Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3477/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında və hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin üç yaşına çatana qədər X4 xidmət etdiyi üçün 12 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, 05 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin və üç yaşına çatana qədər X4 xidmət etdiyi üçün 12 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə el adəti ilə toy edərək, ailə qurmuşlar. Nikahları isə xx.xx.2019-cu il tarixdə 3 saylı ASAN xidmətin qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2020-ci ildə X1 doğulmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, 12 sentyabr 2020-ci il tarixdən cavabdehlə münasibəti pozulduğundan o, ata evinə köçmüşdür. X1 onun himayəsində qalır, uşağa o baxır. Atası Cavabdeh uşağa baxmır, ona heç bir maddi yardım eləmir. Övladının saxlanmasında maddi çətinlik çəkir. Qızları Sevdanurun danışığında ləngimələr olduğu üçün 2 yaşından onu ödənişli əsaslarla X13, Yaşam PSİxoloji və Bərpa mərkəzində loqopedə aparır. Belə ki, onun saxlanmasına, müalicəsinə valideynləri köməklik edirlər. Halbuki, uşaqların qayğısına qalmaq və onları tərbiyə elmək bir valideyn kimi həm də cavabdehin borcudur. Eyni zamanda cavabdehin maddi vəziyyəti qənaətbəxşdir. Bildirdiyinə görə iki şirkətdə işləyir. O isə uşağa baxmaq məcburiyyətində qaldığından heç bir yerdə işləyə bilmir, uşağın 4 ayılığından ona baxır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişləri, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. (cavabdeh məhkəmə bildirişini sifarişli poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir.) Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 3 saylı Bakı “Asan xidmət” X11 tərəfindən 22 iyun 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 058705 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh xx.xx.2019-cu-ci il tarixdə 4319 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Səlimov”, arvada “Səlimova” soyadı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət” X11 tərəfindən 05 may 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 452591 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 may 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 may 2020-ci il tarixdə 2819 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq" altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlardan görünür ki, Cavabdeh “X15” MMC-də sürücü vəzifəsində işləyir. Həmçinin “AZEMİS” vasitəsilə əldə edilmiş gəlir məlumatlarına dair çıxarışdan görünür ki, “X15” MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqının məbləği 1355,43 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11/2023-00813 saylı Arayışın surətindən görünür ki, müvafiq tələblə məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış X2 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.1). Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərdən) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə “üç yaşına çatana qədər X4 xidmət etdiyi üçün 12 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin verildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq, uşaq 3 (üç) yaşına çatanadək, yəni 05 may 2023-cü il tarixədək Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment (göstərilən dövrə uyğun hesablanmaqla) tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 14 iyul 2022-ci il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 21 iyun 2023-cü il tarixdən hesablansın. 05 may 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək, yəni 05 may 2023-cü il tarixədək Cavabdeh 17 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment (göstərilən dövrə uyğun hesablanmaqla) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3477/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3477/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver