Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3447/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 ona 500.000 (beş yüz min) manat mənəvi zərərin ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı əldən çıxmış faydanın qaytarılması, faizlərin tutulması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2 (094) -396/2017 saylı qətnaməsinə əsasən 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları (349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 11 gün = 89 879 ABŞ dolları), 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 6 gün = 88 684 ABŞ dolları), cəmi (89 879+ 88 684= 178 563 ABŞ dolları) 178 563 ABŞ dolları məbləğində pul ( ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq, iddiaçı X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Belə ki, elektron imzalanmış iddia ərizəsi ilə iş materiallarına qoşma edilmiş iddia ərizəsi arasında ziddiyyət olmaqla, elektron iddia ərizəsində iddiaçının adı düzgün qeyd edilməmişdir. Beləliklə, müvafiq normanın tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3447/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3447/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver