyət göstərən ''VƏLİOĞLU- 2018" MMC qanuni təmsilçisi X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFG-358 nömrəli girov müqaviləsinə əsasən, Girov qoyan özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən ünvan 1i ünvanda yerləşən ******* ədəd predo bezləri (irəlidə Girov predmeti adlandırılacaq) Girov saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü etmişdir. Girov predmetinin bazar dəyəri 14.781.379,50 manat, likvid dəyəri 10.000.000 manat müəyyən edilmişdir. Cavabdeh1 ASC ilə “borcalan” "xxxx" MMC və “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinə əsasən, Borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasım) öz üzərinə götürür. Zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış 1**-MF-*** nömrəli, xx.xx.2022-ci il tarixli Kredit xətti müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Borclu "xxxx" MMC-nin Bankla bağladığı xx.xx.2022-cü-il tarixli 113-MF- 358 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə vaxtı keçmiş kredit borcu aşağıdakı kimidir: iddia qaldırılan günə əsas kredit borcu 999.986,69 manat, xx.xx.2023-cü il tarixə faiz borcu 67.029,50 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 23.749,63 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 18.333,09 manat olmaqla, cəmi borc 1.109.098,91 manat təşkil edir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-306 reyestr nömrəli icra qeydinə əsasən, 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edilmişdir ki, həmin sənədlər üzrə Az1065, Bakı Şəhəri Yasamal Rayonu, X3, ev 206 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə AZ1111, ünvan 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti /VÖEN:**********/, Bakı, Yasamal 1-ci Alatava 16A ünvanında qeydiyyatda olan İddiaçı (AZE16782531, xx.xx.2016 - Asan5-2; FİN: xxxxxxx; d/t: xx.xx.1980), Bakı Şəh., Qaradağ Ray., Qobustan qəs. ünvanında qeydiyyatda olan X5 (AA1020930, xx.xx.2019 - Asan 1; FİN: 11N0VQ7; d/t: xx.xx.1984), ünvan 5 ünvanında qeydiyyatda olan X4 (AA2004296, xx.xx.2020 - Naxçıvan MR PQMİ ŞV bölməsi; FİN: 0V4RJD0; d/t: xx.xx.1958) 1**-MF-*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş ******* manat 19 qəpik (milyon altmış yeddi min on altı manat on doqquz qəpik) tutulsun. Bundan əlavə təklif edilmişdir ki, borcludan - AZ1111, ünvan 3 / "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, İddiaçı, X5, X4 42.082 manat 72 qəpik (qırx iki min səksən iki manat yetmiş iki qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi ******* manat 91 qəpik (milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmiş: 1.1. İddiaçı "xxxx" MMC cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 və Cavabdeh1 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1355/2024 saylı mülki iş üzrə iddiadan imtina edir. 1.2. Cavabdeh1 ASC iddiaçı "xxxx" MMC ilə razılığa gələrək Abşeron Rayon İcra şöbəsinin icraatında 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. 1.3. İddiaçı "xxxx" MMC Cavabdeh1 ASCyə icra qeydi üzrə hesablanan ümumi borcdan 500.000 manat ödəniş edir və qalıq borcu 2024-cü ilin oktyabr ayından başlayaraq 40.000-50.000 manat arası ödənişləri 40 (qırx) ay müddətinə etməyi öz üzərinə götürür. 1.4. "xxxx" MMC aylıq ödənişləri ardıcıl 2 ay ödəmədikdə Cavabdeh1 ASCnin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. 1.5. Cavabdeh1 ASC-nin saxlancında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, cəmi maya dəyəri 477.456 manat olan “Predo” uşaq bezlərini "xxxx" MMCyə qaytarır. 2.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2. Tərəflərdən biri bu Sazişin 1.1-1.5-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3. Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən ibarət tərtib edildi, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-1355/2024 saylı mülki işin icraatına xitam Verilməsi, iddiaçı "xxxx" MMC-nin iddiadan imtina etməsinin qəbul edilməsi qərara alınmışdır. Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu "xxxx" MMC-nin Bankla bağladığı xx.xx.2022-cü-il tarixli 113-MF- 358 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə vaxtı keçmiş kredit borcu aşağıdakı kimidir: iddia qaldırılan günə əsas kredit borcu 999.986,69 manat, xx.xx.2025-ci il tarixə faiz borcu 23.749,63 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 5564,6 manat olmaqla, cəmi borc 1.029.300,92 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə imza nümunələri alınması üçün təqdim edilmiş: Bakı şəhəri 23 saylı Notariat ofisində "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-517 nömrə ilə qeyd edilmiş borc müqaviləsinə əsasən, borc verən 680.000 (altı yüz səksən min) manat məbləğində pul vəsaitini borc alana 1 il ərzində qaytarmaq şərti ilə maliyyə yardımı kimi borca verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin şərtlərinə görə götürülən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Bakı şəhəri 23 saylı Notariat ofisində X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-478 nömrə ilə qeyd edilmiş müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, Satıcı AR Ədliyyə Nazirliyində və AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departementinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018 il tarixdə **********248800 nömrə ilə qeydə alınmış (VÖEN **********) Təsisçisi olduğu "xxxx" MMC-dəki 100% lik Nizamnamə kapitalı miqdarı 20 manat olan 30% payını alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul etməyi və onun bu müqavilənin 2-ci bəndində göstərilmiş 10 manat məbləğində vəsaiti satıcıya ödəməyi öz öhtəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, Satıcı Alqı satqı müqaviləsi təsdiq olunduğu gün müəssədəki payını alıcıya təhvil verməyi öhtəsinə götürür, alıçı isə onu həmin günü qəbul etməyi öz öhtəsinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1006 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 79-82-ci vərəqlərində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqlərində “Zamin” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 83-84-cü vərəqlərində "xxxx" MMC (borc verən) ilə İddiaçı (borcalan) arasında olan 04 iyun 2019-cu il tarixli Borc müqaviləsinin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza, 2-ci vərəqində “İddiaçı” qrafasındakı imza ilə mülki işin 79-82-ci vərəqlərində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqlərində “Zamin” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 85-86-cı X7 ilə İddiaçı arasında olan 31 may 2019-cu il tarixli Müəssisədəki payın alqı- satqı müqaviləsində (02 nüsxədə) “İddiaçı (alan)” qrafasındakı imzalar ilə mülki işin 79-82-ci vərəqələrində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqələrində “Zamin” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-ci maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin Mərkəz filialının müdiri X8 ilə “Borcalan” adlandırılacaq “VƏLİOĞLU-2018" MMC qanuni təmsilçisi X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsinə əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə 12 ay müddətinə, illik 16.93 % dərəcəsi ilə 1.000.000.00 (bir milyon) manat kredit xətti açmağı, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ASC ilə üçüncü şəxs "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 113- MFG-358 nömrəli Girov müqaviləsi əsasında ünvan 6i ünvanında yerləşən ******* ədəd predo bezləri girov qoyulmuşdur. Bankla Borcalan arasında bağlanmış 1**-MF-*** nömrəli, xx.xx.2022-ci il tarixli Kredit xətti müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəliyin təminatı kimi Cavabdeh1 ASC ilə “borcalan” "xxxx" MMC və “zamin” İddiaçı arasında xx.xx.2022-ci il tarixli, 113- MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsi bağlanılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri 43 saylı notariat ofisi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydi vermişdir. Həmin icra qeydində "xxxx" MMC-dən, İddiaçı, X5, X4 42.082,72 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1.109.123 manat 91 qəpik (bir milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pul tutulmalıdır. Hazırda "xxxx" MMC-nin Bankla bağladığı xx.xx.2022-cü-il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə vaxtı keçmiş kredit borcu aşağıdakı kimidir: iddia qaldırılan günə əsas kredit borcu 999.986,69 manat, xx.xx.2025-ci il tarixə faiz borcu 23.749,63 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 5564,6 manat olmaqla, cəmi borc 1.029.300,92 manat təşkil edir. Hazırki iddianın predmetini 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydinin iddiaçıya aid hissədə ləğv edilməsi və kredit xətti müqaviləsi üzrə kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1006 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-82-ci vərəqlərində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqlərində “Zamin” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 83-84-cü vərəqlərində "xxxx" MMC (borc verən) ilə İddiaçı (borcalan) arasında olan 04 iyun 2019-cu il tarixli Borc müqaviləsinin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza, 2-ci vərəqində “İddiaçı” qrafasındakı imza ilə mülki işin 79-82-ci vərəqlərində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqlərində “Zamin” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 85-86-cı X7 ilə İddiaçı arasında olan 31 may 2019-cu il tarixli Müəssisədəki payın alqı-satqı müqaviləsində (02 nüsxədə) “İddiaçı (alan)” qrafasındakı imzalar ilə mülki işin 79-82-ci vərəqələrində İddiaçı ilə Cavabdeh1 ASC arasında olan xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində sağdan 2-ci imza, 2-4-cü vərəqələrində “Zamin” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbləri pozulmuş, müqavilə azadlığı hüququnun həyata keçirilməsində şəxsin iradəsi ifadə olunmamışdır. Belə olan halda Cavabdeh1 İddiaçı oğlundan hər hansı öhdəliyin icrasını tələb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunub ki, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. İddiaçı həmin zaminlik müqaviləsinin onunla bağlanmadığını və sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmiş, iş materiallarında olan sənədlərlə və ekspert rəyi ilə müəyyən edilmişdir ki, imzalar iddiaçı tərəfindən icra olunmamışdır. Bu isə belə qiymətləndirilir ki, borcun mübahisəsiz olduğu təsdiq olunmur, icra qeydinin zaminə münasibətdə verilməsi qanunsuzdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Məhkəmə belə qənaətə gəlir ki, zaminlik müqaviləsi şəxsin iradə ifadəsi olmadan, qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır, bağlandığı andan etibarsızdır. Buna görə də zaminlik müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, həmin müqavilə etibarsız olduğundan, verilmiş icra qeydi iddiaçıya aid hissədə, yəni iddiaçıdan pul tutulması hissəsində ləvğ edilməlidir. Bundan başqa məhkəmə yuxarıda qeyd olunan hallara əsasən, Cavabdeh1 ASC-nin Mərkəzi Filialının əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkibinin mövcudluğu ehtimal olunduğundan faktla əlaqədar xüsusi qərar çıxarılmaqla bu barədə prokurora məlumat verilməli olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3194/2025 nömrəli, xx.xx.2025-ci il tarixli xüsusi qərardadı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş Cavabdeh1 ASC-nin Mərkəzi Filialının əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılsın və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli; Cavabdeh1 ASC ilə “borcalan” "xxxx" MMC və “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri 43 saylı notariat ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydi “İddiaçı cəmi 1.109.123,91 (bir milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulması” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 43 saylı notariat ofisindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xəttşüaslıq ekspertizasının dəyəri olan 138 (bir yüz otuz səkkiz manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 ASC ilə “borcalan” "xxxx" MMC və “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-358/3 nömrəli Zaminlik Müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri 43 saylı notariat ofisinin 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydi “İddiaçı cəmi 1.109.123,91 (bir milyon yüz doqquz min yüz iyirmi üç manat doxsan bir qəpik) pulun tutulması” hissəsində ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 43 saylı notariat ofisindən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xəttşüaslıq ekspertizasının dəyəri olan 138 (bir yüz otuz səkkiz manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3194/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3194/2025
09.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver