Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3262/2025 07.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi Nümayəndə maraqlarına toxunan şəxs qismində cəlb edilməsi tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, ərizəçi Nümayəndə maraqlarına toxunan şəxs qismində cəlb edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlarına toxunan şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
4. İşdən müəyyən olunur ki, ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin əvvələr qəbul etdiyi qərardadı üzrə işə maraqlarına toxunan şəxs qismində cəlb edilməsini xahiş edir.
5. Halbu ki, bu vəsatətə iddia icraatı qaydasında müstəqil tələb kimi baxıla bilməz.
7. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizəçiyə müvafiq mülki iş üzrə işə cəlb olunma barədə vəsatətlə müraciət etmək hüququ izah olunmalıdır.
8. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi Nümayəndə maraqlarına toxunan şəxs qismində cəlb edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Nümayəndə müvafiq mülki iş üzrə işə cəlb olunma barədə vəsatətlə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə