Məhkəmə qərarları › İş №e-2(004)-3470/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3470/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3470/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması, alimentin ödənilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması, alimentin ödənilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair 2(005)-2670/2024 nömrəli mülki iş vardır. (Hakim: Səbinə Nuriyeva) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə, hazırki mülki iş üzrə iddia ərizəsi isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(005)-2670/2024 nömrəli mülki iş ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün işə birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, sözügedən işlərə bir icraatda baxılması həm cavabdeh tərəfin təkididir, həm də ailə münasibətləri üzrə mübahisənin eyni hakim tərəfindən eyni icraatda həll edilməsi daha operativ və səmərəlilidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən nikahın pozulması mübahisələrinə baxılan zaman uşaqlar, aliment və əmlak bölgüsü ilə bağlı məsələlər də hakim tərəfindən həll edilməlidir (edilə bilər). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması, alimentin ödənilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair e-2(004)-3470/2024 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(005)-2670/2024 nömrəli mülki işə birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar