Məhkəmə qərarları › İş №e-2(004)-3340/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3340/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3340/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "mənvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "mənvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Aztelekom MMC-dən 30000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və hüquqi yardıma görə “Ekol” vəkil bürosuna ödənilmiş 300 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən onun xeyrinə 50.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən onun xeyrinə 200.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və hüquqi yardıma görə “Ekol” vəkil bürosuna ödənilmiş 300 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək cavabdehlə aralarında olan mübahisəni barışıq sazişi ilə həll etmək barədə razılaşdıqlarını, iddiadan barışıq sazişinin şərtlərini nəzərə almaqla imtina etdiklərini, iddiadan imtinanı nəzərə alıb mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsiniə etiraz etmədiyini bildirmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş birinci tərəfdən İddiaçı ilə ikinci tərəfdən Cavabdeh MMC arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2.1.Cavabdeh iddiaçıya oğlu X1 ölümünə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat ödəməyi öhdəsinə götürür. 2.2. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və bu barədə olan qərardad tərəflərə rəsmi qaydada təqdim olunduqdan sonra 5 iş günü ərzində cavabdeh iddiaçıya mənəvi zərərin əvəzi olaraq ödənilməli olan 30000 manat vəsaiti iddiaçının aşağıdakı bank hesabına ödəməyi öhdəsinə götürür: CİF-3932648, Valyuta – AZN, X2 Bank ASC Gədəbəy rayon filialı, Filialın kodu 200811, VÖEN – **********, SWİFT kod – AİİBAZ2X, Benefisiarın adı İddiaçı İSGƏNDƏR QİZİ, Benefisiarın hesabı – AZ26AİİB********************, Müxbir hesab – AZ37NABZ********************. 3.1 İddiaçı verilmiş iddia üzrə cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində ödənişi qəbul etməyə razılaşır. 3.2 İddiaçı bu razılaşmaya görə hazırki iddiasından imtina etməsinə dair ərizə verir və bu iddiadan imtinanın hüquqi nəticələri ona aydındır. 3.3 İddiaçı gələcəkdə cavabdehi və ya onun aidiyyəti şəxslərini, filiallarını, təsisçilərini və ya onların qanuni təmsilçilərini, direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini, hüquqi varislərini, vəkillərini və nümayəndələrini bu Saziş imzalandığı ana kimi yaranmış, aşkar olan və ya olmayan bütün mübahisə, iddia, şikayət, ittiham, tələb, zərər və öhdəliklər ilə bağlı məsuliyyətdən azad edir və gələcəkdə yuxarıda qeyd edilənlər ilə bağlı iddiasının olmayacağını bəyan edir. 3.4 İddiaçı Sazişə əsasən vəfat etmiş oğlu X1 digər ailə üzvlərinin (qohumluq dərəcəsindən asılı olmayaraq) və ya hər hansı digər şəxsin cavabdehə qarşı eyni fakta görə eyni predmetli mənəvi zərər ilə əlaqədar iddia qaldırmayacağını bəyan edir. 3.5. Sazişin 3.4-cü bəndinin tələbləri pozulduğu halda iddiaçı hazırki Sazişə əsasən əldə etdiyi 30000 nmanat məbləğindən iddia qaldıracaq şəxslərə ödəniş etməyi öhdəsinə götürür. 4.1 Bu müqavilənin hər hansı bəndi və ya onun bir hissəsi etibarsız hesab edilərsə, bu Sazişin digər bəndlərinə təsir etməyəcək və Sazişin etibarsızlığı üçün əsas olmayacaqdır. 4.2 Tərəflər arasındakı bütün fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında həll edilir. 4.3 Tərəflər arasında yaranmış mübahisəli məsələlərin və ya hər hansı fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmələr tərəfindən həll ediləcəkdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "mənvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2024-cü il tarixli barışıq sazişləri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı "mənvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişlərinin bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdehnə qarşı "mənvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişləri təsdiq edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: 2.1.Cavabdeh iddiaçıya oğlu X1 ölümünə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat ödəməyi öhdəsinə götürür. 2.2. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və bu barədə olan qərardad tərəflərə rəsmi qaydada təqdim olunduqdan sonra 5 iş günü ərzində cavabdeh iddiaçıya mənəvi zərərin əvəzi olaraq ödənilməli olan 30000 manat vəsaiti iddiaçının aşağıdakı bank hesabına ödəməyi öhdəsinə götürür: CİF-3932648, Valyuta – AZN, X2 Bank ASC Gədəbəy rayon filialı, Filialın kodu 200811, VÖEN – **********, SWİFT kod – AİİBAZ2X, Benefisiarın adı İddiaçı İSGƏNDƏR QİZİ, Benefisiarın hesabı – AZ26AİİB********************, Müxbir hesab – AZ37NABZ********************. 3.1 İddiaçı verilmiş iddia üzrə cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində ödənişi qəbul etməyə razılaşır. 3.2 İddiaçı bu razılaşmaya görə hazırki iddiasından imtina etməsinə dair ərizə verir və bu iddiadan imtinanın hüquqi nəticələri ona aydındır. 3.3 İddiaçı gələcəkdə cavabdehi və ya onun aidiyyəti şəxslərini, filiallarını, təsisçilərini və ya onların qanuni təmsilçilərini, direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini, hüquqi varislərini, vəkillərini və nümayəndələrini bu Saziş imzalandığı ana kimi yaranmış, aşkar olan və ya olmayan bütün mübahisə, iddia, şikayət, ittiham, tələb, zərər və öhdəliklər ilə bağlı məsuliyyətdən azad edir və gələcəkdə yuxarıda qeyd edilənlər ilə bağlı iddiasının olmayacağını bəyan edir. 3.4 İddiaçı Sazişə əsasən vəfat etmiş oğlu X1 digər ailə üzvlərinin (qohumluq dərəcəsindən asılı olmayaraq) və ya hər hansı digər şəxsin cavabdehə qarşı eyni fakta görə eyni predmetli mənəvi zərər ilə əlaqədar iddia qaldırmayacağını bəyan edir. 3.5. Sazişin 3.4-cü bəndinin tələbləri pozulduğu halda iddiaçı hazırki Sazişə əsasən əldə etdiyi 30000 nmanat məbləğindən iddia qaldıracaq şəxslərə ödəniş etməyi öhdəsinə götürür. 4.1 Bu müqavilənin hər hansı bəndi və ya onun bir hissəsi etibarsız hesab edilərsə, bu Sazişin digər bəndlərinə təsir etməyəcək və Sazişin etibarsızlığı üçün əsas olmayacaqdır. 4.2 Tərəflər arasındakı bütün fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında həll edilir. 4.3 Tərəflər arasında yaranmış mübahisəli məsələlərin və ya hər hansı fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmələr tərəfindən həll ediləcəkdir. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar