Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3363/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması və uşaq ilə ünsiyyət rejiminin qismən dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması və uşaq ilə ünsiyyət rejiminin qismən dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün onun əmək haqqından (bütün qazancından) cavabdehin xeyrinə tutulan alimentin miqdarını azaldaraq, alimentin əmək haqqının (bütün qazancının) yeddi də bir hissəsində tutulması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü X3 ilə “ünsiyyətdə olma” rejimini dəyişdirərək onun azyaşlı övladı ilə hər ayın bir bazar günü anasının iştirakı olmadan 5 saat görüş, hər ayın bir şənbə günü götürüb, bazar günü (24 saat) qaytarma, doğum günü və bayram günləri görüş - 5 saat, həftədə 1 dəfə məktəbdən götürmə və ya məktəbə aparma ilə ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. İddiaçının “xahiş edirəm” hissəsində qeyd olunan “cavabdehin xeyrinə tutulan alimentin miqdarını azaldaraq, alimentin əmək haqqının (bütün qazancının) yeddi də bir hissəsində tutulması” barədə və “iddiaçının azyaşlı övladı ilə ünsiyyətdə olması” barədə bir–biri ilə əlaqəli olmayan alimentin dəyişdirilməsi və uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə tələblərini birləşdirmişdir. Bundan başqa iddiaçı “xahiş edirəm” hissəsində “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü X3 ilə “ünsiyyətdə olma” rejimini dəyişdirərək onun azyaşlı övladı ilə hər ayın bir bazar günü anasının iştirakı olmadan 5 saat görüş, hər ayın bir şənbə günü götürüb, bazar günü (24 saat) qaytarma, doğum günü və bayram günləri görüş - 5 saat, həftədə 1 dəfə məktəbdən götürmə və ya məktəbə aparma ilə ünsiyyətdə olması barədə” qətnamə çıxarılmasını xahiş etsə də, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə yalnız Səbail Rayon Məhkəməsinin 2(009)-456/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh İddiaçı əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirinin dörddə bir hissəsi miqdarında aliment tutulub 11 yanvar 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması və uşaq ilə ünsiyyət rejiminin qismən dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. İddiaçı tərəfindən 02 may 2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3363/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3363/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver