Məhkəmə qərarları › İş №e-2(004)-3490/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3490/2025

30.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3490/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci ilin sentyabr ayı üçün əmək haqqından əskik ödənilmiş 128,41 manat pul məbləğinin və bankın xeyrinə tutulan lakin bankın hesabına köçürülməyib mənimsənilən 478,42 manat pul məbləğinin və ezamiyyə xərcindən ödənilməyən 63 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, kompensasiyanın və istifadə etmədiyi məzuniyyətə görə son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və əmək müqaviləsinə xitam verildikdən sonra düzgün ödənilməyən sonuncu əmək haqqının və ixtisara düşməyi ilə bağlı düzgün ödənilməyən kompensasiya pul məbləğinin və istifadə etmədiyi məzuniyyətə görə düzgün ödənilməyən son haqq hesab pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1492/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı "işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair 2(004)- 3490/2025 nömrəli mülki iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı "işə bərpa və əmək haqqı" tələbinə dair 2(004)-1492/2025 nömrəli mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1492/2025 nömrəli mülki iş üzrə tərəflər və mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədə müvafiqliyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1492/2025 nömrəli mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq hesab edir ki, 2(004)-3490/2025 nömrəli mülki iş 2(004)- 1492/2025 nömrəli mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 395-ci maddəsində birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43, 169.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair 2(004)-3490/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı "işə bərpa və əmək haqqı" tələbinə dair 2(004)-1492/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar