Məhkəmə qərarları › İş №e-2(004)-3433/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3433/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3433/2024 24.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qısmində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qısmində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 60.000.000 (altmış milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, həmçinin “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən ödədiyi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı ailələrinin yeganə qazanc gətirən şəxsi mərhum yoldaşının bədəni elə bir vəziyyətə düşmüşdü ki, gördüyü gündən bu günə qədər ürəyi sızlayır. O an rastlaşdığı mənzərədən sonra gözlərini rahat yuma bilmir, gecələr yuxuya gedənə qədər zülm çəkir. Onlar həyat yoldaşı ilə 2007-ci ildə ailə həyatı qurmaqla evlənmişlər. Birgə nikahlarından bir oğlan və bir qız uşaqları dünyaya gəlmişdir. Lakin evlilikləri çox çəkməmiş, işinə vicdansız, laqeyd və səhlənkar yanaşan şəxslərin məsuliyyətsizliyi ucbatından onların xoşbəxt ailə bağları bədbəxtçiliyə düçar olmuşdur. Fövqəladə Hallar Nazirliyinin X25 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X17 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, “VAZ-21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, həmçinin mərhum həyat yoldaşı X2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Belə ki, X17 31 avqust 2012-ci il tarixində, saat 18:26 radələrindən idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusda Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X13 Bakı istiqamətində idarə etdiyi“VAZ-21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ-21063” markalı avtomobilin sürücüsü X20 və həmin avtomobildə olan sərnişinlər – X8 və X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs – X17 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda; Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilən materiallardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 17 sentyabr 2012-ci il tarixli 121 saylı rəyində göstərilir ki, mərhum X2 meyitində kəllənin sağ yarısında beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızma, sağ alıntəpə-gicgah nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər 31 avqust 2012-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, Elməddin Hüseynovun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər, onun ölümünə səbəb baş-beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. Tədqiqat materiallarına daxil edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 17 fevral 2014-cü il tarixli, 2288 saylı rəyindən görünür ki, təhlükə yaranan anda toqquşmaya kimi “VAZ-2106” markalı avtomobilin 12 metr məsafə qət etməsi və toqquşmanın “VAZ-2106” markalı avtomobilin öz yoluna doğru istiqamətlənmiş vəziyyətində baş verməsi şəraitində “İVECO OTOYOL M23.9” markalı Az ** FH *** nömrə nişanlı avtobusun sürücüsü X9 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/14 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cinayət işindən aşkardır ki, hadisə Fövqəladə Hallar Nazirliyinin X25 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X9 təqsiri ucbatından baş vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyim hallar, iztirab, əzab və mənəvi sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi cavabdeh – Cavabdehndən alınaraq ona ödənilməlidir. Daha sonra, Cavabdeh nümayəndəsi Nümayəndə iddia müdətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. X17 31 avqust 2012-ci il tarixində, saat 18:26 radələrindən idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusda Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X13 Bakı istiqamətində idarə etdiyi“VAZ-21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ-21063” markalı avtomobilin sürücüsü X20 və həmin avtomobildə olan sərnişinlər – X8 və X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Fövqəladə Hallar Nazirliyi məsuliyyətsizlik edərək öz əməkdaşına işə götürdüyü gün böyük avtobusun idarə edilməsini həvalə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs – X17 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda; Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmişdir. X8 ailəsinə yeganə qazanc gətirən şəxs olmuş və o, vəfat edəndən sonra ailənin bütün yükü iddiaçının üzərinə düşmüşdür. X8 vəfat etdikdən sonra iddiaçı tək uşaqların qayğısına qalmalı, təlilm-tərbiyəsi ilə məşğul olmalı olmuşdur. X2 vəfat etməsi iddiaçının bütün ümidlərini puç etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, bu qəbildən olan işlərdə şəfqət bağlılığı nəzərə alınmalıdır. İddiaçı ona dəymiş mənəvi təzminatın həcmini 60000000 (altmış milyon) manat məbləğində dəyərləndirir. Mənəvi ziyanla bağlı iddia müddəti tətbiq edilə bilməz. Hadisə baş verən anda iddiaçı mənəvi iztirab keçirmiş, onun iki uşağına baxması, maddi imkansızlıq, atanın evdə olmaması, uşaqların atasız böyüməsi mənəvi sarsıntıya gətirib çıxarmışdır. İş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə hökmü vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə gec müraciət etməsinin səbəbi budur ki, ibtidai istintaq orqanı əvvəlcə cinayət iş üzrə icraat xitam vermiş, bununla bağlı müxtəlif orqanlara müraciət edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 24 aprel 2020-ci il tarixli, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 3 noyabr 2008-ci il tarixlidir. İddiaçı evdar xanım olmuş, hüququnu bilməmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə mənəvi təzminatın məbləği ədalətli olmalıdır. İddiaçının hazırki məhkəmə iclasında iştirak etməməsinin səbəbi odur ki, iddiaçının xəstəliyi vardır və özünü yaxşı hiss etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfin istinad etdiyi AR Mülki Məcəllənin 1099cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edir ki, Cavabdeh mərkəzi icra hakimiyyəti orqanıdır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, mənəvi zərər cavabdehin qanunsuz hərəkətinin nəticəsində baş verməlidir. 31 avqust 2012-ci il tarixində X17 FHN-nin X29-Xilasetmə Xidmətinin rəisinin əmri ilə FHN-nin X29-Xilasetmə Xidmətinin X19 idarəsinə sürücü vəzifəsinə təyin edilmişdir, yəni ki Cavabdeh birbaşa əmri olmamışdır. Həmin gün şəxs əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmışdır. Şəxsin tutduğu vəzifəni müəyyən edən onun sürücülük vəsiqəsidir. Şəxs həmin anda ona AR DİN tərəfindən verilmiş D, E kateqoriyasına malik sürücülük vəsiqəsinə sahib olmuş və həmin kateqoriyanın icazə verdiyi nəqliyyat vasitəsi idarəetmə səlahiyyətində və qabiliyyətində olmuşdur. Həmin şəxsin işə götürülməsində Cavabdeh heç bir qanunsuz hərəkəti olmamışdır. Cavabdeh dövlət orqanı olaraq həmin şəxsi işlə təmin etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizə də tərəflərindən təqdim edilmişdir. Hadisə 2012-ci ildə baş vermişdir. Həmin hadisədən artıq uzun müddət keçmişdir. Mənəvi zərər mənəvi hisslərdən qaynaqlanırsa, həmin hisslər iddiaçının hadisə barədə məlumat aldığı andan başlamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 300046 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 xx.xx.2007-ci il tarixdə Qubadlı Rayon VVADQ şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 99 nömrəli qeydiyyat aparılmışdır. Nikahdan sonra, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 022846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Səlyanda anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 492541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Səlyanda anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 557219 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 474 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 337 nömrəli müqavilənin surətindən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mənəvi ziyan tələbinə dair hüquqi yardımın göstərilməsinə görə 300 manat məbləğində pulun ödənilməsinə razılaşmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hüquqi yardıma görə 300 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 saylı, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, X17 31 avqust 2012-ci il tarixində, saat 18:26 radələrindən idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusda Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X13 Bakı istiqamətində idarə etdiyi “VAZ-21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ-21063” markalı avtomobilin sürücüsü X20 və həmin avtomobildə olan sərnişinlər – X8 və X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Həmin hökmə əsasən X17 AR CM-nin 263.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Xəmməd Məmmədova qəti olaraq 4 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 saylı, xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 542/14 saylı cinayət işi üzrə hökm xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Cavabdeh X29-Xilasetmə xidmətinin Əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasının keçirilməsi qeydiyyatı və uçot jurnalının surətindən görünür ki, sürücü X17 31 avqust 2012-ci il tarixində əməyin mühafizəsi üzrə təlimatlandırılmışdır. İş materiallarında olan X29-Xilasetmə xidmətinin xx.xx.2012-ci il tarixli, 81/q nömrəli əmrinin surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdən müvəqqəti olaraq (2 ay müddətinə) X19 İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan X29-Xilasetmə xidmətinin xx.xx.2012-ci il tarixli, 82q/x nömrəli əmrinin surətindən görünür ki, X19 İdarəsinin Avtonəqliyyat sahəsinin sürücüsü X9 əmək müqaviləsinə xx.xx.2012-ci il tarixindən müvəqqəti olaraq xitam verilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X18 əmək müqaviləsinə əsasən Cavabdeh X29-Xilasetmə xidmətində işləməklə, yol vərəqəsi əsasında idarə etdiyi və Cavabdehnə məxsus “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2012-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçının həyat yoldaşı olan X2 ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmünə əsasən, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququqndan məhrum edilməklə 8 il müddətinə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli 23 iyul 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökm 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hökmdə zərərçəkmiş şəxsin hüquqi varisi olan hazırki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçının tələbi məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən 60.000.000 (altmış milyon) manat məbləğində pulun tutulmasından ibarətdir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, X11 qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh məsuliyyət daşıyır. Cavabdeh etirazının əsası kimi hadisənin Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermədiyini göstərsə də, məhkəmə bununla razılaşmır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçisi olmuş X.Məmmədovun təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun arvadı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Qanunvericiliyin müddəalarından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, X.Məmmədov Cavabdeh işçisi olmaqla sonuncu tərəfindən verilmiş yol vərəqəsi əsasında avtobusu idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən Cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı Cavabdehnə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb 60.000.000 (altmış milyon) manat məbləğini yüksək hesab edərək, qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı da qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qismən, mənəvi təzminatın 10 000 manat məbləğində müəyyən edilməsi qənaətinə gələrkən, hazırki iş üzrə sözügedən hadisədən 12 ildən çox müddətin keçməsini nəzərə alır. Belə ki, həyat yoldaşının ölümü ilə əlaqədar iddiaçının mənəvi sarsıntı, əzab və iztirab keçirməsi şübhəsiz olsa da, hadisədən 12 ildən artıq müddətin keçməsi ilə çəkilmiş əzab və iztirabın həcminin müəyyən qədər azalmasını da istisna etmir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh qətnamə ilə müəyyən edilmiş məbləğ ödənildikdən sonra X.Məmmədovdan ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Mülki işin materiallarından da məlum olur ki, iddiaçının həyat yoldaşının ölümünə səbəb olan hadisə üzrə təqsirləndirilən X.Məmmədov barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmü 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddianın qanuni əsası Mülki Məcəllənin 1096.1,1097.1,1099-cu maddələri təşkil edir. Şəxsin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin tarixdən 10 illik ümumi iddia müddəti ötürülməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində təmin edilməli və Cavabdehndən hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar