Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3205/2025 21.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehAzərbaycan Respublikası Cavabdehndənİddiaçıxeyrinə 99.000 (doxsan doqquz min) manat mənəviziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat , ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X49 vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 4 nəfər zərərçəkmiş şəxslərin ölümünə, 36 nəfər zərərçəkmiş şəxslərin müxtəlif dərəcəli yanıq və küt bədən xəsarətləri almasına, 3 qeyri-yaşayış sahəsinə, 1 mənzilə və 13 avtomobilə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2011-ci il tarixli 134/ş saylı əmrlə Azərbaycan Respublikası Cavabdeh X88 Xidmətinin 2-ci Ərazi X88 idarəsinin X88 şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası “Cavabdeh X88 Xidməti haqqında Əsasnaməsi”nin 8.2-ci bəndinə əsasən X88 orqanlarının fəaliyyətini istiqamətləndirmək məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək, 8.7-ci bəndinə əsasən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək, 8.9-ci bəndə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində yanğından mühafizəni və yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsini və xidmətlərin göstərilməsini təşkil etmək, 8.10-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək kimi səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Cavabdeh, X88 Xidməti, 2-ci Ərazi Dövlət Yanğın Nəzarət idarəsi rəisinin xx.xx.2022-ci il tarixli 004 saylı əmri ilə ünvan 1 ünvanının yerləşdiyi 28 nömrəli xidmət sahəsinə inspektor olaraq təhkim edilməsinə baxmayaraq, ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqalarının ölümünə, çoxsaylı şəxslərin ağır və digər xəsarət almalarına, eləcə də külli miqdarda əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək və eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki direktoru və rəhbəri X12 da vəzifəli şəxs olaraq öz işinə vicdansız və ya laqeyd münasibəti ilə öz vəzifələrini yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılmasının və istifadəsinin qadağan edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 4.7.5.3-ci bəndinə əsasən mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq ictimai iaşə müəssisələrində qadağan edildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 6.7-ci bəndinə əsasən səyyar bufetlərdə, yeməkxanalarda və s. qaz balon qurğularının quraşdırılmasına, qaz təsərrüfatını istismar edən yerli təşkilatla və dövlət texniki nəzarət orqanı ilə razılaşdırılmış layihə olduqda icazə verildiyi halda qanunvericiliyin həmin tələblərini, yəni öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, xx.xx.2020-ci il tarixdə X32 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarış əsasında rəsmləşdirilən və xidmət etdiyi sahədə, yəni ünvan 1-da yerləşən 172.9 kv.metr olan qeyri yaşayış sahəsinin ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X33 tərəfindən 26 yanvar 2022-ci il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisində təsdiq olunmuş icarə müqaviləsi əsasında icarəyə götürülməklə “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda, sonuncu ictimai iaşə obyektinin yanğın təhlükəsizliyi üzrə məsul şəxsi təyin edilmiş Rəsulov RəsulAğaheseyn oğlu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılması və istifadəsinin qadağan olunmasına baxmayaraq həmin normativ aktların tələblərinə zidd olaraq gecə klubunda mətbəx kimi ayrılan otaqda qaz sobasının işlədilməsi məqsədilə 25 litr maye qaz tutumu həcmi olan metal qaz balonunun obyektin mətbəxindən binanın həyətinə tərəf olan çıxışda metal çərçivə içərisinə yerləşdirib oradan rezin boru vasitəsi ilə mətbəxə çəkilməsi, habelə 50 litr tutumu olan içərisi maye qazla doldurulmuş ehtiyat yanacaq balonunun mətbəx otağında qaz sobasının yaxınlığında qanunsuz saxlanılması kimi qanunsuz hərəkətlərin qarşısının vaxtında alınması, yanğın təhlükəsizliyi qaydalarına zidd olan sertifikatlaşdırılmamış avadanlıqların dövriyyədən çıxarılması, obyektin təhlükəsiz istismarı üçün digər zəruri qabaqlayıcı tədbirləri görməmiş, nəticədə 3 aprel 2022-ci il tarixdə, saat 02:55-də ünvan 2 ünvanda yaşayış binasının 1-ci mərtəbəsində “The Location” adı altında fəaliyyət göstərən gecə klubunun mətbəx otağına qoyulmuş 50 litr tutumu olan mayeləşdirilmiş propan qazla doldurulmuş qaz balonu gövdəsinin kipliyinin pozulması nəticəsində propan qazının ətrafa sızması və partlayış konsentrasiyası həddinə çatmış qaz-hava qarışığının alışması ilə partlamış, yanğınla müşayiət olunan güclü partlayış zamanı ehtiyatsızlıqdan gecə klubunda xidmətçi işləyən xx.xx.1979-cu il təvəllüdlü X72 ümumi bədən səthinin 95-100%-niəhatə edən İİİ-İV dərəcəli termikialov yanığı nəticəsində aldığıağır dərəcəli xəsarətlərdən həmin gün hadisə yerində, klubda müştəri olan xx.xx.1999-cu il təvəllüdlü X7 yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı, sifətin, yuxarı və aşağı ətrafların, gövdənin sirkulyar İİİ dərəcəli termiki yanıq yaraları ilə əlaqədar aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «X90»ndə, klubda aşpaz işləyən xx.xx.2001-ci il təvəllüdlü X4 ümumi bədən səthinin 80- 85%-ni əhatə edən İİİ-İV dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı ilə aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «Medera Hospital» tibb müəssisəsində, klubda xidmətçi işləyən xx.xx.2001-ci il təvəllüdlü X21 ümumi bədən səthinin 50-55%-ni əhatə edən İİİ-İV dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı ilə aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «Medera Hospital» tibb müəssisəsində ölmüş, klubda xidmətçi köməkçisi işləyən xx.xx.1999-cu il təvəllüdlü X22 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, gözətçi işləyən Məhərrəmov RamilAyətşah oğlu travmatik xəsarətlərlə sağlamlığa az ağır zərərvurmaya, mühafizəçi işləyən xx.xx.1992-ci il təvəllüdlü X65 travmatik xəsarətlərlə sağlamlığa az ağır zərərvurmaya, kluba rəqqasə kimi dəvət olunmuş xx.xx.1989-cu il təvəllüdlü X104 termiki yanıq xəsarətləri ilə sağlamlığa ağır zərərvurmaya, xidmətçi işləyən xx.xx.1995-ci il təvəllüdlü X87 travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya, kassir işləyən xx.xx.1998-ci il təvəllüdlü X34 termiki yanıq xəsarətləri ilə dərəcəsi təyin edilməyən, həmin vaxt klubda müştəri olan xx.xx.1989-cu il təvəllüdlü X73 termiki yanıq xəsarətləri ilə sağlamlığa ağır zərərvurmaya, xx.xx.1993-cü il təvəllüdlü X50 termiki yanıq xəsarətləri ilə sağlamlığa ağır zərərvurmaya, xx.xx.1996-cı il təvəllüdlü X23 travmatik xəsarətlərlə sağlamlığa ağır zərərvurmaya, xx.xx.1982-ci il təvəllüdlü X35 termiki yanıq xəsarətləri ilə sağlamlığa ağır zərərvurmaya, xx.xx.2001-ci il təvəllüdlü X36 termiki yanıq xəsarətləri ilə sağlamlığa ağır zərərvurmaya, xx.xx.1999-cu il təvəllüdlü X13 termiki yanıq və travmatik xəsarətlərlə sağlamlığa ağır zərərvurmaya, xx.xx.2002-ci il təvəllüdlü X51 tarmiki yanıq və travmatik yaralarla sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1987-ci il təvəllüdlü X17 termiki yanıq yaraları ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1996-cı il təvəllüdlü X52 termiki yanıq və travmatik xəsarətlərlə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1996-cı il təvəllüdlü X74 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1985-ci il təvəllüdlü X75 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1995ci il təvəllüdlü X76 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1987-ci il təvəllüdlü X53 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1998-ci il təvəllüdlü X54 termiki yanıq xəsarətləri ilə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.2001-cü il təvəllüdlü X37 termiki yanıq xəsarətləri ilə sağlamlığa yüngülzərərvurmaya, xx.xx.1991-ci il təvəllüdlü X8 termiki yanıq xəsarətləri ilə sağlamlığa yüngül zərərvurmaya, xx.xx.1988-ci il təvəllüdlü X55 travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya, xx.xx.1999-cu il təvəllüdlü X56 travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya, xx.xx.1989-cu il təvəllüdlü X57 termiki yanıq və travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya, xx.xx.1996-cı il təvəllüdlü X77 termiki yanıq və travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya, xx.xx.1999-cu il təvəllüdlü X66 travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya aid, xx.xx.1999-cu il təvəllüdlü X38 termiki yanıq xəsarətləri ilə dərəcəsi təyin edilməyən, xx.xx.1998-ci il təvəllüdlü X39 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən, xx.xx.2001-ci il təvəllüdlü X40 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən, xx.xx.1996-cı il təvəllüdlü X102 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən, xx.xx.2002-ci il təvəllüdlü X24 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən, xx.xx.1991-ci il təvəllüdlü X67 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən, həmin vaxt gecə klubunun qarşısındakı küçədən keçən xx.xx.1979-cu il təvəllüdlü Balleri Mişel travmatik xəsarətlərlə sağlamlığa az ağır zərərvurmaya, xx.xx.1988-ci il təvəllüdlü X5 travmatik xəsarətlərlə sağlamlığa yüngül zərərvurmaya aid, xx.xx.1988-ci il təvəllüdlü X18 travmatik xəsarətlərlə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, obyektin ətrafında park edilmiş və üzərinə partlayışın təsirindən ətrafa dağılmış əşya və qırıntılar düşməklə zədələnmiş X41 məxsus **-PR-*** dövlət qeydiyyat nişanlı «Peugeot 405» markalı avtomobilə 2166 manat, X42 məxsus 99- GN-467 dövlət qeydiyyat nişanlı «Mercedes E220» markalı avtomobilə 1250 manat, X19 məxsus **-BG- *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobilə 1800 manat, X58 məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Equinox» markalı avtomobilə 3140 manat, X68 məxsus **-XZ-*** dövlət qeydiyyat nişanlı «Hyundai İX35» markalı avtomobilə 4310 manat, X6 məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobilə 2540 manat, X14 məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı «BMW 320İ» markalı avtomobilə 750 manat, X43 məxsus **-LH-*** dövlət qeydiyyat nişanlı «Honda Accord» markalı avtomobilə 1870 manat, BP Exploration LTD şirkətinə məxsus H027353 dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalıavtomobilə 1670 manat, X3 məxsus 99- CK-020 dövlət qeydiyyat nişanlı «Toyota RAV 4» markalı avtomobilə 2325 manat, **- LF-*** dövlət qeydiyyat nişanlı «Wolksvagen Beetle» markalı avtomobilə 1530 manat, **- CB-*** dövlət qeydiyyat nişanlı «Wolksvagen Beetle» markalı avtomobilə 170 manat, X9 məxsus **-CS-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobilə 1600 manat, partlayışın təsirindən “The Location” adı altında fəaliyyət göstərən gecə klubunun yerləşdiyi qeyri-yaşayış sahəsinin qapı və pəncərələrinin qoparaq küçəyə atılması, divar və tavanının zədələnməsi ilə X15 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə 103740 manat, “Büyükfırat” adlanan, hadisə zamanı fəaliyyətsiz olan ictimai-iaşə obyektinin “The Location” adı altında fəaliyyət göstərən gecə klubuna bitişik divarının aşması, qapı və pəncərəsinin qoparaq küçəyə atılması və həmin obyektin əşyalarının yararsız hala düşməsi ilə eyni ünvanda yerləşən X10 və X59 birgə mülkiyyətində olan qeyri yaşayış sahəsinə 117.756,40 manat, habelə “The Location” adıaltında fəaliyyət göstərən gecə klubunun yerləşdiyi qeyriyaşayış sahəsindən üst mərtəbədə yerləşən, X20 məxsus 6/7/8 saylı mənzilinin döşəməsinin aralanması, divarlarının çatlaması və mənzildə olan əşyaların yararsız hala düşməsi ilə 23.335 manat, yaxınlıqda yerləşən «Çaxır evi» adı ilə fəaliyyət göstərən ictimai-iaşə obyektinin pəncərəsinin qırılması və əşyalarının zədələnməsi ilə X60 məxsus ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinə 200 manat olmaqla ümumilikdə 15 zərərçəkmiş şəxsə 270.152,40 manat maddi zərərin dəyməsi ilə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan pozması 4 nəfər zərərçəkmiş şəxsin ölümünə, 36 nəfər zərərçəkmiş şəxsin müxtəlif dərəcəli yanıq və küt bədən xəsarətlərialmasına, 3 qeyri-yaşayış sahəsinə, 1 mənzilə və 13 avtomobilə əhəmiyyətlizərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Hadisə nəticəsində həyatını itirmiş X44 İddiaçı övladı olmuşdur. xx.xx.2001-ci il təvəllüdlü X2 və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olmuşdur. O, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayırdı. X44 xx.xx.2022-ci il tarixdə aldığı yanıq xəsarətlərindən dolayı “Medera” hospitalda vəfat etmişdir. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99.000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. X1 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. İddiaçı ilk övladı olan Muradın ölməsi, hər bir valideynin yaşamaq istəmədiyiən dəhşətli acıdır. Axı hər bir valideyn üçün ilk övlad xüsusi bir yerə sahibdir sevginin ən saf və ilkin ifadəsidir. Bu, ürəyin ən dərin guşələrində xüsusi bağ yaradıb möhkəmlənən bir hissdir. Hələ oğul övladının valideyn həyatında necə mühüm yer tutduğunu nəzərə aldıqda, bu itkini sözlə ifadə etmək qeyri-mümkün hala gəlir. X1 qəfil və zamansız vəfatı, onun atası - İddiaçı üçün bərpaolunmaz, dərin mənəvi iztiraba səbəb olmuşdur. Mərhum ailənin ilk övladı olmuş və valideynlər üçün sevinc, ümid və həyat mənbəyi hesab edilmişdir. Oğul övladının ilk addımları, sözləri, böyüməsi və həyat planları ilə bağlı xatirələr atanın yaddaşında xüsusi yer tutmuşdur. Bu xatirələr indi bir ağrıya, itirilməmiş xəyallara və böyük bir boşluğa çevrilmişdir. X64 həm gənc yaşında dünyasını dəyişməsi, həm də maddiçətinliklərə baxmayaraq təhsilalaraq öz ayaqları üstündə durmaq istəməsi, onun atasının - İddiaçı yaşadığı mənəvi itkini daha da ağırlaşdırır. Zəhmətkeş, çalışqan və gələcək arzularla yaşayan bir gənc olmuşdur. Ayxan öz ailəsinin ümidi və atası üçün qürur mənbəyi olmuşdur. Onun zamanından əvvəl vəfat etməsi ilə İddiaçı yalnız bir övladı deyil, həm də gələcəyə dair bütün arzuları, ümidləri və mənəvi dayağı itmişdir. İddiaçı iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz barədə ərizə ünvanlayaraq, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanıdır. (İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə işlərində tərəf olaraq hüquqi şəxslərin iştirak etmiş olduğu nəzərə alınmalıdır) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 03 aprel tarixli 8/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxaraq “zərər” anlayışın şərh etmiş və müəyyən etmişdir ki, həmin maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə isə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 8-ci hissəsində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında sadəcə barışıq olub, təqsirləndirilən şəxsdən heç nə tələb olunmayıb. Hazırda tələbləri yalnız Cavabdehnə qarşıdır. Onlar vaxtında yoxlamalar aparsaydılar hadisə baş verməzdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmiş və etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu işlə bağlı hadisə Cavabdeh əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir, Məmmədov Ruslanın birbaşa təqsiri vardır. Həmin müəssisənin icarədarları olan digər şəxslərin səhlənkar hərəkətləri nəticəsində olmuşdur. Belə ki, propan qaz balonları gətirilmiş və onların istifadəsi nəticəsində hadisə baş vermişdir. Məmmədov Ruslan nəzarət funksiyasını həyata keçirə bilməmiş və onun bu əməli Cinayət Məcəlləsinin 314.3cü maddəsi ilə tövsif edilmişdir. FHN zərərin vurulmasında təqsirli deyildir, propan qazını gətirən və istifadə edən şəxslər səbəbkarlardır. FHN mərkəzi icra hakimiyyət orqanıdır. Həmçinin, iddiaçı notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və olmayacağını bildirmişdir. Əgər FHN-in təzminat ödənilməsi ilə bağlı qərar verilərsə, bu zaman FHN tərəfindən Məmmədov Ruslana qarşı iddia qaldırılacaq və həmin məbləğ dövlət büdcəsinə ödəniləcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmənin baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 7 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X25 01 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 21 fevral 2001-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 260 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası İddiaçı Mahmud oğlu, anası: X11r. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 487247 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində bədən səthinin 90% və ya daha çox ternmiki yanığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 293 nömrə ilə qeyd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli Hökmdən görünür ki, X26 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; X33 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; X49 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək , ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X27 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilərək, onun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuşdur. Həmin hökmlə müəyyən edilmişdir ki, X49 vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 4 nəfər zərərçəkmiş şəxslərin ölümünə, 36 nəfər zərərçəkmiş şəxslərin müxtəlif dərəcəli yanıq və küt bədən xəsarətləri almasına, 3 qeyriyaşayış sahəsinə, 1 mənzilə və 13 avtomobilə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2011-ci il tarixli 134/ş saylı əmrlə Azərbaycan Respublikası Cavabdeh X88 Xidmətinin 2-ci Ərazi X88 idarəsinin X88 şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası “Cavabdeh X88 Xidməti haqqında Əsasnaməsi”nin 8.2-ci bəndinə əsasən X88 orqanlarının fəaliyyətini istiqamətləndirmək məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək, 8.7- ci bəndinə əsasən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək, 8.9-ci bəndə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində yanğından mühafizəni və yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsini və xidmətlərin göstərilməsini təşkil etmək, 8.10-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək kimi səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Cavabdeh, X88 Xidməti, 2-ci Ərazi Dövlət Yanğın Nəzarət idarəsi rəisinin xx.xx.2022-ci il tarixli 004 saylı əmri ilə ünvan 1 ünvanının yerləşdiyi 28 nömrəli xidmət sahəsinə inspektor olaraq təhkim edilməsinə baxmayaraq, ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqalarının ölümünə, çoxsaylı şəxslərin ağır və digər xəsarət almalarına, eləcə də külli miqdarda əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək və eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki direktoru və rəhbəri X12 da vəzifəli şəxs olaraq öz işinə vicdansız və ya laqeyd münasibəti ilə öz vəzifələrini yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılmasının və istifadəsinin qadağan edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 4.7.5.3-ci bəndinə əsasən mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq ictimai iaşə müəssisələrində qadağan edildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 6.7-ci bəndinə əsasən səyyar bufetlərdə, yeməkxanalarda və s. qaz balon qurğularının quraşdırılmasına, qaz təsərrüfatını istismar edən yerli təşkilatla və dövlət texniki nəzarət orqanı ilə razılaşdırılmış layihə olduqda icazə verildiyi halda qanunvericiliyin həmin tələblərini, yəni öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, xx.xx.2020-ci il tarixdə X32 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarış əsasında rəsmləşdirilən və xidmət etdiyi sahədə, yəni ünvan 1-da yerləşən 172.9 kv.metr olan qeyri yaşayış sahəsinin ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X33 tərəfindən 26 yanvar 2022-ci il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisində təsdiq olunmuş icarə müqaviləsi əsasında icarəyə götürülməklə “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda, sonuncu ictimai iaşə obyektinin yanğın təhlükəsizliyi üzrə məsul şəxsi təyin edilmiş X28 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılması və istifadəsinin qadağan olunmasına baxmayaraq həmin normativ aktların tələblərinə zidd olaraq gecə klubunda mətbəx kimi ayrılan otaqda qaz sobasının işlədilməsi məqsədilə 25 litr maye qaz tutumu həcmi olan metal qaz balonunun obyektin mətbəxindən binanın həyətinə tərəf olan çıxışda metal çərçivə içərisinə yerləşdirib oradan rezin boru vasitəsi ilə mətbəxə çəkilməsi, habelə 50 litr tutumu olan içərisi maye qazla doldurulmuş ehtiyat yanacaq balonunun mətbəx otağında qaz sobasının yaxınlığında qanunsuz saxlanılması kimi qanunsuz hərəkətlərin qarşısının vaxtında alınması, yanğın təhlükəsizliyi qaydalarına zidd olan sertifikatlaşdırılmamış avadanlıqların dövriyyədən çıxarılması, obyektin təhlükəsiz istismarı üçün digər zəruri qabaqlayıcı tədbirləri görməmiş, nəticədə 3 aprel 2022-ci il tarixdə, saat 02:55-də ünvan 2 ünvanda yaşayış binasının 1-ci mərtəbəsində “The Location” adı altında fəaliyyət göstərən gecə klubunun mətbəx otağına qoyulmuş 50 litr tutumu olan mayeləşdirilmiş propan qazla doldurulmuş qaz balonu gövdəsinin kipliyinin pozulması nəticəsində propan qazının ətrafa sızması və partlayış konsentrasiyası həddinə çatmış qaz-hava qarışığının alışması ilə partlamış, yanğınla müşayiət olunan güclü partlayış zamanı ehtiyatsızlıqdan gecə klubunda xidmətçi işləyən xx.xx.2001-ci il təvəllüdlü X21 ümumi bədən səthinin 50-55%-ni əhatə edən İİİ-İV dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı ilə aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «Medera Hospital» tibb müəssisəsində ölmüşdür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş İddiaçı göstərmişdir ki, oğlu X48 və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olmuşdur. Maddi cəhətdən imkanı zəif olduğundan Ayxan özü üçün müxtəlif yerlərdə ofisant işləmişdir. 2022-ci ilin mart ayının ortalarında, Novruz bayramından əvvəl söhbət əsnasında Ayxan ona bildirmişdir ki, təzə fəaliyyətə başlamış “The Location” gecə klubunda günəmuzd 15 manat müqabilində ofisant kimi işə düzəlib. Ayxan təxminən 18 mart 2022-ci il tarixdən, yəni partlayış baş vermiş obyektdə gecə klubu fəaliyyətə başlayandan orada gecələr ofisant işləmişdir. 3 aprel 2022-ci il tarixdə saat təxminən 04 radələrində evdə olarkən tanımadığı mobil nömrədən telefonuna zəng edən və adını xatırlamadığı cavan bir oğlan Ayxanın iş yoldaşı olduğunu, gecə klubunda partlayış baş verdiyini və Ayxanın xəsarət alaraq Nərimanov rayonunda 5 nömrəli xəstəxanaya aparıldığını bildirmişdir. Səhər oğlu Ayxanla görüşüb hadisə barədə ondan soruşmuş, Ayxan ona işlədiyi gecə klubunda qaz balonun partlaması nəticəsində xəsarət aldığını bildirmişdir. 10 aprel 2022-ci il tarixdə Ayxan müalicə olunduğu “Medera” hospitalda ölmüşdür. İddiaçı 06 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2c-i bəndinə əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X31 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8-ci bəndinə əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X49 Azərbaycan Respublikası Cavabdeh, X88 Xidməti, 2-ci Ərazi Dövlət Yanğın Nəzarət idarəsi rəisinin xx.xx.2022-ci il tarixli 004 saylı əmri ilə ünvan 1 ünvanının yerləşdiyi 28 nömrəli xidmət sahəsinə inspektor olaraq təhkim edilməsinə baxmayaraq, ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqalarının ölümünə, çoxsaylı şəxslərin ağır və digər xəsarət almalarına, eləcə də külli miqdarda əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək, 3 aprel 2022-ci il tarixdə, saat 02:55-də ünvan 2 ünvanda yaşayış binasının 1-ci mərtəbəsində “The Location” adı altında fəaliyyət göstərən gecə klubunun mətbəx otağına qoyulmuş 50 litr tutumu olan mayeləşdirilmiş propan qazla doldurulmuş qaz balonu gövdəsinin kipliyinin pozulması nəticəsində propan qazının ətrafa sızması və partlayış konsentrasiyası həddinə çatmış qaz-hava qarışığının alışması ilə partlamasına və yanğınla müşayiət olunan güclü partlayış zamanı ehtiyatsızlıqdan 4 nəfər zərərçəkmiş şəxslərin ölümünə, 36 nəfər zərərçəkmiş şəxslərin müxtəlif dərəcəli yanıq və küt bədən xəsarətləri almasına, 3 qeyriyaşayış sahəsinə, 1 mənzilə və 13 avtomobilə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmin partlayış zamanı gecə klubunda xidmətçi işləyən xx.xx.2001-ci il təvəllüdlü X21 ümumi bədən səthinin 50-55%-ni əhatə edən İİİ-İV dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı ilə aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «Medera Hospital» tibb müəssisəsində ölmüşdür. Hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının övladının gənc yaşda faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Cavabdeh orqanın işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərər tələb etmek hüququnu istisna etmir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin qarşılıqlı güzəşt əsasında həll olunması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının “fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə 2(102)-3351/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyasının hüquqi mövqeyindən görünür ki, “...Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.” Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan, şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər. Məhkəmə baxışından tədqiq olunan sübutlardan da müəyyən edilmişdir ki, İddiaçı 06 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bununla belə hazırda Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçının cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmamış, iddiaçı oğlunun ölümünün nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas tutaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3205/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3205/2025
21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver